12 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
ArabAZ İqtisadiyyat
İqtisadiyyat

Bakıda 2-ci AZHAB Forumu keçirilir

Bakıda Azərbaycan Halal Biznes (AZHAB) Forumu öz işinə başlayıb. Bu il ikincisi keçirilən forum “Halal sənaye sürətlə dəyişən dünyada dayanıqlılığın mənbəyi kimi” mövzusuna həsr olunub. Tədbirdə dünyanın müxtəlif regionlarından olan rəsmi şəxslər, sahə üzrə ekspertlər, akademik dairələr, beynəlxalq təşkilatların nümayəndələri və iş adamları iştirak edir.

7 Oktyabr 2025 10:38
Bakıda 2-ci AZHAB Forumu keçirilir

BAKI,AzerVoice, Fərid Mikayılov

Bakıda Azərbaycan Halal Biznes (AZHAB) Forumu öz işinə başlayıb. Bu il ikincisi keçirilən forum “Halal sənaye sürətlə dəyişən dünyada dayanıqlılığın mənbəyi kimi” mövzusuna həsr olunub.

AzerVoice xəbər verir ki, tədbirdə dünyanın müxtəlif regionlarından olan rəsmi şəxslər, sahə üzrə ekspertlər, akademik dairələr, beynəlxalq təşkilatların nümayəndələri və iş adamları iştirak edir.

AZHAB Forumunun məqsədi investisiya və ticarət sahəsində yeni əməkdaşlıqların qurulmasına, fikir və təcrübə mübadiləsinə töhfə vermək, Azərbaycana və regiona xarici sərmayələrin cəlb edilməsini təşviq etməkdir.

Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin dəstəyi, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) təşkilatçılığı ilə keçirilən forumun açılış mərasimində yerli və xarici ölkələrdən olan rəsmilərin çıxışları, sənədlərin imzalanması, panel müzakirələr, sərginin açılışı nəzərdə tutulur. Forumun ilk günündə KOB-ları dəstəkləyən qurumlar arasında tərəfdaşlığın gücləndirilməsinə, İslam maliyyəsi və halal biznesin idarə edilməsinə dair panel müzakirələr təşkil olunacaq. Ümumilikdə forumun keçirildiyi iki gün müddətində dünyanın müxtəlif ölkələrindən olan rəsmi şəxslərin, ekspertlərin, akdemik dairələrin və sahibkarların iştirakı ilə altı panel iclas təşkil ediləcəkdir.

Bu gün həmçinin “AZHAB Forum 2025” çərçivəsində təşkil olunmuş sərginin açılışı olacaq.

2-ci AZHAB Forumu oktyabrın 8-dək davam edəcəkdir.

Builki forum İslam Əməkdaşlıq Təşkilatı (OIC), İslam Ölkələri üzrə Statistik, İqtisadi, Sosial Araşdırmalar və Təlim Mərkəzi (SESRIC), İslam ölkələri üçün Standartlar və Metrologiya İnstitutu (SMIIC), İslam Ticarət Palatası Halal Xidmətləri və “Caspian Event Organisers” MMC-nin tərəfdaşlığı, “ATENA” MMC-nin və “Bilgə Qrup”un sponsorluğu ilə keçirilir.

Qeyd edək ki, ilk AZHAB Forumu 2024-cü ilin oktyabrında keçirilib və tədbirdə Avstraliya, Amerika, Avrasiya və Afrika da daxil olmaqla dünyanın müxtəlif bölgələrindən təqribən 100-ə yaxın olmaqla, ümumilikdə 350 qonaq iştirak edib. İlk AZHAB Forumu İslam Əməkdaşlığı Təşkilatının Xarici İşlər Nazirləri Şurası tərəfindən müvafiq qətnamə ilə dəstəklənib.

Bakıda 2-ci AZHAB Forumu keçirilir Bakıda 2-ci AZHAB Forumu keçirilir Bakıda 2-ci AZHAB Forumu keçirilir Bakıda 2-ci AZHAB Forumu keçirilir
Məqalədə: #İslam Əməkdaşlıq Təşkilatı #KOBİA #halal #AZHAB #AZHAB Forum 2025 #Sosial Araşdırmalar və Təlim Mərkəzi (SESRIC) #Azərbaycan Halal Biznes #OIC

Mövzu üzrə digər xəbərlər

Körfəzdə elektron ticarət investisiyalarının 93 faizi Səudiyyə Ərəbistanının payına düşür
Biznes

Körfəzdə elektron ticarət investisiyalarının 93 faizi Səudiyyə Ərəbistanının payına düşür

11 Sentyabr 13:23
İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu: Azərbaycan investorlar üçün nə vəd edir?
İqtisadiyyat

İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu: Azərbaycan investorlar üçün nə vəd edir?

11 Sentyabr 11:53
İraq Türkiyəyə "su qarşılığında neft" nəqlini azaltdı - Gündəlik limit 33 min barelə endirildi
Neft və qaz

İraq Türkiyəyə "su qarşılığında neft" nəqlini azaltdı - Gündəlik limit 33 min barelə endirildi

10 Sentyabr 14:02
"Qatar Airways"dən rekord sifariş - 138 yeni təyyarə alınır
Biznes

"Qatar Airways"dən rekord sifariş - 138 yeni təyyarə alınır

10 Sentyabr 13:49

Son Xəbərlər

Səudiyyə Ərəbistanı neft kəmərinin vurulmasına reaksiya verdi
Səudiyyə Ərəbistanı neft kəmərinin vurulmasına reaksiya verdi
00:15
12 sentyabrda Yaxın Şərqdə nə baş verdi?
12 sentyabrda Yaxın Şərqdə nə baş verdi?
00:10
Tarixdə bu gün - 12 sentyabr
Tarixdə bu gün - 12 sentyabr
00:01
Livanda narkotik əməliyyatı - Bəşşar Əsədin qohumu saxlanıldı
Livanda narkotik əməliyyatı - Bəşşar Əsədin qohumu saxlanıldı
11 Sentyabr 23:14
"Şərq-Qərb" neft kəməri hücumlar səbəbindən ehtiyat tədbiri olaraq dayandırıldı – Səudiyyə
"Şərq-Qərb" neft kəməri hücumlar səbəbindən ehtiyat tədbiri olaraq dayandırıldı – Səudiyyə
11 Sentyabr 23:07
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.