14 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
ArabAZ İqtisadiyyat
İqtisadiyyat

“Yaşıl Enerji Dəhlizi Enerji Şirkəti” (GECO) və Böyük Britaniyanın “Xlinks” şirkəti Anlaşma Memorandumu imzalayıb

Energetika naziri Pərviz Şahbazovla Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Fergus Auld arasında görüş keçirilib. Görüşdə “Yaşıl Enerji Dəhlizi Enerji Şirkəti” (GECO) və Böyük Britaniyanın “Xlinks” şirkəti də təmsil olunub. Azərbaycanla Birləşmiş Krallıq arasında enerji əməkdaşlığının inkişafı ilə bağlı məsələlər müzakirə edilib. Uzunmüddətli enerji tərəfdaşlığının “yaşıl enerji”, “Xəzər-Qara dəniz-Avropa Yaşıl Enerji Dəhlizi” və innovasiyaların tətbiqi üzrə genişləndirilməsi ətrafında fikir mübadiləsi aparılıb.

8 Dekabr 2025 14:29
“Yaşıl Enerji Dəhlizi Enerji Şirkəti” (GECO) və Böyük Britaniyanın “Xlinks” şirkəti Anlaşma Memorandumu imzalayıb

BAKI,AzerVoice

Energetika naziri Pərviz Şahbazovla Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Fergus Auld arasında görüş keçirilib. Görüşdə “Yaşıl Enerji Dəhlizi Enerji Şirkəti” (GECO) və Böyük Britaniyanın “Xlinks” şirkəti də təmsil olunub.

AzerVoice xəbər verir ki, Azərbaycanla Birləşmiş Krallıq arasında enerji əməkdaşlığının inkişafı ilə bağlı məsələlər müzakirə edilib. Uzunmüddətli enerji tərəfdaşlığının “yaşıl enerji”, “Xəzər-Qara dəniz-Avropa Yaşıl Enerji Dəhlizi” və innovasiyaların tətbiqi üzrə genişləndirilməsi ətrafında fikir mübadiləsi aparılıb.

Görüş çərçivəsində “Yaşıl Enerji Dəhlizi Enerji Şirkəti” (GECO) və “Xlinks” şirkəti arasında Anlaşma Memorandumu imzalanıb. Memorandumu GECO şirkətinin icraçı direktoru Fərhad Məmmədov və “Xlinks” şirkətinin icraçı direktoru Ceyms Hamfrey imzalayıblar. Sənəd iki şirkət arasında sualtı kabel layihələri və əlaqədar infrastruktur sahəsində əməkdaşlıq imkanlarının araşdırılması, məlumat mübadiləsi, texniki qiymətləndirmələrin aparılması kimi məsələləri ehtiva edir. Memorandum hüquqi öhdəlik yaratmır və hazırda GECO “Yaşıl Enerji Dəhlizi” layihəsinin texniki-iqtisadi əsaslandırması mərhələsindən sonrakı dövr üzrə potensial tərəfdaşlarla danışıqlar aparır.

Qeyd edək ki, GECO “Azərbaycan, Gürcüstan, Rumıniya və Macarıstan arasında imzalanmış yaşıl enerjinin inkişafı və ötürülməsi Sazişi”nin icrası məqsədilə dörd ölkənin təmsil olunduğu Birgə Müəssisədir.

“Xlinks” şirkəti isə irimiqyaslı bərpa olunan enerji və uzaq məsafəli ötürmə xətləri layihələri üzrə ixtisaslaşmış Böyük Britaniya şirkətidir. Şirkətin texniki heyəti Böyük Britaniya-Norveç arasında 720 km uzunluğunda və 1.4 QVt ötürmə gücü olan “North Sea Link” (Şimal Dənizi Linki) və Böyük Britaniya-Danimarka arasında 765 km uzunluğunda və 1.4 QVt ötürmə gücü olan “Viking Link” (Vikinq Linki) interkonnektorlarının inşasında təcrübəyə malikdir.

“Yaşıl Enerji Dəhlizi Enerji Şirkəti” (GECO) və Böyük Britaniyanın “Xlinks” şirkəti Anlaşma Memorandumu imzalayıb “Yaşıl Enerji Dəhlizi Enerji Şirkəti” (GECO) və Böyük Britaniyanın “Xlinks” şirkəti Anlaşma Memorandumu imzalayıb
Məqalədə: #Pərviz Şahbazov #Energetika Nazirliyi #İrlandiya #Şimali İrlandiya

Mövzu üzrə digər xəbərlər

Səudiyyə iqtisadiyyatında gərgin saatlar - Aparıcı səhmlərin qiyməti düşdü
Səudiyyə Ərəbistanı

Səudiyyə iqtisadiyyatında gərgin saatlar - Aparıcı səhmlərin qiyməti düşdü

13 Sentyabr 20:06
İordaniyada biznes və investisiya üçün hansı imkanlar var?
Biznes

İordaniyada biznes və investisiya üçün hansı imkanlar var?

13 Sentyabr 13:00
Səudiyyə Ərəbistanında həftəlik istehlak xərcləri 4,2 milyard dollar oldu
Biznes

Səudiyyə Ərəbistanında həftəlik istehlak xərcləri 4,2 milyard dollar oldu

12 Sentyabr 22:47
"S&P" Səudiyyə Ərəbistanının kredit reytinqini "A+" səviyyəsində təsdiqlədi
Biznes

"S&P" Səudiyyə Ərəbistanının kredit reytinqini "A+" səviyyəsində təsdiqlədi

12 Sentyabr 13:13

Son Xəbərlər

Cənubi Koreya husilərin Səudiyyə Ərəbistanına hücumunu pisləyib
Cənubi Koreya husilərin Səudiyyə Ərəbistanına hücumunu pisləyib
14:05
Çin husiləri Səudiyyə Ərəbistanına hücumları dayandırmağa çağırıb
Çin husiləri Səudiyyə Ərəbistanına hücumları dayandırmağa çağırıb
14:00
İordaniya Ərəb Əmək Konfransına sədrlik edir
İordaniya Ərəb Əmək Konfransına sədrlik edir
13:40
İran Yəməndəki müharibəyə müdaxilə etmədiyini açıqlayıb
İran Yəməndəki müharibəyə müdaxilə etmədiyini açıqlayıb
13:27
"Naza" filminin müəllifləri vətənə xəyanətdə ittiham olunur
"Naza" filminin müəllifləri vətənə xəyanətdə ittiham olunur
13:12
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.