13 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
ArabAZ İqtisadiyyat
İqtisadiyyat

Çindən Türkiyə limanlarına 5 milyon tondan çox yük daşınıb (ÖZƏL)

5 Sentyabr 2024 11:39
Çindən Türkiyə limanlarına 5 milyon tondan çox yük daşınıb (ÖZƏL)

Bakı, AzerVoice

2024-cü ilin yanvar-iyul aylarında Çindən Türk limanlarına 5 milyon 433 min 047 ton yük daşınıb.

Bu barədə AzerVoice -a Türkiyənin Nəqliyyat və İnfrastruktur Nazirliyindən məlumat verilib.

Nazirlikdən verilən məlumata görə, bu müddət ərzində Türkiyə bayrağı altında üzən gəmilər Çindən Türkiyə limanlarına 24 min 859 ton yük daşıyıb.

“Bu ilin yanvar-iyul aylarında Çindən Türkiyəyə digər dövlətlərin bayrağı altında üzən gəmilərlə 5 milyon 118 min 150 ton yük daşınıb” – deyə nazirlikdən bildiriblər.

Nazirlikdən verilən məlumatda qeyd olunur ki, bu müddət ərzində Çindən Türkiyəyə Çin bayrağı ilə üzən gəmilərlə 290 min 38 ton yük çatdırılıb.

2024-cü ilin yanvar-iyul aylarında Çindən Türkiyə limanlarına 1 milyon 486 min 781 ton tranzit yük daşınıb.

Qeyd edək ki, 2024-cü ilin iyul ayında Türkiyə limanları 32 milyon 203 min 883 ton yük qəbul edib. Bu dövr ərzində də Türkiyə bayrağı altında gəmilərlə daxili limanlara yük qəbulu 2 milyon 578 min 844 ton təşkil edib.

“Türkiyə limanlarına digər ölkələrin bayraqları altında gəmilərlə yük daşınması 29 milyon 625 min 39 ton olub”, – deyə nazirlikdən bildirilib.

Bununla yanaşı, 2024-cü ilin iyul ayında Türkiyə limanlarından 6 milyon 460 min 580 ton transit yük daşınıb.

Nazirlikdən verilən məlumata görə, 2024-cü ilin yanvar-iyul aylarında Türkiyə limanları 236 milyon 289 min 828 ton yük qəbul edib.

 “Türkiyə bayrağı altında gəmilərlə yük qəbulu 17 milyon 455 min 606 ton təşkil edib. Digər ölkələrin bayraqları altında gəmilərlə isə Türkiyə limanlarına yükdaşımalar 218 milyon 834 min 222 ton təşkil edib”, – deyə məlumatda qeyd edilib.

Məlumatda bildirilib ki, 2024-cü ilin yanvar-iyul aylarında Türkiyə limanlarından 40 milyon 858 min 235 ton transit yük daşınıb.

Qeyd edək ki, bu ilin iyul ayında Türkiyə limanları 5 min 662 gəmi qəbul edib.

Bu dövrdə Türkiyə limanlarına digər ölkələrin bayraqları altında qəbul edilən gəmilərin sayı 3 min 508, Türkiyə bayrağı altında qəbul edilən gəmilərin sayı isə 2 min 154 olub.

2024-cü ilin yanvar-iyul aylarında Türkiyə limanları 34 min 977 gəmi qəbul edib.

Bu müddət ərzində Türkiyə limanları tərəfindən qəbul edilən digər ölkələrin bayraqları altında olan gəmilər 23 min 298, Türkiyə bayrağı altında olan gəmilər isə 11 min 679 olub.

Çindən Türkiyə limanlarına 5 milyon tondan çox yük daşınıb (ÖZƏL) Çindən Türkiyə limanlarına 5 milyon tondan çox yük daşınıb (ÖZƏL) Çindən Türkiyə limanlarına 5 milyon tondan çox yük daşınıb (ÖZƏL) Çindən Türkiyə limanlarına 5 milyon tondan çox yük daşınıb (ÖZƏL) Çindən Türkiyə limanlarına 5 milyon tondan çox yük daşınıb (ÖZƏL) Çindən Türkiyə limanlarına 5 milyon tondan çox yük daşınıb (ÖZƏL) Çindən Türkiyə limanlarına 5 milyon tondan çox yük daşınıb (ÖZƏL)
Məqalədə: #Türkiyə limanları #Çindən yük daşıma

Mövzu üzrə digər xəbərlər

Səudiyyə Ərəbistanında həftəlik istehlak xərcləri 4,2 milyard dollar oldu
Biznes

Səudiyyə Ərəbistanında həftəlik istehlak xərcləri 4,2 milyard dollar oldu

12 Sentyabr 22:47
"S&P" Səudiyyə Ərəbistanının kredit reytinqini "A+" səviyyəsində təsdiqlədi
Biznes

"S&P" Səudiyyə Ərəbistanının kredit reytinqini "A+" səviyyəsində təsdiqlədi

12 Sentyabr 13:13
Körfəzdə elektron ticarət investisiyalarının 93 faizi Səudiyyə Ərəbistanının payına düşür
Biznes

Körfəzdə elektron ticarət investisiyalarının 93 faizi Səudiyyə Ərəbistanının payına düşür

11 Sentyabr 13:23
İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu: Azərbaycan investorlar üçün nə vəd edir?
İqtisadiyyat

İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu: Azərbaycan investorlar üçün nə vəd edir?

11 Sentyabr 11:53

Son Xəbərlər

Bu gün İtaliya Misirə hücum etdi - Mussolininin "Roma imperiyası" xülyası və səhrada başlayan fəlakət
Bu gün İtaliya Misirə hücum etdi - Mussolininin "Roma imperiyası" xülyası və səhrada başlayan fəlakət
03:00
Tarixdə bu gün – 13 sentyabr
Tarixdə bu gün – 13 sentyabr
00:01
Səudiyyə Ərəbistanında həftəlik istehlak xərcləri 4,2 milyard dollar oldu
Səudiyyə Ərəbistanında həftəlik istehlak xərcləri 4,2 milyard dollar oldu
12 Sentyabr 22:47
Səudiyyə Ərəbistanında fövqəladə təhlükə xəbərdarlığı elan edilib
Səudiyyə Ərəbistanında fövqəladə təhlükə xəbərdarlığı elan edilib
12 Sentyabr 22:31
Əbu-Dabi vəliəhdi Pezeşkianla regional gərginliyin azaldılmasını müzakirə edib
Əbu-Dabi vəliəhdi Pezeşkianla regional gərginliyin azaldılmasını müzakirə edib
12 Sentyabr 22:27
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.