7 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ İqtisadiyyat
İqtisadiyyat

Slovakiyanın İnvestisiya və Ticarət Agentliyi Azərbaycanla əməkdaşlığın perspektivli istiqamətlərin açıqlayıb

Slovakiya İnvestisiya və Ticarət Agentliyi (SARIO) Azərbaycanla informasiya-kommunikasiya texnologiyaları, enerji, müdafiə, maşınqayırma eləcə də, digər innovativ və elmi-tədqiqat sahələrində əməkdaşlıq üçün artan potensial görür.

8 Dekabr 2025 19:58
Slovakiyanın İnvestisiya və Ticarət Agentliyi Azərbaycanla əməkdaşlığın perspektivli istiqamətlərin açıqlayıb

BAKI,AzerVoice

Slovakiya İnvestisiya və Ticarət Agentliyi (SARIO) Azərbaycanla informasiya-kommunikasiya texnologiyaları, enerji, müdafiə, maşınqayırma eləcə də, digər innovativ və elmi-tədqiqat sahələrində əməkdaşlıq üçün artan potensial görür.

Bu barədə AzerVoice-un sorğusuna cavab olaraq SARIO-dan bildirilib.

“Slovakiya şirkətləri uzunmüddətli tərəfdaşlığa, texnologiyalara əsaslanan layihələrə və hər iki ölkənin davamlı iqtisadi inkişafına töhfə verə biləcək birgə müəssisələrin yaradılmasına getdikcə daha çox maraq göstərirlər”, – deyə agentlikdən vurğulayıblar.

SARIO biznes təşəbbüsləri və institusional əməkdaşlıq vasitəsilə Azərbaycanla aktiv qarşılıqlı fəaliyyəti davam etdirir.

“Keçən il ərzində üç əsas təşəbbüs həyata keçirmişik: Slovakiya Respublikasının Baş naziri müşayiətində işgüzar missiya, Hökumətlərarası Görüş çərçivəsində ixtisaslaşmış biznes nümayəndə heyəti və – Slovakiya Respublikasının səfirliyi ilə əməkdaşlıq çərçivəsində "ADEX 2024" sərgisində Slovakiya milli stendinin təşkili. Bu tədbirlər, xüsusilə texnologiya və yüksək əlavə dəyər sahələrində fəaliyyət göstərən Slovakiya şirkətlərinin Azərbaycan bazarına çıxışı və ya mövcud mövqelərinin genişləndirilməsi üçün dəstək məqsədi daşıyır.

Biz ilk növbədə diqqətimizi informasiya-kommunikasiya texnologiyaları, müdafiə, maşınqayırma və enerji sahələrində fəaliyyət göstərən Slovakiya şirkətlərinə yönəltmişik. Bu sahələr qarşılıqlı faydalı əməkdaşlıq üçün böyük potensiala malikdir və SARIO bu sektorlardan olan şirkətləri Azərbaycanda iş imkanlarını araşdırmağa fəal təşviq edir”, – agentlikdə bildirilib.

Dövlət agentliyi olaraq SARIO Slovakiya kiçik və orta biznesinə dəstək olur, habelə investorlar üçün biznes missiyaları, iri beynəlxalq sərgilərdə milli stendlər və bazara çıxış üzrə məsləhət xidmətlərini təmin edir.

“Bizim məqsədimiz Azərbaycan tərəfdaşları ilə birbaşa təmaslar qurmaq və Slovakiya şirkətlərinə bazar şəraiti, imkanlar və əməkdaşlıq modellərini daha yaxşı başa düşməyə kömək etməkdir. Son işgüzar missiyalar zamanı Slovakiya və Azərbaycan şirkətləri bir sıra konstruktiv danışıqlar aparıb və əməkdaşlıq imkanlarını öyrəniblər”, – deyə agentlikdən qeyd olunub.

SARIO növbəti Slovakiya-Azərbaycan Hökumətlərarası Görüşünün 2026-cı ildə keçiriləcəyini gözləyir.

Məqalədə: #enerji #ADEX 2024 #Slovakiya İnvestisiya və Ticarət Agentliyi (SARIO) #informasiya-kommunikasiya texnologiyaları #müdafiə #maşınqayırma #innovativ #elmi-tədqiqat sahələri #Slovakiya şirkətləri #kiçik və orta biznes #Slovakiya-Azərbaycan Hökumətlərarası Görüş

Mövzu üzrə digər xəbərlər

Səudiyyə Ərəbistanı və Serbiya strateji tərəfdaşlığı genişləndirir
Səudiyyə Ərəbistanı

Səudiyyə Ərəbistanı və Serbiya strateji tərəfdaşlığı genişləndirir

20:30
Qətər və Çin strateji əməkdaşlığı genişləndirir
Qətər

Qətər və Çin strateji əməkdaşlığı genişləndirir

20:21
İran Cənub Parsdakı dağıntıların tam təmizləndiyini açıqlayıb
İran

İran Cənub Parsdakı dağıntıların tam təmizləndiyini açıqlayıb

5 Sentyabr 19:54
Özbəkistan Prezidenti ŞƏT-də ərzaq, su və enerji təhlükəsizliyi üzrə yeni mexanizm yaradılmasını təklif edib
Siyasət

Özbəkistan Prezidenti ŞƏT-də ərzaq, su və enerji təhlükəsizliyi üzrə yeni mexanizm yaradılmasını təklif edib

1 Sentyabr 15:51

Son Xəbərlər

Səudiyyə Peşəkar Liqasında transfer pəncərəsinin ən uğurlu klubu Əl-Hilal oldu
Səudiyyə Peşəkar Liqasında transfer pəncərəsinin ən uğurlu klubu Əl-Hilal oldu
20:39
Səudiyyə Ərəbistanı və Serbiya strateji tərəfdaşlığı genişləndirir
Səudiyyə Ərəbistanı və Serbiya strateji tərəfdaşlığı genişləndirir
20:30
Səudiyyə Ərəbistanında təhsil və təhlükəsizlik vahid inkişaf modelinin əsasını təşkil edir
Səudiyyə Ərəbistanında təhsil və təhlükəsizlik vahid inkişaf modelinin əsasını təşkil edir
20:27
Qətər və Çin strateji əməkdaşlığı genişləndirir
Qətər və Çin strateji əməkdaşlığı genişləndirir
20:21
Qətər gələcəyin nəqliyyat sistemini texnologiya üzərində qurur
Qətər gələcəyin nəqliyyat sistemini texnologiya üzərində qurur
20:15
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.