11 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
ArabAZ İqtisadiyyat
İqtisadiyyat

BƏƏ ilə ticarət və investisiya əlaqələrini genişləndirmək məqsədilə Birgə İşgüzar Şuranın yaradılmasını planlaşdırırıq - Mikayıl Cabbarov

“Bu ilin sentyabrında Əlahəzrət Şeyx Məhəmməd bin Zayed Əl Nəhyanın Qarabağa tarixi səfəri bizim dostluğumuzu, həmrəyliyimizi və strateji tərəfdaşlığımızı əyani şəkildə nümayiş etdirdi. Səfər zamanı əməkdaşlığımızı yeni mərhələyə qaldıran bir sıra mühüm sənədlər imzalanıb, Azərbaycan ilə Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) arasında hərtərəfli strateji tərəfdaşlıq münasibətləri haqqında Birgə Bəyannamə xüsusi əhəmiyyət kəsb edən sənədə çevrilib”.

2 Dekabr 2025 23:14
BƏƏ ilə ticarət və investisiya əlaqələrini genişləndirmək məqsədilə Birgə İşgüzar Şuranın yaradılmasını planlaşdırırıq - Mikayıl Cabbarov

Bakı, AzerVoice

“Bu ilin sentyabrında Əlahəzrət Şeyx Məhəmməd bin Zayed Əl Nəhyanın Qarabağa tarixi səfəri bizim dostluğumuzu, həmrəyliyimizi və strateji tərəfdaşlığımızı əyani şəkildə nümayiş etdirdi. Səfər zamanı əməkdaşlığımızı yeni mərhələyə qaldıran bir sıra mühüm sənədlər imzalanıb, Azərbaycan ilə Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) arasında hərtərəfli strateji tərəfdaşlıq münasibətləri haqqında Birgə Bəyannamə xüsusi əhəmiyyət kəsb edən sənədə çevrilib”.

AzerVoice xəbər verir ki, bu fikirləri Bakıda BƏƏ-nin Müstəqillik Günü ilə bağlı keçirilən tədbirdə Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov deyib.

O, bildirib ki, iki ölkə arasında bütün sahələrdə, o cümlədən iqtisadi-ticari sahədə əməkdaşlıq uğurla davam edir və hər iki ölkə bu münasibətləri inkişaf etdirmək niyyətindədir.

“İnvestisiya sahəsində əməkdaşlığımız xüsusi əhəmiyyət kəsb edir. 1 milyard ABŞ dolları maliyyə imkanlarına malik Birgə İnvestisiya Fondu bu baxımdan əsas alətlərdən biridir. Hazırda Fond çərçivəsində bir sıra investisiya layihələri üzrə danışıqlar aparılır. Bu ilin sentyabrında Bakıda keçirilən Birinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu zamanı “Modon Holding” ilə şəhərsalma üzrə 5 milyard dollarlıq investisiya layihəsi üzrə əməkdaşlıq sazişi imzalanıb. Neft və qaz sektorunda tərəfdaşlığımız SOCAR və ADNOC arasında uğurlu əməkdaşlıq sayəsində inkişaf etməkdə davam edir. Eyni zamanda, yeni layihələrə əməkdaşlığa marağın artdığını müşahidə edirik. BƏƏ-dən olan şirkətlər Azərbaycanda bərpaolunan enerji layihələrində strateji tərəfdaş və əsas investor kimi çıxış edirlər. Ölkəmizdə istifadəyə verilən ilk Günəş elektrik stansiyasının tikintisi Birləşmiş Ərəb Əmirliklərinin dəstəyi ilə həyata keçirilib. Digər tərəfdən, ticarət və investisiya əlaqələrini genişləndirmək məqsədilə Birgə İşgüzar Şuranın yaradılmasını planlaşdırırıq. Bu yeni institusional mexanizm biznes icmalarımız arasında əməkdaşlığı daha da yüksək səviyyəyə qaldırmağa kömək edəcək”, - deyə M.Cabbarov əlavə edib.

Məqalədə: #Azərbaycan və BƏƏ strateji tərəfdaşlığı yeni mərhələyə keçir – Cabbarovdan mühüm açıqlamalar #Cabbarov: Qarabağ səfəri Azərbaycan–BƏƏ münasibətlərində dönüş nöqtəsi oldu #Bakı və Əbu-Dabi investisiya əməkdaşlığını genişləndirir #Azərbaycan–BƏƏ arasında 5 milyard dollarlıq yeni layihə imzalandı #Azərbaycan–BƏƏ əlaqələri sürətlə genişlənir: Yeni müqavilələr və iri investisiyalar #Cabbarov: BƏƏ ilə strateji əməkdaşlıq tarixən ən yüksək səviyyədədir #Qarabağ səfəri iki ölkə arasında yeni dövrün başlanğıcı oldu #BƏƏ şirkətləri Azərbaycanda enerji və şəhərsalma layihələrinə sərmayəni artırır #Cabbarov: Azərbaycan və BƏƏ arasında strateji tərəfdaşlıq güclənir #Qarabağ səfəri Bakı–Əbu Dabi münasibətlərinə yeni dinamika verdi #Azərbaycan və BƏƏ 1 milyard dollarlıq Birgə İnvestisiya Fondu üzrə layihələri genişləndirir #Modon Holding Bakıda 5 milyard dollarlıq layihə imzaladı

Mövzu üzrə digər xəbərlər

İraq Türkiyəyə "su qarşılığında neft" nəqlini azaltdı - Gündəlik limit 33 min barelə endirildi
Neft və qaz

İraq Türkiyəyə "su qarşılığında neft" nəqlini azaltdı - Gündəlik limit 33 min barelə endirildi

10 Sentyabr 14:02
"Qatar Airways"dən rekord sifariş - 138 yeni təyyarə alınır
Biznes

"Qatar Airways"dən rekord sifariş - 138 yeni təyyarə alınır

10 Sentyabr 13:49
Ankara ilə Ər-Riyad arasında birgə investisiyalar və texnologiya transferi ön plana çıxır
Biznes

Ankara ilə Ər-Riyad arasında birgə investisiyalar və texnologiya transferi ön plana çıxır

10 Sentyabr 10:37
Qətərdə İslam bankçılığı rəqəmsallaşma və dayanıqlı maliyyənin inkişafı fonunda genişlənir
İqtisadiyyat

Qətərdə İslam bankçılığı rəqəmsallaşma və dayanıqlı maliyyənin inkişafı fonunda genişlənir

9 Sentyabr 12:34

Son Xəbərlər

Qlobal fırtınalardan regional cəbhələrə: 11 sentyabrda ərəb coğrafiyasını sarsıdan 20 tarixi fakt
Qlobal fırtınalardan regional cəbhələrə: 11 sentyabrda ərəb coğrafiyasını sarsıdan 20 tarixi fakt
00:10
Tarixdə bu gün - 11 sentyabr
Tarixdə bu gün - 11 sentyabr
00:01
2.7L EcoBoost və off-road üçün Tremor - Yeni nəsil Ford Everest V6-nın detalları
2.7L EcoBoost və off-road üçün Tremor - Yeni nəsil Ford Everest V6-nın detalları
10 Sentyabr 23:00
Peru ABŞ-nin narkotik kartellərinə qarşı koalisiyasına qoşulur
Peru ABŞ-nin narkotik kartellərinə qarşı koalisiyasına qoşulur
10 Sentyabr 22:00
OpenAI maliyyə sektoru üçün xüsusi ChatGPT təqdim edib
OpenAI maliyyə sektoru üçün xüsusi ChatGPT təqdim edib
10 Sentyabr 21:41
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.