5 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi İnnovasiyalar
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Yuxuyozma
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ İqtisadiyyat
İqtisadiyyat

Türkiyə limanları ilə 12 milyon tondan çox xam neft məhsulları daşınıb (ÖZƏL)

Bu ilin yanvar- may ayında Türkiyə limanlarından 12 milyon 424 min 706 ton xam neft məhsulları daşınıb.

26 İyun 2025 09:00
Türkiyə limanları ilə 12 milyon tondan çox xam neft məhsulları daşınıb (ÖZƏL)

BAKI, AzerVoice

Bu ilin yanvar- may ayında Türkiyə limanlarından 12 milyon 424 min 706 ton xam neft məhsulları daşınıb.

Bu barədə AzerVoice -a Türkiyənin Nəqliyyat və İnfrastruktur Nazirliyindən məlumat verilib.

Nazirlikdən bildiriblər ki, daşınan yüklərin 1 milyon 2 min 168 tonu Türkiyə bayrağı altında üzən gəmilərlə, 11 milyon 422 min 538 tonu isə digər dövlətlərin bayraqları altında üzən gəmilərlə daşınıb.

“Bu ilin yanvar- may ayında Türkiyə limanlarından tranzit olaraq 11 milyon 937 min 689 ton xam neft məhsulları daşınıb”- deyə nazirlikdən bildiriblər.

Qeyd edək ki, 2025-ci ilin may ayında Türkiyə limanları 35 milyon 822 min 570 ton yük qəbul edib.

Bu dövr ərzində də Türkiyə bayrağı altında gəmilərlə daxili limanlara yük qəbulu 2 milyon 677 min 245 ton təşkil edib.

“Türkiyə limanlarına digər ölkələrin bayraqları altında gəmilərlə yük daşınması 33 milyon 145 min 325 ton olub”, – deyə nazirlikdən bildirilib.

Məlumatda bildirilib ki, 2025-ci ilin may ayında Türkiyə limanlarından 6 milyon 424 min 286 ton transit yük daşınıb.

Nazirlikdən verilən məlumata görə, 2025-ci ilin yanvar- may aylarında Türkiyə limanları 174 milyon 707 min 951 ton yük qəbul edib.

"Türkiyə bayrağı altında gəmilərlə yük qəbulu 12 milyon 459 min 219 ton təşkil edib. Digər ölkələrin bayraqları altında gəmilərlə isə Türkiyə limanlarına yükdaşımalar 162 milyon 248 min 732 ton təşkil edib”, - deyə məlumatda qeyd edilib.

Məlumatda bildirilib ki, 2025-ci ilin yanvar- may aylarında Türkiyə limanlarından 28 milyon 735 min 237 ton transit yük daşınıb.

Qeyd edək ki, bu ilin may ayında Türkiyə limanları 5 min 626 gəmi qəbul edib.

Məlumata görə, bu dövrdə Türkiyə limanlarına digər ölkələrin bayraqları altında qəbul edilən gəmilərin sayı 2 min 2, Türkiyə bayrağı altında qəbul edilən gəmilərin sayı isə 3 min 624 olub.

2025-ci ilin yanvar - may ayında Türkiyə limanları 23 min 663 gəmi qəbul edib.

“Bu müddət ərzində Türkiyə limanları tərəfindən qəbul edilən digər ölkələrin bayraqları altında olan gəmilər 7 min 819, Türkiyə bayrağı altında olan gəmilər isə 15 min 844 olub”, - deyə nazirlikdən bildirilib.

Məqalədə: #Türkiyə limanları #Türkiyənin Nəqliyyat və İnfrastruktur Nazirliyi #xam neft #Xam neft daşınması #Türkiyə yük daşımaları #Beynəlxalq yük daşımaları #Türkiyə liman tranziti #Türkiyə limanları yükləmə #Türkiyə limanlarının yük qəbulu 2025 #Türkiyə limanları yükdaşımalar #2025 Türkiyə limanlarına daxil olan gəmi sayı #Türkiyə limanları və beynəlxalq gəmiçilik #Xam neft hasilatı

Mövzu üzrə digər xəbərlər

İran ABŞ mühasirəsinə baxmayaraq neft ixracını davam etdirir
İran

İran ABŞ mühasirəsinə baxmayaraq neft ixracını davam etdirir

27 Avqust 18:29
Yaponiya Hörmüz boğazından asılılığı azaltmaq üçün yeni enerji planı hazırlayır
Digər Dövlətlər

Yaponiya Hörmüz boğazından asılılığı azaltmaq üçün yeni enerji planı hazırlayır

26 Avqust 19:21
ABŞ mühasirəsi İran neftinin Çinə satışını azaldıb, qiymətlər yüksəlib
Digər Xəbərlər

ABŞ mühasirəsi İran neftinin Çinə satışını azaldıb, qiymətlər yüksəlib

21 Avqust 18:14
Liviyadan Türkiyə limanlarına 1,36 milyon tondan çox yük daşınıb (ÖZƏL)
Liviya

Liviyadan Türkiyə limanlarına 1,36 milyon tondan çox yük daşınıb (ÖZƏL)

16 Avqust 09:30

Son Xəbərlər

İranın Xark adası yaxınlığında partlayış səsləri eşidilib
İranın Xark adası yaxınlığında partlayış səsləri eşidilib
11:52
İsrailin Livana zərbələri nəticəsində 3 nəfər ölüb, 23 nəfər yaralanıb
İsrailin Livana zərbələri nəticəsində 3 nəfər ölüb, 23 nəfər yaralanıb
11:51
Səudiyyə Ərəbistanında 2030-cu ilədək 350 min hektar otlaq sahəsi bərpa ediləcək
Səudiyyə Ərəbistanında 2030-cu ilədək 350 min hektar otlaq sahəsi bərpa ediləcək
11:44
BMT xəritəni dəyişir Afrika daha böyük ABŞ və Avropa daha kiçik görünəcək
BMT xəritəni dəyişir Afrika daha böyük ABŞ və Avropa daha kiçik görünəcək
11:23
"Qara Sentyabr" əməliyyatından Kemp-Devid zirvəsinə: 5 sentyabrda Yaxın Şərqdə nə baş verdi?
"Qara Sentyabr" əməliyyatından Kemp-Devid zirvəsinə: 5 sentyabrda Yaxın Şərqdə nə baş verdi?
03:00
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi İnnovasiyalar
  • Digər Dövlətlər

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.