13 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
ArabAZ İqtisadiyyat
İqtisadiyyat

İsraflı istehlak cəmiyyəti karbon emissiyasını artıran əsas səbəblərdən biridir-Rəşad Cabirli

28 Avqust 2024 10:50
İsraflı istehlak cəmiyyəti karbon emissiyasını artıran əsas səbəblərdən biridir-Rəşad Cabirli

Bakı, AzerVoice

İsraflı istehlak cəmiyyəti karbon emissiyasını artıran əsas səbəblərdən biridir.

AzerVoice xəbər verir ki, bu haqda MÜSİAD Azərbaycan idarə heyətinin sədri Rəşad Cabirli öz sosial medai hesabında paylaşım edib.

Dünyanın ən dəyərli aktivi olan insanın günümüzdə ehtiyyacından qat-qat çox istehlak etməyə davam etdiyini deyən Cabirli, "1870-ci ildə başlayan ikinci sənaye inqlabı kütləvi istehsalın əsasını qoymuşdur. 1969-cu ildə üçüncü, 2013-cü ildə başlayan dördüncü sənaye inqlabları kütləvi istehsala təkan verdi. Nəticədə həddindən artıq israflı istehsala gətirib çıxardı və beləcə malların təklifi istehlak tələbini üstələdi"- deyə qeyd edərək artan istehsalı qarşılamaq üçün süni yollarla tələbin artırıldığını bildirir.

"Buna görə də insanların istehlak xərclərini manipulyasiya etmək üçün istehsalda planlaşdırılmış köhnəlmə siyasiəti və reklamların təşviqi metodu tətbiq olunmağa başlandı. Nəticədə bu tendensiya israfçı istehlak cəmiyyətinə yəni konsumerizmə gətirib çıxardı.",- deyə o əlavə edib.

Qeyd edək ki, konsumerizm (consumerism -istehlakçı)-daim artan miqdarda mal və xidmətlərin əldə edilməsini təşviq edən sosial və iqtisadi bir fenomendir.

İstehlak cəmiyyətinin ortaya çıxmasının tarixi zəmininə toxunan Cabirli,"1929-cu ildə dünyada yaşanan iqtisadi böhran, klassik idarəetmədə insan faktoruna əhəmiyyətin verilməməsi, dəyişən cəmiyyət dəyərləri nəticəsində klassik idarəetmə 1930-cu ildə özünün pik həddinə çatdı və neo-klassik idarəetmənin başlanğıcı oldu"-deyə qeyd edir.

O neo-klassik idarəetmədə insan qaynaqlarının ön plana çıxdığını, cəmiyyətdə insanın tələblərinin də manipulyasiya edilməyə başlandığını deyib."Nəticədə mən deyərdim ki, israflı istehsal başladı. II dünya müharibəsindən sonra isə konsumerizm sürətlə inkişaf etdi. Günümüzdə də davam edən sistemli idarəetmə, reklam, planlanmış köhnəlmə, neyromarketinq və s. konsumerizmə rəvac verir.",-deyə Cabirli fikrini ifadə etdi.

Cabirli, dünyanın bu gün əkiz (yaşıl, rəqəmsal) transoformasiya, üçüz (yaşıl, rəqəmsal, sosial) transformasiyanın əhəmiyyətini daha yaxşı anlamağa başladığını bildirərək, "Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişikliyi Konfransının (COP29) ölkəmizdə keçirilməsi böyük hadisədir və bu xüsusi əhəmiyyət kəsb edir. Bəli, iqlim dəyişikliyinə səbəb olan karbon emissiyasının azaldılması, karbonun tutulması istiqamətində ciddi addımlar atılmalıdır. Eyni zamanda konsumerizmin və manipulyasiya ilə yaranmış kütləvi istehsal tələbinin qarşısı alınmalıdır ki, karbon ayaq izi azalsın",- deyə sözlərinə əlavə edib.

Göstəriş və status nümayişi üçün edilən hər şeyin israfa, israfın da qlobal təhlükəyə gətirib çıxardığına diqqət çəkən Cabirli, "Dərd yol göstərir"-deyib mütəfəkkir. Nə bilmək olar bəlkə bu dərd sayəsində doğru yolu daha aydın görəcəyik ?! Əgər dərdin dərd olduğunun fərqinə varsaq təbii ki. Bizlər sən və mən qəflətini aşıb "biz" şüuruyla hərəkət etməli, həmrəy olmalı, ekoloji çevrəmizi qorumalıyıq!",- deyə fikrini yekunlaşdırıb.

İsraflı istehlak cəmiyyəti karbon emissiyasını artıran əsas səbəblərdən biridir-Rəşad Cabirli
Məqalədə: #Rəşad Cabirli

Mövzu üzrə digər xəbərlər

Səudiyyə Ərəbistanında həftəlik istehlak xərcləri 4,2 milyard dollar oldu
Biznes

Səudiyyə Ərəbistanında həftəlik istehlak xərcləri 4,2 milyard dollar oldu

12 Sentyabr 22:47
"S&P" Səudiyyə Ərəbistanının kredit reytinqini "A+" səviyyəsində təsdiqlədi
Biznes

"S&P" Səudiyyə Ərəbistanının kredit reytinqini "A+" səviyyəsində təsdiqlədi

12 Sentyabr 13:13
Körfəzdə elektron ticarət investisiyalarının 93 faizi Səudiyyə Ərəbistanının payına düşür
Biznes

Körfəzdə elektron ticarət investisiyalarının 93 faizi Səudiyyə Ərəbistanının payına düşür

11 Sentyabr 13:23
İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu: Azərbaycan investorlar üçün nə vəd edir?
İqtisadiyyat

İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu: Azərbaycan investorlar üçün nə vəd edir?

11 Sentyabr 11:53

Son Xəbərlər

Bu gün İtaliya Misirə hücum etdi - Mussolininin "Roma imperiyası" xülyası və səhrada başlayan fəlakət
Bu gün İtaliya Misirə hücum etdi - Mussolininin "Roma imperiyası" xülyası və səhrada başlayan fəlakət
03:00
Tarixdə bu gün – 13 sentyabr
Tarixdə bu gün – 13 sentyabr
00:01
Səudiyyə Ərəbistanında həftəlik istehlak xərcləri 4,2 milyard dollar oldu
Səudiyyə Ərəbistanında həftəlik istehlak xərcləri 4,2 milyard dollar oldu
12 Sentyabr 22:47
Səudiyyə Ərəbistanında fövqəladə təhlükə xəbərdarlığı elan edilib
Səudiyyə Ərəbistanında fövqəladə təhlükə xəbərdarlığı elan edilib
12 Sentyabr 22:31
Əbu-Dabi vəliəhdi Pezeşkianla regional gərginliyin azaldılmasını müzakirə edib
Əbu-Dabi vəliəhdi Pezeşkianla regional gərginliyin azaldılmasını müzakirə edib
12 Sentyabr 22:27
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.