10 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
ArabAZ İqtisadiyyat
İqtisadiyyat

Türkiyənin D-8 ölkələrinə ixracı 9 milyard dolları keçib (ÖZƏL)

2025-ci ilin avqust ayında Türkiyənin D-8 ölkələrinə ixracatı 2024-cü ilin eyni ayı ilə müqayisədə 5,2 faiz azalaraq 781 milyon 383 min dollar olub. Məlumata əsasən bu ilin yanvar – avqust ayında, Türkiyənin D-8 ölkələrinə ixracatı, keçən ilin analoji dövri ilə müqayisədə 2,8 faiz azalaraq, 6 milyard 422 milyon 519 min dollar olub. “Bu ilin avqust ayında Türkiyənin D-8 ölkələrindən idxalı 2024 -cü ilin eyni dövrü ilə müqayisədə 13,3 faiz azalaraq 1 milyard 108 milyon 367 min dollar təşkil edib” – deyə nazirlikdən bildiriblər.

2 Oktyabr 2025 11:41
Türkiyənin D-8 ölkələrinə ixracı 9 milyard dolları keçib (ÖZƏL)

BAKI, AzerVoice, Nailə Babazadə

2025-ci ilin avqust ayında Türkiyənin D-8 ölkələrinə ixracatı 2024-cü ilin eyni ayı ilə müqayisədə 5,2 faiz azalaraq 781 milyon 383 min dollar olub.

Bu barədə AzerVoice - a Türkiyə Ticarət Nazirliyindən bildiriblər.

Məlumata əsasən bu ilin yanvar – avqust ayında, Türkiyənin D-8 ölkələrinə ixracatı, keçən ilin analoji dövri ilə müqayisədə 2,8 faiz azalaraq, 6 milyard 422 milyon 519 min dollar olub.

“Bu ilin avqust ayında Türkiyənin D-8 ölkələrindən idxalı 2024 -cü ilin eyni dövrü ilə müqayisədə 13,3 faiz azalaraq 1 milyard 108 milyon 367 min dollar təşkil edib” – deyə nazirlikdən bildiriblər.

Nazrilikdən bildiriblər ki, 2025-ci ilin yanvar – avqust aylarında Türkiyənin D-8 ölkələrindən idxalı keçən ilin analoji dövrü ilə müqayisədə 0,7 faiz azalaraq, 9 milyard 900 milyon 791 min dollar təşkil edib.

Qeyd edək ki, bu ilin avqust ayında Türkiyənin xarici ticarət dövriyyəsi 47 milyard 669 milyon dollar olub.

Nazirlikdən qeyd olunub ki, 2025-cü ilin avqust ayında Türkiyənin ixracatı 2024-cü ilin eyni ayı ilə müqayisədə 1,2 faiz azalaraq 21 milyard 729 milyon dollar, idxalı isə 3,9 faiz azalaraq 25 milyon 940 min dollar olub.

“Bu ilin yanvar – avqust ayında Türkiyənin xarici ticarət dövriyyəsi keçən ilin eyni ayları ilə müqayisədə 416 milyard 339 milyon dollara çatıb” –deyə nazirlikdən bildirilib.

Məlumatda bildirilib ki, 2025-cü ilin yanvar-avqust ayında Türkiyənin ixracatı 2023-cü ilin eyni dövrü ilə müqayisədə 4,3 faiz artaraq 178 milyard 18 milyon dollara, idxalı isə 5,6 faiz artaraq 238 milyard 159 milyon dollar olub.

Qeyd edək ki, keçən il Türkiyənin xarici ticarət dövriyyəsi 606 milyard 55 milyon dollara çatıb.

2024-cü ildə Türkiyənin ixracı 2023-ci ilin eyni dövrü ilə müqayisədə 2,4 faiz artaraq 261 milyard 855 milyon, idxalı isə 5 faiz azalaraq 344 milyard 20 milyon dollar olub.

Məqalədə: #Türkiyə Ticarət Nazirliyi #İqtisadi Əməkdaşlıq Təşkilatı #Türkiyənin xarici ticarət dövriyyəsi #xarici ticarət #xarici ticarət dövriyyəsi #Türkiyə ixracat statistikası #Türkiyə xarici ticarət statistikası #Türkiyə ixrac və idxal göstəriciləri #Türkiyə İxracatçılar Məclisi (TİM)

Mövzu üzrə digər xəbərlər

İraq Türkiyəyə "su qarşılığında neft" nəqlini azaltdı - Gündəlik limit 33 min barelə endirildi
Neft və qaz

İraq Türkiyəyə "su qarşılığında neft" nəqlini azaltdı - Gündəlik limit 33 min barelə endirildi

14:02
"Qatar Airways"dən rekord sifariş - 138 yeni təyyarə alınır
Biznes

"Qatar Airways"dən rekord sifariş - 138 yeni təyyarə alınır

13:49
Ankara ilə Ər-Riyad arasında birgə investisiyalar və texnologiya transferi ön plana çıxır
Biznes

Ankara ilə Ər-Riyad arasında birgə investisiyalar və texnologiya transferi ön plana çıxır

10:37
Qətərdə İslam bankçılığı rəqəmsallaşma və dayanıqlı maliyyənin inkişafı fonunda genişlənir
İqtisadiyyat

Qətərdə İslam bankçılığı rəqəmsallaşma və dayanıqlı maliyyənin inkişafı fonunda genişlənir

9 Sentyabr 12:34

Son Xəbərlər

İraq Türkiyəyə "su qarşılığında neft" nəqlini azaltdı - Gündəlik limit 33 min barelə endirildi
İraq Türkiyəyə "su qarşılığında neft" nəqlini azaltdı - Gündəlik limit 33 min barelə endirildi
14:02
"Qatar Airways"dən rekord sifariş - 138 yeni təyyarə alınır
"Qatar Airways"dən rekord sifariş - 138 yeni təyyarə alınır
13:49
Yaxın Şərqdə gərginliyə baxmayaraq, Səudiyyə sənaye iqtisadiyyatı dayanıqlılıq nümayiş etdirir
Yaxın Şərqdə gərginliyə baxmayaraq, Səudiyyə sənaye iqtisadiyyatı dayanıqlılıq nümayiş etdirir
13:38
Prezident İlham Əliyev İƏT-in yeni Baş katibini təbrik edib
Prezident İlham Əliyev İƏT-in yeni Baş katibini təbrik edib
13:37
Taifdəki dəvə bir qaçışa milyonçu oldu
Taifdəki dəvə bir qaçışa milyonçu oldu
11:23
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.