5 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi İnnovasiyalar
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Yuxuyozma
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ İqtisadiyyat
İqtisadiyyat

Türkiyədə avtomobil bazarına baxış: Qeydiyyat rəqəmləri və marka payları

Bu ilin iyun ayında Türkiyədə 189 min 237 ədəd nəqliyyat vasitəsi ilk dəfə dövlət qeydiyyatına alınıb.

22 İyul 2025 10:04
Türkiyədə avtomobil bazarına baxış: Qeydiyyat rəqəmləri və marka payları

BAKI, AzerVoice

Bu ilin iyun ayında Türkiyədə 189 min 237 ədəd nəqliyyat vasitəsi ilk dəfə dövlət qeydiyyatına alınıb.

AzerVoice xəbər verir ki, bu vasitələrin 48,7 faizini motosikletlər, 38,2 faizini avtomobillər, 7,8 faizini pikaplar, 3,1 faizini traktorlar, 1,3 faizini yük maşınları, 0,6 faizini mikroavtobuslar, 0,2 faizini avtobuslar və 0,1 faizini xüsusi məqsədli nəqliyyat vasitələri təşkil edib.

“May ayı ilə müqayisədə qeydiyyata alınan nəqliyyat vasitələrinin ümumi sayı iyun ayında 10 faiz azalıb”-deyə məlumatda qeyd edilir.

Məlumata əsasən xüsusi məqsədli nəqliyyat vasitələrində 16,3 faiz və traktor kateqoriyasında 4,9 faiz artım qeydə alınsa da, digər bütün kateqoriyalarda azalma müşahidə olunub. Ən böyük azalma avtobuslarda 34,9 faiz, mikroavtobuslarda 30 faiz, yük maşınlarında 28,5 faiz və avtomobillərdə 16,9 faiz olub.

2024-cü ilin iyun ayı ilə müqayisədə isə ümumi qeydiyyatlarda 4,7 faiz azalma olub.

“Minik avtomobillərində bu azalma 4,5 faiz, motosikletlərdə 7,4 faiz, traktor kateqoriyasında 5,9 faiz, avtobuslarda isə 4,8 faiz təşkil edib. Bunun əksinə olaraq, mikroavtobusların sayı 36,1 faiz, pikapların sayı 11,5 faiz, yük maşınlarının sayı isə 2,2 faiz artıb”-deyə bildirilir.

Ümumilikdə 32 milyon 366 min 546 nəqliyyat vasitəsi qeydiyyatdadır

2025-cü ilin yanvar-iyun ayına olan statistikaya görə, Türkiyədə dövlət qeydiyyatında olan nəqliyyat vasitələrinin ümumi sayı 32 milyon 366 min 546 olub.

Onların 51,7 faizi avtomobil, 20,6 faizi motosiklet, 14,8 faizi pikap, 7,1 faizi traktor, 3,2 faizi yük maşını, 1,6 faizi mikroavtobus, 0,7 faizi avtobus və 0,3 faizi xüsusi məqsədli vasitələrdir.

İyul ayında ölkə daxilində 840 min 22 nəqliyyat vasitəsinin sahibi dəyişib. Bu vasitələrin 66,6 faizi avtomobillər, 14,4 faizi pikaplar, 12,4 faizi motosikletlər, 2,8 faizi traktorlar, 1,7 faizi yük maşınları, 1,5 faizi mikroavtobuslar, 0,4 faizi avtobuslar və 0,2 faizi xüsusi məqsədli vasitələr təşkil edib.

İyunda qeydiyyata alınan 72 min 361 ədəd avtomobil arasında markalara görə paylanma belə olub: Volkswagen (8,3%), Renault (8,1%), Peugeot və Fiat (hər biri 6%), Hyundai və Toyota (hər biri 5,2%), Skoda və BYD (hər biri 4,9%), Opel (4,6%), Citroen (3,8%), Mercedes-Benz (3,6%), BMW (2,7%), Chery və Audi (hər biri 2,5%), Ford (2,4%), Kia (2,1%), Nissan (2,0%), Dacia (1,7%), Mini (1,2%), Honda (1,1%) və digər markalar (21,1%).

Avtomobillərdə ən çox seçilən rəng Boz olub. İlin ilk yarısında qeydiyyata alınan avtomobillərin 40,6 faizi boz, 24,5 faizi ağ, 13,2 faizi qara, 11,5 faizi mavi, 4,6 faizi yaşıl, 4,1 faizi qırmızı rəngdə olub. Qalanlar isə daha az payla digər rənglərə (qəhvəyi, sarı, narıncı və s.) aiddir.

Məqalədə: #BMW #Mercedes-Benz #Türkiyə nəqliyyat statistikası 2025 #Türkiyədə qeydiyyata alınan avtomobillər #Türkiyə nəqliyyat vasitələrinin sayı #Yeni avtomobil qeydiyyatı Türkiyə #Türkiyədə avtomobil markalarının payı #Avtomobil bazarı Türkiyə 2025 #Türkiyədə minik avtomobilləri #Türkiyə traktor və yük maşını statistikası #Türkiyə mikroavtobus statistika #Avtomobil qeydiyyatı rəqəmləri #2025 avtomobil bazarı tendensiyası #Peugeot #Fiat #Hyundai #Skoda #Opel #Citroen #Audi #Kia #Dacia #Mini

Mövzu üzrə digər xəbərlər

Qualcomm BMW ilə strateji çip müqaviləsi bağlayıb
Texnologiya

Qualcomm BMW ilə strateji çip müqaviləsi bağlayıb

29 İyul 19:41
Büdcə dostu brend hara gedir? Dacia-dan sürətli elektrikləşmə və qiymət bəyanatı
Avto İcmal və Testlər

Büdcə dostu brend hara gedir? Dacia-dan sürətli elektrikləşmə və qiymət bəyanatı

15 İyul 17:30
Aldatıldığını düşünən müştəri BMW-dən pulunu aldı
Avto İcmal və Testlər

Aldatıldığını düşünən müştəri BMW-dən pulunu aldı

21 İyun 21:55
Audi, 1000 at güclü V8 mühərrikli "Nuvolari" superkarı təqdim etdi
Avto İcmal və Testlər

Audi, 1000 at güclü V8 mühərrikli "Nuvolari" superkarı təqdim etdi

8 İyun 00:10

Son Xəbərlər

Tarixdə bu gün - 5 Sentyabr
Tarixdə bu gün - 5 Sentyabr
00:01
İran ABŞ və Avropanın nüvə məsələsini BMT Təhlükəsizlik Şurasına çıxarmaq cəhdini pisləyib
İran ABŞ və Avropanın nüvə məsələsini BMT Təhlükəsizlik Şurasına çıxarmaq cəhdini pisləyib
4 Sentyabr 22:24
Qətər İranın Rəs Laffan hücumu ilə bağlı iddialarını təkzib edib
Qətər İranın Rəs Laffan hücumu ilə bağlı iddialarını təkzib edib
4 Sentyabr 22:00
ABŞ və Çin sentyabrda süni intellekt təhlükəsizliyi üzrə danışıqlara hazırlaşır
ABŞ və Çin sentyabrda süni intellekt təhlükəsizliyi üzrə danışıqlara hazırlaşır
4 Sentyabr 21:42
İsrail ordusu Livanın cənubunda zərbələr endirməyə hazırlaşır
İsrail ordusu Livanın cənubunda zərbələr endirməyə hazırlaşır
4 Sentyabr 21:32
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi İnnovasiyalar
  • Digər Dövlətlər

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.