15 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
ArabAZ İqtisadiyyat
İqtisadiyyat

Türkiyədə təbii qaz hasilatı 807,3 milyon kubmetrə çatıb

17 İyun 2024 16:37
Türkiyədə təbii qaz hasilatı 807,3 milyon kubmetrə çatıb

Bakı. VOA:

Türkiyənin Qara dənizdə kəşf etdiyi təbii qazın 2023-cü ilin sentyabr ayı etibarilə hasil edilərək sistemə verilməsi ilə hasilat 2022-ci ilə nisbətən keçən il 113 % artaraq 807,3 milyon kubmetrə çatıb.

VOA xəbər verir ki, Enerji Bazarını Tənzimləmə Qurumunun (EPDK) illik təbii qaz hesabatından əldə edilən məlumatlara görə, Türkiyənin Qara dənizdəki təbii qaz kəşfi hasilata da yansımağa başlayıb.

Ölkədə topdansatış lisenziyası olan 8 şirkət təbii qaz istehsal etmək səlahiyyətinə malikdir.

Sözügedən şirkətlər tərəfindən keçən il hasil edilən və sistemə verilən təbii qazın miqdarı əvvəlki ilə nisbətən 113 faiz artaraq 2023-cü ildə 807,3 milyon kubmetrə çatıb. Türkiyə Neft Anonim Ortaqlığı (TPAO), Thrace Basin Natural Gas Corporation Türkiye və Park Place Energy Limited ən çox istehsal həyata keçirilən şirkətlər olaraq qeydə alınıb. Türkiyənin təbii qaz hasilatı 2019-cu ildə 473,9 milyon kubmetr, 2020-ci ildə 441,3 milyon kubmetr, 2021-ci ildə 394,4 milyon kubmetr və 2022-ci ildə 379,8 milyon kubmetr olaraq qeydə alınıb.

EPDK hesabatında, "Bu artımın əhəmiyyətli bir hissəsi Qara dəniz Sakarya Qaz Sahəsində aşkar edilən təbii qazın 2023-cü ilin sentyabr ayından etibarən hasil edilərək sistemə verilməyə başlaması ilə əlaqədardır." - deyə qeyd edilib.

Lisenziyalı şirkətlər tərəfindən satışa təqdim edilən qazın çıxarıldığı vilayətlər arasında Qara dəniz qazının ön plana çıxdığı Zonguldak 337,8 milyon kubmetrlə birinci olub. Onun ardınca isə 243,3 milyon kubmetrlə Tekirdağ, 108,7 milyon kubmetrlə Kırklareli, 55,9 milyon kubmetrlə Düzce və 55,9 milyon kubmetrlə İstanbul gəlir. Hasilatın aparıldığı 10 şəhər arasında sistemə ən az təbii qaz transfer edən şəhər 4 min kubmetrlə Hatay olub.

Türkiyədə təbii qaz hasilatı 807,3 milyon kubmetrə çatıb
Məqalədə: #Türkiyə #təbii qaz #Qara dəniz

Mövzu üzrə digər xəbərlər

Azərbaycan və Suriya iqtisadi əməkdaşlığın genişləndirilməsini müzakirə edib
İqtisadiyyat

Azərbaycan və Suriya iqtisadi əməkdaşlığın genişləndirilməsini müzakirə edib

20:19
Səudiyyə iqtisadiyyatında gərgin saatlar - Aparıcı səhmlərin qiyməti düşdü
Səudiyyə Ərəbistanı

Səudiyyə iqtisadiyyatında gərgin saatlar - Aparıcı səhmlərin qiyməti düşdü

13 Sentyabr 20:06
İordaniyada biznes və investisiya üçün hansı imkanlar var?
Biznes

İordaniyada biznes və investisiya üçün hansı imkanlar var?

13 Sentyabr 13:00
Səudiyyə Ərəbistanında həftəlik istehlak xərcləri 4,2 milyard dollar oldu
Biznes

Səudiyyə Ərəbistanında həftəlik istehlak xərcləri 4,2 milyard dollar oldu

12 Sentyabr 22:47

Son Xəbərlər

İraq bir ixrac dəhlizindən asılı qala bilməz - Əli əz-Zeydi
İraq bir ixrac dəhlizindən asılı qala bilməz - Əli əz-Zeydi
21:16
Böyük Britaniya Səudiyyə Ərəbistanı və Yəmən hökumətinə dəstəyini bildirib
Böyük Britaniya Səudiyyə Ərəbistanı və Yəmən hökumətinə dəstəyini bildirib
21:13
Səudiyyə Ərəbistanının Şərq-Qərb neft kəməri bir neçə günə fəaliyyətini bərpa edəcək - ABŞ
Səudiyyə Ərəbistanının Şərq-Qərb neft kəməri bir neçə günə fəaliyyətini bərpa edəcək - ABŞ
21:11
Qəzzada müharibə nəticəsində ölənlərin sayı 73 min 789-a çatıb
Qəzzada müharibə nəticəsində ölənlərin sayı 73 min 789-a çatıb
20:48
BƏƏ-Suriya münasibətləri dostluq və qardaşlığa əsaslanır - Məhəmməd bin Rəşid
BƏƏ-Suriya münasibətləri dostluq və qardaşlığa əsaslanır - Məhəmməd bin Rəşid
20:44
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.