13 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
ArabAZ İqtisadiyyat
İqtisadiyyat

Azərbaycanın Türkiyədəki Ticarət Nümayəndəsi Tamerlan Tağıyev MÜSİAD Azərbaycan dərnək mərkəzini ziyarət edib

Azərbaycanın Türkiyədəki Ticarət Nümayəndəsi Tamerlan Tağıyev MÜSİAD Azərbaycan dərnək mərkəzini ziyarət edib. Görüşdə MÜSİAD Azərbaycanın İdarə Heyətinin sədri Rəşad Cabirli, İdarə Heyəti sədrinin birinci müavini Hüseyin Yapar, MÜSİAD Azərbaycan üzvü və Modern Media Qrupun rəhbəri Elşad Eyvazlı, həmçinin Gənc MÜSİAD Azərbaycan sədri Akif Başoğlu iştirak ediblər.

19 Sentyabr 2025 19:28
Azərbaycanın Türkiyədəki Ticarət Nümayəndəsi Tamerlan Tağıyev MÜSİAD Azərbaycan dərnək mərkəzini ziyarət edib

Bakı. AzerVoice

Azərbaycanın Türkiyədəki Ticarət Nümayəndəsi Tamerlan Tağıyev MÜSİAD Azərbaycan dərnək mərkəzini ziyarət edib.

Görüşdə MÜSİAD Azərbaycanın İdarə Heyətinin sədri Rəşad Cabirli, İdarə Heyəti sədrinin birinci müavini Hüseyin Yapar, MÜSİAD Azərbaycan üzvü və Modern Media Qrupun rəhbəri Elşad Eyvazlı, həmçinin Gənc MÜSİAD Azərbaycan sədri Akif Başoğlu iştirak ediblər.

Görüşdə “bir millət, iki dövlət” ruhu ilə Azərbaycan–Türkiyə qardaşlığının iqtisadi müstəvidə daha da gücləndirilməsi, investisiya və ticarət həcminin artırılması, işgüzar əlaqələrin təşviqi və qarşıdakı əməkdaşlıq imkanları müzakirə olunub. Həmçinin, Azərbaycanda türkiyəli iş adamlarının, eləcə də Türkiyədə azərbaycanlı sahibkarların fəaliyyəti və bu əməkdaşlığın daha da intensivləşdirilməsi məsələləri diqqət mərkəzində olub.

Ticarət nümayəndəsi Tamerlan Tağıyev Azərbaycanda bütün sektorların iş adamlarına açıq olduğunu, sahibkarlıq üçün münbit şərait yaradıldığını vurğulayıb. O, dövlətin də türkiyəli iş adamlarının ölkəmizdə daha geniş təmsil olunmasında maraqlı olduğunu qeyd edib.

MÜSİAD Azərbaycanın İdarə Heyətinin sədri Rəşad Cabirli isə qurum olaraq Azərbaycanda fəaliyyət göstərməkdə maraqlı olan türkiyəli şirkətlərə və investorlarına hər zaman dəstək göstərdiklərini, bunun onlar üçün prioritet istiqamət olduğunu bildirib.

İdarə Heyəti sədrinin birinci müavini Hüseyin Yapar çıxışında Azərbaycanda iş adamları üçün yaradılmış əlverişli mühitin bəzən kölgə salmaq cəhdləri ilə üzləşdiyini qeyd edib.

Görüş zamanı həmçinin bu halların qarşısını almaq və ölkədəki real biznes şəraitini daha dolğun əks etdirmək üçün Azərbaycanda fəaliyyət göstərən türkiyəli iş adamlarının uğurlu həyat hekayələrinin hər iki ölkənin ictimaiyyətinə daha geniş şəkildə təqdim edilməsinin vacibliyi vurğulanıb.
Bu istiqamətdə, Azərbaycanın Türkiyədəki Ticarət Nümayəndəliyi, MÜSİAD Azərbaycan və Modern Media Groupun birgə yeni layihəyə start verəcəyi barədə razılıq əldə olunub. Hazırlanacaq materialların Türkiyə mediasında geniş işıqlandırılacağı bildirilib.

Azərbaycanın Türkiyədəki Ticarət Nümayəndəsi Tamerlan Tağıyev MÜSİAD Azərbaycan dərnək mərkəzini ziyarət edib Azərbaycanın Türkiyədəki Ticarət Nümayəndəsi Tamerlan Tağıyev MÜSİAD Azərbaycan dərnək mərkəzini ziyarət edib Azərbaycanın Türkiyədəki Ticarət Nümayəndəsi Tamerlan Tağıyev MÜSİAD Azərbaycan dərnək mərkəzini ziyarət edib Azərbaycanın Türkiyədəki Ticarət Nümayəndəsi Tamerlan Tağıyev MÜSİAD Azərbaycan dərnək mərkəzini ziyarət edib Azərbaycanın Türkiyədəki Ticarət Nümayəndəsi Tamerlan Tağıyev MÜSİAD Azərbaycan dərnək mərkəzini ziyarət edib
Məqalədə: #MÜSİAD Azərbaycan #Tamerlan Tağıyev

Mövzu üzrə digər xəbərlər

İordaniyada biznes və investisiya üçün hansı imkanlar var?
Biznes

İordaniyada biznes və investisiya üçün hansı imkanlar var?

13:00
Səudiyyə Ərəbistanında həftəlik istehlak xərcləri 4,2 milyard dollar oldu
Biznes

Səudiyyə Ərəbistanında həftəlik istehlak xərcləri 4,2 milyard dollar oldu

12 Sentyabr 22:47
"S&P" Səudiyyə Ərəbistanının kredit reytinqini "A+" səviyyəsində təsdiqlədi
Biznes

"S&P" Səudiyyə Ərəbistanının kredit reytinqini "A+" səviyyəsində təsdiqlədi

12 Sentyabr 13:13
Körfəzdə elektron ticarət investisiyalarının 93 faizi Səudiyyə Ərəbistanının payına düşür
Biznes

Körfəzdə elektron ticarət investisiyalarının 93 faizi Səudiyyə Ərəbistanının payına düşür

11 Sentyabr 13:23

Son Xəbərlər

Piri Rəis kimdir?
Piri Rəis kimdir?
16:23
Dubayda “Məhəmməd bin Raşid Liderlik Medalı”nın ilk qalibi müəyyənləşib
Dubayda “Məhəmməd bin Raşid Liderlik Medalı”nın ilk qalibi müəyyənləşib
15:55
Ombudsman Aparatının nümayəndələri Lahor şəhərində təcrübə mübadiləsi proqramında iştirak ediblər
Ombudsman Aparatının nümayəndələri Lahor şəhərində təcrübə mübadiləsi proqramında iştirak ediblər
15:22
Hakan Fidan Suriyaya səfərə gedib
Hakan Fidan Suriyaya səfərə gedib
14:59
Konstantinadan Dohaya- Vahibə Buhaleys kimdir?
Konstantinadan Dohaya- Vahibə Buhaleys kimdir?
14:57
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.