11 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
ArabAZ İqtisadiyyat
İqtisadiyyat

Türkiyə limanları ilə 7 milyon tondan çox kimyəvi məhsul daşınıb (ÖZƏL)

Bu ilin yanvar-iyun ayında Türkiyə limanlarından 7 milyon 935 min 681 ton kimyəvi məhsul daşınıb. Nazirlikdən bildiriblər ki, daşınan yüklərin 500 min 632 tonu Türkiyə bayrağı altında üzən gəmilərlə, 7 milyon 435 min 49 tonu isə digər dövlətlərin bayraqları altında üzən gəmilərlə daşınıb.

1 Avqust 2025 17:04
Türkiyə limanları ilə 7 milyon tondan çox kimyəvi məhsul daşınıb (ÖZƏL)

Bakı, AzerVoice, Nailə Babazadə

Bu ilin yanvar-iyun ayında Türkiyə limanlarından 7 milyon 935 min 681 ton kimyəvi məhsul daşınıb.

Bu barədə AzerVoice -a Türkiyənin Nəqliyyat və İnfrastruktur Nazirliyindən məlumat verilib.

Nazirlikdən bildiriblər ki, daşınan yüklərin 500 min 632 tonu Türkiyə bayrağı altında üzən gəmilərlə, 7 milyon 435 min 49 tonu isə digər dövlətlərin bayraqları altında üzən gəmilərlə daşınıb.

“Bu ilin yanvar- iyun ayında Türkiyə limanlarından tranzit olaraq 34 min 978 ton kimyəvi məhsul daşınıb”- deyə nazirlikdən bildiriblər.

Qeyd edək ki, 2025-ci ilin iyun ayında Türkiyə limanları 33 milyon 433 min 627 ton yük qəbul edib.

Bu dövr ərzində də Türkiyə bayrağı altında gəmilərlə daxili limanlara yük qəbulu 2 milyon 234 min 521 ton təşkil edib.

“Türkiyə limanlarına digər ölkələrin bayraqları altında gəmilərlə yük daşınması 31 milyon 199 min 106 ton olub”, – deyə nazirlikdən bildirilib.

Məlumatda bildirilib ki, 2025-ci ilin iyun ayında Türkiyə limanlarından 5 milyon 868 min 760 ton transit yük daşınıb.

Nazirlikdən verilən məlumata görə, 2025-ci ilin yanvar- iyun aylarında Türkiyə limanları 208 milyon 148 min 523 ton yük qəbul edib.

"Türkiyə bayrağı altında gəmilərlə yük qəbulu 14 milyon 693 min 740 ton təşkil edib. Digər ölkələrin bayraqları altında gəmilərlə isə Türkiyə limanlarına yükdaşımalar 193 milyon 454 min 783 ton təşkil edib”, - deyə məlumatda qeyd edilib.

Məlumatda bildirilib ki, 2025-ci ilin yanvar- iyun aylarında Türkiyə limanlarından 34 milyon 605 min 110 ton transit yük daşınıb.

Qeyd edək ki, bu ilin iyun ayında Türkiyə limanları 5 min 779 gəmi qəbul edib.

Məlumata görə, bu dövrdə Türkiyə limanlarına digər ölkələrin bayraqları altında qəbul edilən gəmilərin sayı 2 min 61 Türkiyə bayrağı altında qəbul edilən gəmilərin sayı isə 3 min 718 olub.

2025-ci ilin yanvar - iyun ayında Türkiyə limanları 29 min 446 gəmi qəbul edib.

“Bu müddət ərzində Türkiyə limanları tərəfindən qəbul edilən digər ölkələrin bayraqları altında olan gəmilər 9 min 880, Türkiyə bayrağı altında olan gəmilər isə 19 min 564 olub”, - deyə nazirlikdən bildirilib.

Məqalədə: #Türkiyə limanları #Türkiyənin Nəqliyyat və İnfrastruktur Nazirliyi #yük daşıma #kimyəvi məhsul ixracı #Türkiyə yük daşımaları #Beynəlxalq yük daşımaları #Türkiyə liman tranziti #Türkiyə limanları yükləmə #Türkiyə kimyəvi maddə ixracı #Türkiyə limanlarının yük qəbulu 2025 #Türkiyə limanları yükdaşımalar

Mövzu üzrə digər xəbərlər

İraq Türkiyəyə "su qarşılığında neft" nəqlini azaltdı - Gündəlik limit 33 min barelə endirildi
Neft və qaz

İraq Türkiyəyə "su qarşılığında neft" nəqlini azaltdı - Gündəlik limit 33 min barelə endirildi

10 Sentyabr 14:02
"Qatar Airways"dən rekord sifariş - 138 yeni təyyarə alınır
Biznes

"Qatar Airways"dən rekord sifariş - 138 yeni təyyarə alınır

10 Sentyabr 13:49
Ankara ilə Ər-Riyad arasında birgə investisiyalar və texnologiya transferi ön plana çıxır
Biznes

Ankara ilə Ər-Riyad arasında birgə investisiyalar və texnologiya transferi ön plana çıxır

10 Sentyabr 10:37
Qətərdə İslam bankçılığı rəqəmsallaşma və dayanıqlı maliyyənin inkişafı fonunda genişlənir
İqtisadiyyat

Qətərdə İslam bankçılığı rəqəmsallaşma və dayanıqlı maliyyənin inkişafı fonunda genişlənir

9 Sentyabr 12:34

Son Xəbərlər

Qlobal fırtınalardan regional cəbhələrə: 11 sentyabrda ərəb coğrafiyasını sarsıdan 20 tarixi fakt
Qlobal fırtınalardan regional cəbhələrə: 11 sentyabrda ərəb coğrafiyasını sarsıdan 20 tarixi fakt
00:10
Tarixdə bu gün - 11 sentyabr
Tarixdə bu gün - 11 sentyabr
00:01
2.7L EcoBoost və off-road üçün Tremor - Yeni nəsil Ford Everest V6-nın detalları
2.7L EcoBoost və off-road üçün Tremor - Yeni nəsil Ford Everest V6-nın detalları
10 Sentyabr 23:00
Peru ABŞ-nin narkotik kartellərinə qarşı koalisiyasına qoşulur
Peru ABŞ-nin narkotik kartellərinə qarşı koalisiyasına qoşulur
10 Sentyabr 22:00
OpenAI maliyyə sektoru üçün xüsusi ChatGPT təqdim edib
OpenAI maliyyə sektoru üçün xüsusi ChatGPT təqdim edib
10 Sentyabr 21:41
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.