12 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
ArabAZ İqtisadiyyat
İqtisadiyyat

Azərbaycanda qaz hasilatı neft hasilatını ötə bilər - Rystad Energy

14 Oktyabr 2024 09:20
Azərbaycanda qaz hasilatı neft hasilatını ötə bilər - Rystad Energy

Bakı, AzerVoice

Bir sıra iri layihələrin həyata keçirilməsi sayəsində Azərbaycanda qaz hasilatı tezliklə neft hasilatını ötə bilər.

Bu barədə AzerVoice-a "Rystad Energy" (Norveç) müstəqil araşdırma şirkəti bildirib.

Şirkətin analitiklərinin qeyd ediblər ki, ölkənin qaz sənayesi sürətlə inkişaf edir və onilliyin sonuna qədər qaz hasilatının 2020-ci ilin göstəriciləri ilə müqayisədə 51 faiz - ildə 40 milyard kubmetrə qədər artacağı gözlənilir.

"Azərbaycan qaz hasilatını daha da artırmaq üçün bir neçə əsas qaz və qaz-kondensat yataqlarını işlətməyi planlaşdırır. Bu artım yaxın illərdə qaz hasilatının neft hasilatını üstələməsinə gətirib çıxaracaq. 2018-ci ildə "Şahdəniz" layihəsinin ikinci mərhələsinin işə salınmasından sonra qaz sənayesinə əhəmiyyətli təkan verilib ki, bu da 2017-ci ildən əmtəəlik qaz hasilatını 83 faiz - keçən il təxminən 36 milyard kubmetrə çatdırmağa imkan verdi. Təkcə "Şahdəniz" ümumi qaz hasilatının təxminən 72 faizini təmin edib", - deyə şirkət qeyd edib.

Müvafiq olaraq, Norveç şirkətinin analitiklərinin dediyi kimi, qaz ixracı da 2018-ci ildəki 9,6 milyard kubmetrdən ötən il təxminən 24 milyard kubmetrə qədər artıb.

"Bu tədarükün təxminən yarısı Avropaya, qalanı Türkiyə və Gürcüstana göndərilib. 2022-ci ilin ikinci yarısında Azərbaycan Avropaya ixracı 2027-ci ilə qədər 20 milyard kubmetrə çatdırılması ilə bağlı niyyətlər haqqında memorandum imzalayıb, eyni zamanda "Şahdəniz" burada əsas rol oynayacaq. Bu əlavə həcmləri Cənub Qaz Dəhlizi vasitəsilə Avropaya çatdırmaq üçün Azərbaycan Trans-Adriatik Boru Kəmərinin (TAP) ötürmə qabiliyyətini iki dəfə artıraraq 20 milyard kubmetrə, Trans Anadolu Boru Kəmərinin (TANAP) ötürmə qabiliyyətini 16 milyard kubmetrdən 31 milyard kubmetrə çatdırmağı, eləcə də Cənubi Qafqaz Boru Kəmərinin ötürmə qabiliyyətinin 24 milyard kubmetrdən 31 milyard kubmetrə qədər genişləndirilməsini düşünür", - deyə şirkətdən bildiriblər.

"Rystad Energy" bildirib ki, bu boru kəmərlərinin genişləndirilməsi əhəmiyyətli investisiya tələb edir:

"Azərbaycanın qaz ixracını artırmaq ambisiyaları avropalı alıcılarla uzunmüddətli öhdəliklər və kommersiya sazişləri tələb edəcək. Bu layihələrin həyata keçirilməsi bir sıra amillərdən, o cümlədən iqtisadi şəraitdən, qazın Avropaya nəqlinin alternativ mənbələrindən və marşrutlarından, həmçinin mümkün geosiyasi hadisələrdən asılı olacaq".

Azərbaycanda qaz hasilatı neft hasilatını ötə bilər - Rystad Energy
Məqalədə: #qaz hasilatı #Rystad Energy #neft hasilatı

Mövzu üzrə digər xəbərlər

Körfəzdə elektron ticarət investisiyalarının 93 faizi Səudiyyə Ərəbistanının payına düşür
Biznes

Körfəzdə elektron ticarət investisiyalarının 93 faizi Səudiyyə Ərəbistanının payına düşür

11 Sentyabr 13:23
İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu: Azərbaycan investorlar üçün nə vəd edir?
İqtisadiyyat

İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu: Azərbaycan investorlar üçün nə vəd edir?

11 Sentyabr 11:53
İraq Türkiyəyə "su qarşılığında neft" nəqlini azaltdı - Gündəlik limit 33 min barelə endirildi
Neft və qaz

İraq Türkiyəyə "su qarşılığında neft" nəqlini azaltdı - Gündəlik limit 33 min barelə endirildi

10 Sentyabr 14:02
"Qatar Airways"dən rekord sifariş - 138 yeni təyyarə alınır
Biznes

"Qatar Airways"dən rekord sifariş - 138 yeni təyyarə alınır

10 Sentyabr 13:49

Son Xəbərlər

Səudiyyə Ərəbistanı neft kəmərinin vurulmasına reaksiya verdi
Səudiyyə Ərəbistanı neft kəmərinin vurulmasına reaksiya verdi
00:15
12 sentyabrda Yaxın Şərqdə nə baş verdi?
12 sentyabrda Yaxın Şərqdə nə baş verdi?
00:10
Tarixdə bu gün - 12 sentyabr
Tarixdə bu gün - 12 sentyabr
00:01
Livanda narkotik əməliyyatı - Bəşşar Əsədin qohumu saxlanıldı
Livanda narkotik əməliyyatı - Bəşşar Əsədin qohumu saxlanıldı
11 Sentyabr 23:14
"Şərq-Qərb" neft kəməri hücumlar səbəbindən ehtiyat tədbiri olaraq dayandırıldı – Səudiyyə
"Şərq-Qərb" neft kəməri hücumlar səbəbindən ehtiyat tədbiri olaraq dayandırıldı – Səudiyyə
11 Sentyabr 23:07
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.