11 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
ArabAZ İqtisadiyyat
İqtisadiyyat

COP28 qlobal temperaturun yüksəlməsinin qarşısını almaq üzrə səylərin dönüş nöqtəsidir - Giorgia Meloni

2 Dekabr 2023 23:53
COP28 qlobal temperaturun yüksəlməsinin qarşısını almaq üzrə səylərin dönüş nöqtəsidir - Giorgia Meloni

Bakı. AzerPress:

COP28 qlobal temperaturun 1,5 dərəcədən yüksəlməsinin qarşısını almaq üzrə səylərin dönüş nöqtəsidir.

AzerPress xəbər verir ki, bunu İtaliyanın Nazirlər Şurasının sədri Giorgia Meloni BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 28-ci sessiyası çərçivəsində təşkil edilən Ümumdünya İqlim Fəaliyyəti Sammitində (COP28) deyib.

"Optimizm üçün əsaslar olsa da, hədəf əvvəlki kimi uzaqdır. COP28 dönüş nöqtəsi olmalıdır və biz aydın istiqamət götürməliyik. İtaliya dekarbonizasiya prosesinə öz töhfəsini verir və bunu praqmatik şəkildə edir. Bu o deməkdir ki, biz texnoloji cəhətdən neytral, lazımsız radikallıqdan azad yanaşma ilə hərəkət edirik", - deyə Meloni qeyd edib.

Onun sözlərinə görə, ideoloji deyil, ekoloji keçidə çalışmaq lazımdır.

"Biz tədricən kömür enerjisini bərpa olunan enerji mənbələri ilə əvəz edirik. Enerji və iqlim üzrə yeni plan qəbul etmişik. Məqsəd tullantıların 2030-cu ilədək ən azı 55 faiz azaldılmasından ibarətdir. Biz həmçinin vətənimizdə və Aralıq dənizində lazımi infrastrukturu və generasiyaedici imkanları inkişaf etdirməklə təmiz enerji sahəsində strateji müttəfiq olmaq istiqamətində çalışırıq. Yeni itki və zərər fonduna 100 milyon avro töhfə verəcəyik və bütün bu prioritetlər həmçinin İtaliyanın 2024-cü ildə "G7" ("Böyük Yeddilik") sədrliyinin əsasını təşkil edəcək", - deyə o əlavə edib.

COP28 qlobal temperaturun yüksəlməsinin qarşısını almaq üzrə səylərin dönüş nöqtəsidir - Giorgia Meloni
Məqalədə: #İtaliya #Giorgia Meloni

Mövzu üzrə digər xəbərlər

İraq Türkiyəyə "su qarşılığında neft" nəqlini azaltdı - Gündəlik limit 33 min barelə endirildi
Neft və qaz

İraq Türkiyəyə "su qarşılığında neft" nəqlini azaltdı - Gündəlik limit 33 min barelə endirildi

10 Sentyabr 14:02
"Qatar Airways"dən rekord sifariş - 138 yeni təyyarə alınır
Biznes

"Qatar Airways"dən rekord sifariş - 138 yeni təyyarə alınır

10 Sentyabr 13:49
Ankara ilə Ər-Riyad arasında birgə investisiyalar və texnologiya transferi ön plana çıxır
Biznes

Ankara ilə Ər-Riyad arasında birgə investisiyalar və texnologiya transferi ön plana çıxır

10 Sentyabr 10:37
Qətərdə İslam bankçılığı rəqəmsallaşma və dayanıqlı maliyyənin inkişafı fonunda genişlənir
İqtisadiyyat

Qətərdə İslam bankçılığı rəqəmsallaşma və dayanıqlı maliyyənin inkişafı fonunda genişlənir

9 Sentyabr 12:34

Son Xəbərlər

Qlobal fırtınalardan regional cəbhələrə: 11 sentyabrda ərəb coğrafiyasını sarsıdan 20 tarixi fakt
Qlobal fırtınalardan regional cəbhələrə: 11 sentyabrda ərəb coğrafiyasını sarsıdan 20 tarixi fakt
00:10
Tarixdə bu gün - 11 sentyabr
Tarixdə bu gün - 11 sentyabr
00:01
2.7L EcoBoost və off-road üçün Tremor - Yeni nəsil Ford Everest V6-nın detalları
2.7L EcoBoost və off-road üçün Tremor - Yeni nəsil Ford Everest V6-nın detalları
10 Sentyabr 23:00
Peru ABŞ-nin narkotik kartellərinə qarşı koalisiyasına qoşulur
Peru ABŞ-nin narkotik kartellərinə qarşı koalisiyasına qoşulur
10 Sentyabr 22:00
OpenAI maliyyə sektoru üçün xüsusi ChatGPT təqdim edib
OpenAI maliyyə sektoru üçün xüsusi ChatGPT təqdim edib
10 Sentyabr 21:41
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.