Bakı, AzerVoice
Bakıda "Chain Reaction 2024" forumu başlayıb.
AzerVoice xəbər verir ki, tədbirin əsas mövzuları blokçeyn, Web3, süni intellekt və rəqəmsal aktivlərdir.
Məlumata görə, Forumun birinci günü çərçivəsində aşağıdakı panellər keçiriləcək: "Metavers və Rəqəmsal iqtisadiyyata dalış", "Rəqəmsal maliyyədə yeniliyin hərəkətverici qüvvəsi kimi kriptovalyutalar", "Kripto-kapital: İsveçrə necə Avropada rəqəmsal aktivlər üzrə liderə çevrilir?", "Blokçeyn tətbiqi: hökumətlər və müəssisələr texnologiyada hansı dəyəri görür?", "İnteqrasiya olunmuş innovasiya ekosisteminin yaradılması", "Təşkilatların məhsuldarlığını artırmaq üçün süni intellektdən istifadə", "Kriptovalyuta bazarının vəziyyəti: hərəkətverici amil nədir? ", həmçinin "Banklar necə Web 2-dən Web 3-ə keçirlər" və "Web 3- sabit gəlirdəki dəyişmələrin hərəkətverici qüvvəsi kimi".
Qeyd edək ki, forum 2 gün davam edəcək.

