5 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi İnnovasiyalar
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Yuxuyozma
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ İqtisadiyyat
İqtisadiyyat

Azərbaycanın qarşısında enerji keçidi sahəsində ambisiyalı məqsəd və vəzifələr dayanır

27 May 2024 14:39
Azərbaycanın qarşısında enerji keçidi sahəsində ambisiyalı məqsəd və vəzifələr dayanır

Bakı. AzerVoice:

Azərbaycanın qarşısında enerji keçidi sahəsində ambisiyalı məqsəd və vəzifələr dayanır.

AzerVoice xəbər verir ki, bu barədə energetika nazirinin müavini Samir Vəliyev Bakıda keçirilən "Yaşıl artım gündəliyində təhsil" mövzusunda konfransda çıxışı zamanı deyib.

"Azərbaycanın qarşısında enerji keçidi sahəsində, həqiqətən. ambisiyalı məqsəd və vəzifələr dayanır. Azərbaycan tarixən zəngin ehtiyatlara malik neft-qaz ölkəsi olub və bunları uğurla ixrac edir. Beynəlxalq arenada Azərbaycan iqlim dəyişmələri ilə mübarizə və atmosferə tullantıların azaldılmasında fəal iştirak edir. Bu kontekstdə ölkə daha dayanıqlı inkişafa keçid üçün könüllü olaraq öz qarşısında məqsədlər qoyub "yaşıl günlər" müəyyən edib", - deyə o bildirib.

Nazir müavini qeyd edib ki, hazırda 1870 meqavatta "yaşıl" enerji mənbələri ilə əlaqəli layihələrin icrası və 2027-ci ilədək yaşıl enerji sisteminə inteqrasiya nəzərdən keçirilir.

"Paralel olaraq, bizim dənizdə külək enerjisi üçün böyük potensialımız var və əldə olunan enerjini Avropa ölkələrinə ixrac etməyi planlaşdırırıq. Yaxın gələcəkdə "ACWA Power" şirkəti 240 meqavatt gücündə külək elektrik stansiyası layihəsini [300 mln. ABŞ dolları dəyərində Xızı-Abşeron] həyata keçirməyi planlaşdırır.

"Masdar" şirkəti artıq 2023-cü ilin oktyabr ayından fəaliyyət göstərən 230 meqavatt gücündə günəş elektrik stansiyası (GES) inşa edib və yaxın gələcəkdə ümumi gücü 1000 meqavatt (yaxud 1 qiqavatt) olan üç bərpa olunan enerji mənbəyi (BEM) obyektinin təməlinin qoyulması planlaşdırılır", - deyə o əlavə edib.

Qeyd edək ki, 2006-cı ildə əsası qoyulmuş "Masdar" şirkəti 40-dan çox ölkədə ümumi qoyuluş gücü 20 qiqavattdan çox olan layihələr icra edib.

Azərbaycanın qarşısında enerji keçidi sahəsində ambisiyalı məqsəd və vəzifələr dayanır
Məqalədə: #Dəniz Külək Enerjisi Dərnəyi (DÜRED) #Yaşıl Enerji #ACWA Power

Mövzu üzrə digər xəbərlər

Azərbaycan və Çinin “PowerChina Resources” şirkəti yaşıl enerji əməkdaşlığını müzakirə edib
İqtisadiyyat

Azərbaycan və Çinin “PowerChina Resources” şirkəti yaşıl enerji əməkdaşlığını müzakirə edib

23 İyul 18:24
Prezident İlham Əliyev və Federal Kansler Fridrix Merts mətbuata bəyanatlarla çıxış ediblər
Rəsmi Xronika

Prezident İlham Əliyev və Federal Kansler Fridrix Merts mətbuata bəyanatlarla çıxış ediblər

21 İyul 21:13
Neftdən sonra nə gəlir? Səudiyyənin təmiz enerji strategiyası
Yaxın Şərq

Neftdən sonra nə gəlir? Səudiyyənin təmiz enerji strategiyası

21 İyul 21:02
Azərbaycan və Almaniya yaşıl enerji və innovasiya sahəsində əməkdaşlığı artıracaq
İqtisadiyyat

Azərbaycan və Almaniya yaşıl enerji və innovasiya sahəsində əməkdaşlığı artıracaq

21 İyul 18:15

Son Xəbərlər

İraqda dövlət banklarının maliyyə fəaliyyəti araşdırılır
İraqda dövlət banklarının maliyyə fəaliyyəti araşdırılır
16:55
BƏƏ prezidenti Sierra Leone-də keçiriləcək sammitə dəvət alıb
BƏƏ prezidenti Sierra Leone-də keçiriləcək sammitə dəvət alıb
16:47
İordaniyada daxili  turizmi  təşviq etmək üçün pulsuz turlar təşkil edilir
İordaniyada daxili turizmi təşviq etmək üçün pulsuz turlar təşkil edilir
15:53
İraqın Basra neft markaları həftə ərzində 10 faizdən çox bahalaşıb
İraqın Basra neft markaları həftə ərzində 10 faizdən çox bahalaşıb
15:52
İraq buğda və xurma istehsalında tam özünütəminata nail olub
İraq buğda və xurma istehsalında tam özünütəminata nail olub
15:42
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi İnnovasiyalar
  • Digər Dövlətlər

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.