15 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
ArabAZ İqtisadiyyat
İqtisadiyyat

Türkiyənin Mersin limanı 2 mindən çox gəmi qəbul edib (ÖZƏL)

2025-ci ilin yanvar-sentyabr ayında Türkiyənin Mersin limanı 2 min 874 gəmi qəbul edib. Nazirlikdən verilən məlumata görə, qeyd edilən müddət ərzində Mersin limanı Türkiyə bayrağı altında üzən 444, digər ölkələrin bayraqları altında üzən 2 min 430 gəmi qəbul edib. Qeyd edək ki, 2025-ci ilin sentyabr ayında Türkiyə limanları 31 milyon 463 min 269 ton yük qəbul edib.

21 Oktyabr 2025 11:05
Türkiyənin Mersin limanı 2 mindən çox gəmi qəbul edib (ÖZƏL)

BAKI, AzerVoice, Nailə Babazadə

2025-ci ilin yanvar-sentyabr ayında Türkiyənin Mersin limanı 2 min 874 gəmi qəbul edib.

Bu barədə AzerVoice-a Türkiyənin Nəqliyyat və İnfrastruktur Nazirliyindən məlumat verilib.

Nazirlikdən verilən məlumata görə, qeyd edilən müddət ərzində Mersin limanı Türkiyə bayrağı altında üzən 444, digər ölkələrin bayraqları altında üzən 2 min 430 gəmi qəbul edib.

Qeyd edək ki, 2025-ci ilin sentyabr ayında Türkiyə limanları 31 milyon 463 min 269 ton yük qəbul edib.

Bu dövr ərzində də Türkiyə bayrağı altında gəmilərlə daxili limanlara yük qəbulu 2 milyon 411 min 316 ton təşkil edib.

“Türkiyə limanlarına digər ölkələrin bayraqları altında gəmilərlə yük daşınması 29 milyon 51 min 953 ton olub”, – deyə nazirlikdən bildirilib.

Məlumatda bildirilib ki, 2025-ci ilin sentyabr ayında Türkiyə limanlarından 5 milyon 582 min 543 ton transit yük daşınıb.

Nazirlikdən verilən məlumata görə, 2025-ci ilin yanvar- sentyabr aylarında Türkiyə limanları 307 milyon 854 min 459 ton yük qəbul edib.

"Türkiyə bayrağı altında gəmilərlə yük qəbulu 21 milyon 675 min 355 ton təşkil edib. Digər ölkələrin bayraqları altında gəmilərlə isə Türkiyə limanlarına yükdaşımalar 286 milyon 179 min 104 ton təşkil edib”, - deyə məlumatda qeyd edilib.

Məlumatda bildirilib ki, 2025-ci ilin yanvar- sentyabr aylarında Türkiyə limanlarından 51 milyon 66 min 576 ton transit yük daşınıb.

Qeyd edək ki, bu ilin sentyabr ayında Türkiyə limanları 5 min 801 gəmi qəbul edib.

Məlumata görə, bu dövrdə Türkiyə limanlarına digər ölkələrin bayraqları altında qəbul edilən gəmilərin sayı 2 min 146 bayrağı altında qəbul edilən gəmilərin sayı isə 3 min 655 olub.

2025-ci ilin yanvar - sentyabr ayında Türkiyə limanları 47 min 630 gəmi qəbul edib.

“Bu müddət ərzində Türkiyə limanları tərəfindən qəbul edilən digər ölkələrin bayraqları altında olan gəmilər 16 min 777, Türkiyə bayrağı altında olan gəmilər isə 30 min 853 olub”, - deyə nazirlikdən bildirilib.

Məqalədə: #Türkiyə limanları #Türkiyənin Nəqliyyat və İnfrastruktur Nazirliyi #Mersin limanı #yük daşıma #Türkiyə yük daşımaları #Beynəlxalq yük daşımaları #Türkiyə limanlarının yük qəbulu 2025 #2025 Türkiyə limanlarına daxil olan gəmi sayı #Türkiyə limanları və beynəlxalq gəmiçilik

Mövzu üzrə digər xəbərlər

Səudiyyə iqtisadiyyatında gərgin saatlar - Aparıcı səhmlərin qiyməti düşdü
Səudiyyə Ərəbistanı

Səudiyyə iqtisadiyyatında gərgin saatlar - Aparıcı səhmlərin qiyməti düşdü

13 Sentyabr 20:06
İordaniyada biznes və investisiya üçün hansı imkanlar var?
Biznes

İordaniyada biznes və investisiya üçün hansı imkanlar var?

13 Sentyabr 13:00
Səudiyyə Ərəbistanında həftəlik istehlak xərcləri 4,2 milyard dollar oldu
Biznes

Səudiyyə Ərəbistanında həftəlik istehlak xərcləri 4,2 milyard dollar oldu

12 Sentyabr 22:47
"S&P" Səudiyyə Ərəbistanının kredit reytinqini "A+" səviyyəsində təsdiqlədi
Biznes

"S&P" Səudiyyə Ərəbistanının kredit reytinqini "A+" səviyyəsində təsdiqlədi

12 Sentyabr 13:13

Son Xəbərlər

Prezident İlham Əliyev: Azad olunmuş ərazilərdə artıq 12 məscid bərpa edilib
Prezident İlham Əliyev: Azad olunmuş ərazilərdə artıq 12 məscid bərpa edilib
17:26
Qətər əmiri Türkiyə səfirini “Əl-Vəcbə” ordeni ilə təltif edib
Qətər əmiri Türkiyə səfirini “Əl-Vəcbə” ordeni ilə təltif edib
16:53
Bakı ilə Əbu-Dabi arasında strateji dərinləşmə: imzalanan sazişlər ikitərəfli əlaqələrə necə təkan verəcək?
Bakı ilə Əbu-Dabi arasında strateji dərinləşmə: imzalanan sazişlər ikitərəfli əlaqələrə necə təkan verəcək?
16:51
“Emirates” Dubayda 11 yeni tərəfdaşlıq sazişi imzalayıb
“Emirates” Dubayda 11 yeni tərəfdaşlıq sazişi imzalayıb
16:46
BƏƏ və Almaniya su qıtlığına qarşı əməkdaşlığı gücləndirir
BƏƏ və Almaniya su qıtlığına qarşı əməkdaşlığı gücləndirir
16:41
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.