10 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
ArabAZ İqtisadiyyat
İqtisadiyyat

May ayında Türkiyənin D - 8 ölkələrinə ixracı azalıb (ÖZƏL)

2025-ci ilin may ayında Türkiyənin D - 8 ölkələrinə ixracatı 2024-cü ilin eyni ayı ilə müqayisədə 24,6 faiz azalaraq 864 milyon 619 min dollar olub.

30 İyun 2025 16:26
May ayında Türkiyənin D - 8 ölkələrinə ixracı azalıb (ÖZƏL)

BAKI, AzerVoice

2025-ci ilin may ayında Türkiyənin D - 8 ölkələrinə ixracatı 2024-cü ilin eyni ayı ilə müqayisədə 24,6 faiz azalaraq 864 milyon 619 min dollar olub.

Bu barədə AzerVoice - a Türkiyə Ticarət Nazirliyindən bildiriblər.

Məlumata əsasən bu ilin yanvar – may ayında, Türkiyənin D - 8 ölkələrinə ixracatı, keçən ilin analoji dövri ilə müqayisədə 4,5 faiz azalaraq, 4 milyard 61 milyon 469 min dollar olub.

“Bu ilin may ayında Türkiyənin D - 8 ölkələrindən idxalı 2024 -cü ilin eyni dövrü ilə müqayisədə 9,3 faiz azalaraq 1 milyard 469 milyon 897 min dollar təşkil edib” – deyə nazirlikdən bildiriblər.

Nazrilikdən bildiriblər ki, 2025-ci ilin yanvar – may aylarında Türkiyənin D - 8 ölkələrindən idxalı keçən ilin analoji dövrü ilə müqayisədə 3,7 faiz artaraq, 6 milyard 433 milyon 591 min dollar təşkil edib.

Qeyd edək ki, bu ilin may ayında Türkiyənin xarici ticarət dövriyyəsi 56 milyard 279 milyon dollar olub.

Nazirlikdən qeyd olunub ki, 2025-cü ilin may ayında Türkiyənin ixracatı 2024-cü ilin eyni ayı ilə müqayisədə 2,6 faiz artaraq 24 milyard 817 milyon dollar, idxalı isə 2,7 faiz artaraq 31 milyon 462 min dollar olub.

“Bu ilin yanvar – may ayında Türkiyənin xarici ticarət dövriyyəsi keçən ilin eyni ayları ilə müqayisədə 263 milyard 64 milyon dollara çatıb” –deyə nazirlikdən bildirilib.

Məlumatda bildirilib ki, 2025-cü ilin yanvar-may ayında Türkiyənin ixracatı 2023-cü ilin eyni dövrü ilə müqayisədə 3,4 faiz artaraq 110 milyard 904 milyon dollara, idxalı isə 5,8 faiz artaraq 152 milyard 160 milyon dollar olub.

Qeyd edək ki, keçən il Türkiyənin xarici ticarət dövriyyəsi 606 milyard 55 milyon dollara çatıb.

2024-cü ildə Türkiyənin ixracı 2023-ci ilin eyni dövrü ilə müqayisədə 2,4 faiz artaraq 261 milyard 855 milyon, idxalı isə 5 faiz azalaraq 344 milyard 20 milyon dollar olub.

Məqalədə: #Türkiyə Ticarət Nazirliyi #Türkiyənin xarici ticarət dövriyyəsi #xarici ticarət dövriyyəsi #İqtisadi Əməkdaşlıq Təşkilatı (D-8) #Türkiyə ixracat statistikası #2025 Türkiyə ixracat statistikası #Türkiyə ixrac və idxal göstəriciləri #Türkiyə İxracatçılar Məclisi (TİM)

Mövzu üzrə digər xəbərlər

Ankara ilə Ər-Riyad arasında birgə investisiyalar və texnologiya transferi ön plana çıxır
Biznes

Ankara ilə Ər-Riyad arasında birgə investisiyalar və texnologiya transferi ön plana çıxır

10:37
Qətərdə İslam bankçılığı rəqəmsallaşma və dayanıqlı maliyyənin inkişafı fonunda genişlənir
İqtisadiyyat

Qətərdə İslam bankçılığı rəqəmsallaşma və dayanıqlı maliyyənin inkişafı fonunda genişlənir

9 Sentyabr 12:34
Azərbaycanın investisiya imkanları Adanada təqdim olunub
İqtisadiyyat

Azərbaycanın investisiya imkanları Adanada təqdim olunub

9 Sentyabr 12:12
AZAL Ciddəyə müntəzəm uçuşları bərpa edir
İqtisadiyyat

AZAL Ciddəyə müntəzəm uçuşları bərpa edir

8 Sentyabr 16:20

Son Xəbərlər

Taifdəki gənc dəvə bir qaçışa milyonçu oldu
Taifdəki gənc dəvə bir qaçışa milyonçu oldu
11:23
Qəddafi ailəsinin taleyi: Aişə Qəddafinin həyatı və sürgün illəri
Qəddafi ailəsinin taleyi: Aişə Qəddafinin həyatı və sürgün illəri
11:00
Ankara ilə Ər-Riyad arasında birgə investisiyalar və texnologiya transferi ön plana çıxır
Ankara ilə Ər-Riyad arasında birgə investisiyalar və texnologiya transferi ön plana çıxır
10:37
"Yaşıl Səudiyyə Təşəbbüsü" genişlənir: 5000 kvadrat kilometrlik təbiət zonası beynəlxalq reyestrə daxil edilib
"Yaşıl Səudiyyə Təşəbbüsü" genişlənir: 5000 kvadrat kilometrlik təbiət zonası beynəlxalq reyestrə daxil edilib
10:06
İsrail Fələstin tərəfdarlarının etirazları fonunda Sloveniyada ilk səfirliyini açdı
İsrail Fələstin tərəfdarlarının etirazları fonunda Sloveniyada ilk səfirliyini açdı
10:02
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.