5 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi İnnovasiyalar
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Yuxuyozma
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ İqtisadiyyat
İqtisadiyyat

Qızılın qiyməti dolların bahalaşması fonunda aşağı düşüb

ABŞ-da pərakəndə satışların güclü nəticələr göstərməsi fonunda dolların əsas dünya valyutalarına qarşı məzənnəsinin artması qızılın qiymətinin enməsinə səbəb olub.

17 İyul 2025 19:04
Qızılın qiyməti dolların bahalaşması fonunda aşağı düşüb

BAKI, AzerVoice

ABŞ-da pərakəndə satışların güclü nəticələr göstərməsi fonunda dolların əsas dünya valyutalarına qarşı məzənnəsinin artması qızılın qiymətinin enməsinə səbəb olub.

AzerVoice-un məlumatına görə, Bakı vaxtı ilə saat 18:25-də Comex birjasında avqust fyuçerslərinin qiyməti 0,8 faiz azalaraq bir troy unsiyası üçün 3 333 ABŞ dollarına düşüb.

London ICE birjası tərəfindən hesablanan DXY indeksi (dolların avro, İsveçrə frankı, yapon yeni, Kanada dolları, funt-sterlinq və İsveç kronuna qarşı nisbətini göstərir) 0,3 faiz artıb. Dolların güclənməsi, qiymətli metallar kimi xammala olan tələbi azaldır.

Bugün açıqlanan statistikaya əsasən, ABŞ-da iyun ayında pərakəndə satışlar əvvəlki ayla müqayisədə 0,6 faiz artıb. Bu göstərici, analitiklərin gözlədiyi 0,1 faizlik artımı xeyli üstələyib. Qeyd edək ki, may ayında satışlar 0,9 faiz azalmışdı. İllik müqayisədə isə pərakəndə satışlar iyun ayında 3,9 faiz artıb (may ayında bu artım 3,3 faiz idi).

Bununla yanaşı, investorlar ABŞ Federal Ehtiyat Sisteminin (FED) rəhbəri Cerom Pauellin mümkün istefası ilə bağlı yayılan şayiələri də diqqətlə izləyirlər. Qərb mediası ABŞ Prezidenti Donald Trampın Pauelli vəzifədən azad edə biləcəyi barədə yazsa da, Tramp daha sonra jurnalistlərə açıqlamasında bu addımı atmağı planlaşdırmadığını, sadəcə bu məsələni konqres üzvləri ilə "nəzəri müzakirə" etdiyini bildirmişdi.

Məqalədə: #ABŞ #Donald Tramp #qızıl #dollar #İqtisadiyyat #Valyuta məzənnələri #London ICE birjası #ABŞ dollarının indeksi #ABŞ dolları #qızılın qiyməti #Cerom Pauell #Comex birjası #DXY indeksi

Mövzu üzrə digər xəbərlər

ABŞ ordusu İranın hədəfə alınan neftdaşıyan gəmilərinin adlarını açıqlayıb
Digər Dövlətlər

ABŞ ordusu İranın hədəfə alınan neftdaşıyan gəmilərinin adlarını açıqlayıb

18:25
İran gəmilərinə zərbələr hərbi gəmilərimizə hücumdan sonra endirilib - ABŞ
İran

İran gəmilərinə zərbələr hərbi gəmilərimizə hücumdan sonra endirilib - ABŞ

18:20
ABŞ-nin hərbi üstünlüyünə baxmayaraq müqavimət göstərdik - Iran
İran

ABŞ-nin hərbi üstünlüyünə baxmayaraq müqavimət göstərdik - Iran

18:12
ABŞ-də benzin qiymətləri rekord həddə yaxınlaşır
Digər Dövlətlər

ABŞ-də benzin qiymətləri rekord həddə yaxınlaşır

18:03

Son Xəbərlər

Fransada “kiçik qayıqlar” sazişi siyasi mübahisəyə səbəb olub
Fransada “kiçik qayıqlar” sazişi siyasi mübahisəyə səbəb olub
18:45
Xorvatiyada on minlərlə insan niyə küçələrə çıxıb?
Xorvatiyada on minlərlə insan niyə küçələrə çıxıb?
18:38
ABŞ ordusu İranın hədəfə alınan neftdaşıyan gəmilərinin adlarını açıqlayıb
ABŞ ordusu İranın hədəfə alınan neftdaşıyan gəmilərinin adlarını açıqlayıb
18:25
İran gəmilərinə zərbələr hərbi gəmilərimizə hücumdan sonra endirilib - ABŞ
İran gəmilərinə zərbələr hərbi gəmilərimizə hücumdan sonra endirilib - ABŞ
18:20
Məhbusların azad edilməsi Livandakı hücumlara bəraət qazandıra bilməz - Hizbullah
Məhbusların azad edilməsi Livandakı hücumlara bəraət qazandıra bilməz - Hizbullah
18:17
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi İnnovasiyalar
  • Digər Dövlətlər

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.