14 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
ArabAZ İqtisadiyyat
İqtisadiyyat

İngiltərədən Türk limanlarına 2 milyon tondan çox yük daşınıb (ÖZƏL)

15 May 2024 12:20
İngiltərədən Türk limanlarına 2 milyon tondan çox yük daşınıb (ÖZƏL)

Bakı. AzerVoice:

2024-cü ilin yanvar-aprel aylarında İngiltərədən Türk limanlarına 2 milyon 489 min 939 ton yük daşınıb.

Bu barədə AzerVoice-a Türkiyənin Nəqliyyat və İnfrastruktur Nazirliyindən məlumat verilib.

Nazirlikdən verilən məlumata görə, Türkiyə bayrağı altında üzən gəmilər İngiltərədən limanlara 19 min 556 ton, digər ölkələrin bayraqları altında üzən gəmilər isə 2 milyon 452 min 833 ton yük çatdırıb.

Bu müddət ərzində İngiltərə bayraqlı gəmilərlə Türkiyə limanlarına 17 min 550 ton yük çatdırılıb. 2024-cü ilin yanvar-aprel aylarında Türkiyə limanlarına İngiltərədən 240 min 584 ton tranzit yük daşınıb.

Qeyd edək ki, 2024-cü ilin aprel ayında Türkiyə limanları 34 milyon 395 min 89 ton yük qəbul edib.

Bu dövr ərzində Türkiyə bayrağı altında gəmilərlə daxili limanlara yük qəbulu 2 milyon 367 min 713 ton təşkil edib.

“Türkiyə limanlarına digər ölkələrin bayraqları altında gəmilərlə yük daşınması 32 milyon 27 min 376 ton olub”, - deyə nazirlikdən bildirilib.

Bununla yanaşı, 2024-cü ilin aprel ayında Türkiyə limanlarından 6 milyon 77 min 466 ton transit yük daşınıb.

Nazirlikdən verilən məlumata görə, 2024-cü ilin yanvar-aprel aylarında Türkiyə limanları 137 milyon 168 min 261 ton yük qəbul edib.

"Türkiyə bayrağı altında gəmilərlə yük qəbulu 10 milyon 72 min 186 ton təşkil edib. Digər ölkələrin bayraqları altında gəmilərlə isə Türkiyə limanlarına yükdaşımalar 127 milyon 96 min 75 ton təşkil edib”, - deyə məlumatda qeyd edilib.

Məlumatda bildirilib ki, 2024-cü ilin yanvar-aprel aylarında Türkiyə limanlarından 22 milyon 938 min 589 ton transit yük daşınıb.

Qeyd edək ki, 2024-cü ilin aprel ayında Türkiyə limanları 4 min 756 gəmi qəbul edib

Məlumata görə, bu dövrdə Türkiyə limanlarına digər ölkələrin bayraqları altında qəbul edilən gəmilərin sayı 3 min 329, Türkiyə bayrağı altında qəbul edilən gəmilərin sayı isə min 427 olub.

2024-cü ilin yanvar-aprel aylarında Türkiyə limanları 18 min 477 gəmi qəbul edib.

“Bu müddət ərzində Türkiyə limanları tərəfindən qəbul edilən digər ölkələrin bayraqları altında olan gəmilər 12 min 704, Türkiyə bayrağı altında olan gəmilər isə 5 min 773 olub”, - deyə nazirlikdən bildirilib.

Məqalədə: #Türkiyə #Özəl #Türkiyə limanları #İngiltərə

Mövzu üzrə digər xəbərlər

Səudiyyə iqtisadiyyatında gərgin saatlar - Aparıcı səhmlərin qiyməti düşdü
Səudiyyə Ərəbistanı

Səudiyyə iqtisadiyyatında gərgin saatlar - Aparıcı səhmlərin qiyməti düşdü

13 Sentyabr 20:06
İordaniyada biznes və investisiya üçün hansı imkanlar var?
Biznes

İordaniyada biznes və investisiya üçün hansı imkanlar var?

13 Sentyabr 13:00
Səudiyyə Ərəbistanında həftəlik istehlak xərcləri 4,2 milyard dollar oldu
Biznes

Səudiyyə Ərəbistanında həftəlik istehlak xərcləri 4,2 milyard dollar oldu

12 Sentyabr 22:47
"S&P" Səudiyyə Ərəbistanının kredit reytinqini "A+" səviyyəsində təsdiqlədi
Biznes

"S&P" Səudiyyə Ərəbistanının kredit reytinqini "A+" səviyyəsində təsdiqlədi

12 Sentyabr 13:13

Son Xəbərlər

Yuxuda köstəbək görmək
Yuxuda köstəbək görmək
08:00
Səudiyyə Ərəbistanı ilk milli avtomobil brendini sentyabrın 21-də təqdim edəcək
Səudiyyə Ərəbistanı ilk milli avtomobil brendini sentyabrın 21-də təqdim edəcək
07:56
İslamabad Ər-Riyadla tam həmrəyliyini bəyan etdi
İslamabad Ər-Riyadla tam həmrəyliyini bəyan etdi
07:26
Siyasi sui-qəsdlərdən səhra cəbhələrinə - 14 sentyabrda ərəb dünyasının güc balansını dəyişən 20 tarixi fakt
Siyasi sui-qəsdlərdən səhra cəbhələrinə - 14 sentyabrda ərəb dünyasının güc balansını dəyişən 20 tarixi fakt
02:00
Tarixdə bu gün - 14 sentyabr
Tarixdə bu gün - 14 sentyabr
00:01
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.