7 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ İqtisadiyyat
İqtisadiyyat

bp Xəzərdəki əməliyyatlarında dron texnologiyasının tətbiqinə başlayıb

20 İyun 2024 15:01
bp Xəzərdəki əməliyyatlarında dron texnologiyasının tətbiqinə başlayıb

Bakı.VOA

bp Xəzər dənizindəki obyektlərində iri çənlərə texniki baxış keçirmək üçün qabaqcıl dron texnologiyasının tətbiqinə başlayıb.

"bp-Azerbaijan" şirkətindən VOA-ə verilən məlumata görə, şirkət ilk dəfə olaraq "Şahdəniz Alfa" platformasında boş çənlərə texniki baxış keçirmək üçün "Elios 3" dronlarından istifadə edib.

Bu, bp-nin regiondakı əməliyyatlarının təhlükəsizliyi və səmərəliliyinin artırılması üçün tətbiq olunan texnoloji ilklərdən biridir. Bu yeniliyin sürət və etibarlılıq kimi bir sıra əlavə üstünlükləri də var - onun sayəsində bu əməliyyata insan müdaxiləsinə ehtiyac qalmır, iş sürətlə və çevik yerinə yetirilir. Əlavə olaraq, bu innovativ texnologiyanın tətbiqi ardıcıl və daha dəqiq texniki baxış məlumatlarının əldə olunmasını təmin etməklə əməliyyat qərarlarının qəbuluna kömək edəcək.

"Şahdəniz Alfa platformasında boş çənlərin dronlar vasitəsilə yoxlanılması bu innovativ texnologiyanın bp-nin Xəzərdəki obyektlərində ilk tətbiqidir. "Elios 3" dronları ilə çənlərə texniki baxış keçirmək ənənəvi olaraq bu işə sərf etdiyimiz vaxtın çox cüzi bir hissəsinə başa gəlir. Başqa sözlə, insan əməyi ilə dörd həftəyədək vaxt aparan texniki yoxlamanı dronlar faktiki olaraq cəmi 45 dəqiqəyə yerinə yetirir və bu isə əməliyyatlarda maksimum fasiləsizliyə şərait yaradır.

"Ən vacib məqam isə odur ki, bu texnologiya əsas prioritetimiz olan əməyin təhlükəsizliyinin təmin olunmasında ciddi transformativ irəliləyişdir. Daha geniş mənada, dəniz əməliyyatlarında dronlardan istifadə texniki təhlükəsizlik və əməliyyatların mükəmməlliyi baxımından sənayemizdə yeni standart müəyyən edir", - bp-nin hasilat üzrə vitse-prezidenti Elxan Məmmədov bildirib.

Bu uğura əsaslanaraq, bp bu regiondakı əməliyyatlarında "Elios 3" dronlarından daha geniş miqyasda, münasib və tələblərə uyğun şəkildə qeyri-karbohidrogen maye üçün tutumların və çənlərin vizual texniki baxışı üçün də istifadə etməyi planlaşdırır.

Bu, bp-nin regional əməliyyatlarında çənlərin yoxlanılması və təmizlənməsi üçün texnologiyadan istifadə etdiyi ilk hal deyil. 2019-cu ildə şirkət Səngəçal terminalında xam neft saxlama çənlərinə texniki baxış keçirmək üçün ilk dəfə olaraq sürünən robotlardan istifadəyə başlayıb. Həmin vaxtdan, bu innovasiyanın tətbiqi irihəcmli xam neft çənlərinin təmizlənməsində insan əməyini əhəmiyyətli dərəcədə azaltmaqla yanaşı, profilaktik işlərin fasiləsiz aparılmasını və nəticə etibarilə, xərclərə xeyli qənaət olunmasını təmin edib.

bp Xəzərdəki əməliyyatlarında dron texnologiyasının tətbiqinə başlayıb bp Xəzərdəki əməliyyatlarında dron texnologiyasının tətbiqinə başlayıb
Məqalədə: #bp #dron #Xəzər

Mövzu üzrə digər xəbərlər

Azərbaycan ilə bp arasında mədəni əməkdaşlığın genişləndirilməsi müzakirə olunub
Mədəniyyət

Azərbaycan ilə bp arasında mədəni əməkdaşlığın genişləndirilməsi müzakirə olunub

3 Sentyabr 18:29
İsrailin hücumları Livanın cənubunda 4 nəfərin ölümünə səbəb olub
Yaxın Şərq

İsrailin hücumları Livanın cənubunda 4 nəfərin ölümünə səbəb olub

16 İyun 20:22
ABŞ Hörmüz boğazındakı gəmilərə təhdidi azaltmaq üçün “məhdud zərbələr” həyata keçirir
Digər Dövlətlər

ABŞ Hörmüz boğazındakı gəmilərə təhdidi azaltmaq üçün “məhdud zərbələr” həyata keçirir

10 İyun 19:20
İran Körfəz hücumlarını ABŞ blokadası fonunda “strateji baxımdan çox önəmli” sayır
İran

İran Körfəz hücumlarını ABŞ blokadası fonunda “strateji baxımdan çox önəmli” sayır

6 İyun 20:53

Son Xəbərlər

İsrail qüvvələri Livanın cənubundakı Hula şəhərini bombalayıb
İsrail qüvvələri Livanın cənubundakı Hula şəhərini bombalayıb
18:56
İran hərbi texnika istehsalını və döyüş taktikasını genişləndirir
İran hərbi texnika istehsalını və döyüş taktikasını genişləndirir
18:52
Fələstinlilərin öldürülməsi davam edən müharibənin tərkib hissəsidir  - HƏMAS
Fələstinlilərin öldürülməsi davam edən müharibənin tərkib hissəsidir - HƏMAS
18:46
BƏƏ İranla müharibədən sonra enerji ixracı üçün alternativ marşrutlar yaradır
BƏƏ İranla müharibədən sonra enerji ixracı üçün alternativ marşrutlar yaradır
18:41
Qəzzadakı vəziyyət siyasi həll imkanlarını daraldır
Qəzzadakı vəziyyət siyasi həll imkanlarını daraldır
18:37
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.