5 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi İnnovasiyalar
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Yuxuyozma
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ İqtisadiyyat
İqtisadiyyat

Mərkəzi Asiya-Azərbaycan “yaşıl” enerji dəhlizi çox perspektivli təşəbbüsdür - AİB

4 Oktyabr 2024 09:25
Mərkəzi Asiya-Azərbaycan “yaşıl” enerji dəhlizi çox perspektivli təşəbbüsdür - AİB

Bakı, AzerVoice

Asiya İnkişaf Bankı (AİB) Mərkəzi Asiya ölkələri ilə Azərbaycan arasında yaşıl enerji dəhlizinin yaradılması təşəbbüsünü çox perspektivli hesab edir və bunu alqışlayır.

Bu barədə AzerVoice-ə özəl olaraq AİB-in Azərbaycan nümayəndəliyinin rəhbəri Kendis MakDeyqan deyib.

Onun sözlərinə görə, AİB bu yaşıl enerji ixrac dəhlizinin maliyyələşdirilməsi perspektivləri ilə bağlı müzakirələrin ilkin mərhələsindədir:

"Azərbaycanın “Mərkəzi Asiya-Azərbaycan” “yaşıl” dəhlizinin yaradılmasına dair anlaşma memorandumları var. Bu dəhliz böyük, çox perspektivli və maraqlı təşəbbüsdür. O, bir neçə ölkəni birləşdirəcək, layihədə bir neçə şirkət iştirak edəcək. İndi bir neçə addım atılmalı, xüsusən də texniki-iqtisadi əsaslandırma (TİƏ) hazırlanmalıdır", - deyə K.MakDeyqan qeyd edib.

Energetika nazirinin müavini Orxan Zeynalov bir müddət əvvəl Trend-ə müsahibəsində bildirib ki, Asiya İnkişaf Bankı (AİB) “Mərkəzi Asiya-Azərbaycan” “yaşıl” enerji dəhlizinin seqmentinin yaradılmasında Azərbaycanın əsas tərəfdaşlarından biri ola bilər və fəal danışıqlar aparılır.

Təşəbbüsün iştirakçıları Özbəkistan və Qazaxıstandır ki, onun həyata keçirilməsi üçün yaxın vaxtlarda Bakıda birgə müəssisə yaradılacaq.

O.Zeynalov Trend-ə bildirib ki, artıq beynəlxalq miqyasda tanınan şirkət seçilib, o, texniki-iqtisadi əsaslandırmanı hazırlayacaq, ondan sonra bu "yaşıl" enerji dəhlizinin həyata keçirilməsi üçün tələb olunan vəsaitin həcminə aydınlıq gələcək.

Qeyd edək ki, AİB Azərbaycanın enerji sektorunun inkişafına fəal kömək edir və xüsusilə Böyük Şor gölündə günəş fotoelektrik stansiyasının yaradılmasına dəstək göstərir.

AİB-in Azərbaycandakı layihələrinin ümumi portfeli 5 milyard dolları ötüb, əməkdaşlıq 1999-cu ildən həyata keçirilir.

Mərkəzi Asiya-Azərbaycan “yaşıl” enerji dəhlizi çox perspektivli təşəbbüsdür - AİB
Məqalədə: #Asiya İnkişaf Bankı (AİB)

Mövzu üzrə digər xəbərlər

Özbəkistan ilə AİB arasında 12 milyard dollarlıq saziş imzalanıb
Özbəkistan

Özbəkistan ilə AİB arasında 12 milyard dollarlıq saziş imzalanıb

4 May 12:50
Asiya İnkişaf Bankı ilə əməkdaşlıq məsələləri müzakirə edilib
İqtisadiyyat

Asiya İnkişaf Bankı ilə əməkdaşlıq məsələləri müzakirə edilib

20 Fevral 14:11
“Mərkəzi Asiya-Azərbaycan Yaşıl Enerji Dəhlizi” layihəsinin texniki-iqtisadi əsaslandırmasına dair ilk iclas keçirilib
Cəmiyyət

“Mərkəzi Asiya-Azərbaycan Yaşıl Enerji Dəhlizi” layihəsinin texniki-iqtisadi əsaslandırmasına dair ilk iclas keçirilib

2 Fevral 16:19
Şərq Şərqdən öyrənəndə: Çin modeli Mərkəzi Asiyanın aynasında
İqtisadiyyat

Şərq Şərqdən öyrənəndə: Çin modeli Mərkəzi Asiyanın aynasında

20 Dekabr 2025 14:23

Son Xəbərlər

"Qara Sentyabr" əməliyyatından Kemp-Devid zirvəsinə: 5 sentyabrda Yaxın Şərqdə nə baş verdi?
"Qara Sentyabr" əməliyyatından Kemp-Devid zirvəsinə: 5 sentyabrda Yaxın Şərqdə nə baş verdi?
03:00
Tarixdə bu gün - 5 Sentyabr
Tarixdə bu gün - 5 Sentyabr
00:01
İran ABŞ və Avropanın nüvə məsələsini BMT Təhlükəsizlik Şurasına çıxarmaq cəhdini pisləyib
İran ABŞ və Avropanın nüvə məsələsini BMT Təhlükəsizlik Şurasına çıxarmaq cəhdini pisləyib
4 Sentyabr 22:24
Qətər İranın Rəs Laffan hücumu ilə bağlı iddialarını təkzib edib
Qətər İranın Rəs Laffan hücumu ilə bağlı iddialarını təkzib edib
4 Sentyabr 22:00
ABŞ və Çin sentyabrda süni intellekt təhlükəsizliyi üzrə danışıqlara hazırlaşır
ABŞ və Çin sentyabrda süni intellekt təhlükəsizliyi üzrə danışıqlara hazırlaşır
4 Sentyabr 21:42
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi İnnovasiyalar
  • Digər Dövlətlər

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.