13 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
ArabAZ İqtisadiyyat
İqtisadiyyat

Yeni 110 maddəlik fəaliyyət planı Türkiyə–Azərbaycan əməkdaşlığını genişləndirir - Cevdet Yılmaz

Türkiyə Prezidentinin Müavini Cevdet Yılmaz, Bakı şəhərində keçirilən Türkiyə–Azərbaycan Qarışıq İqtisadi Komissiyasının (KEK) 12-ci dövr iclasında çıxış edərək, iki ölkə arasındakı strateji əməkdaşlıq və iqtisadi əlaqələr barədə danışıb. Yılmaz bildirib ki, Türkiyə və Azərbaycan arasındakı münasibətlər “İki Dövlət, Bir Millət” prinsipi əsasında qurulub və bu status Şuşa Bəyannaməsi ilə təsdiqlənib. O, iki ölkə arasındakı ticarət dövriyyəsinin ötən il 8 milyard dollara çatdığını, qarşılıqlı yatırımların ümumi həcminin 40 milyard dollara yaxınlaşdığını vurğulayıb. Həmçinin türk podratçıların Azərbaycandakı layihələrinin həcminin 20 milyard dolları aştığını qeyd edib.

24 Dekabr 2025 12:43
Yeni 110 maddəlik fəaliyyət planı Türkiyə–Azərbaycan əməkdaşlığını genişləndirir - Cevdet Yılmaz

BAKI, AzerVoice, Nailə Babazadə

Türkiyənin Vitse-prezidenti Cevdet Yılmazı, Bakı şəhərində keçirilən Türkiyə–Azərbaycan Qarışıq İqtisadi Komissiyasının (KEK) 12-ci dövr iclasında çıxış edərək, iki ölkə arasındakı strateji əməkdaşlıq və iqtisadi əlaqələr barədə danışıb.

AzerVoice xəbər verir ki, Yılmaz bildirib ki, Türkiyə və Azərbaycan arasındakı münasibətlər “İki Dövlət, Bir Millət” prinsipi əsasında qurulub və bu status Şuşa Bəyannaməsi ilə təsdiqlənib. O, iki ölkə arasındakı ticarət dövriyyəsinin ötən il 8 milyard dollara çatdığını, qarşılıqlı yatırımların ümumi həcminin 40 milyard dollara yaxınlaşdığını vurğulayıb. Həmçinin türk podratçıların Azərbaycandakı layihələrinin həcminin 20 milyard dolları aştığını qeyd edib.

Yılmaz 110 maddədən ibarət yeni fəaliyyət planının sərbəst ticarət imkanlarından enerji, kənd təsərrüfatı və səhiyyəyə qədər geniş sahəni əhatə etdiyini bildirib. Keçən il imzalanan 120 maddəlik fəaliyyət planının isə 78 faizinin tamamlandığını qeyd edərək, “Bu göstərici əməkdaşlığımızın nə qədər konkret və güclü olduğunu göstərir” deyib.

Türkiyənin Vitse-prezidenti həmçinin Zəngəzur dəhlizi layihəsinin strateji əhəmiyyətini vurğulayıb. O, layihənin yalnız nəqliyyat xətti olmadığını, eyni zamanda Türk dünyası ilə birbaşa əlaqə yaratmaq baxımından vacib olduğunu söyləyib.

Yılmaz çıxışında Zəngəzur Koridoru, İnkişaf Yolu və Hicaz Dəmir Yolu layihələrinin Türkiyənin uzunmüddətli iqtisadi və geosiyasi vizyonunda kritik rol oynadığını da qeyd edib.

Məqalədə: #Cevdet Yılmaz #Şuşa Bəyannaməsi #Türkiyə Azərbaycan əməkdaşlığı #Türkiyə-Azərbaycan strateji əməkdaşlığı #Azərbaycan–Türkiyə turizm əməkdaşlığı #Azərbaycan–Türkiyə hərbi əməkdaşlığı #Azərbaycan Türkiyə iqtisadi əməkdaşlığı #Türkiyənin Vitse-prezidenti Cevdet Yılmaz #Azərbaycan–Türkiyə iqtisadi əməkdaşlığı #Türkiyə–Azərbaycan Qarışıq İqtisadi Komissiyası (KEK) #110 maddəlik plan #Hicaz Dəmiryolu #Türk dünyası əlaqələri

Mövzu üzrə digər xəbərlər

Səudiyyə Ərəbistanında həftəlik istehlak xərcləri 4,2 milyard dollar oldu
Biznes

Səudiyyə Ərəbistanında həftəlik istehlak xərcləri 4,2 milyard dollar oldu

12 Sentyabr 22:47
"S&P" Səudiyyə Ərəbistanının kredit reytinqini "A+" səviyyəsində təsdiqlədi
Biznes

"S&P" Səudiyyə Ərəbistanının kredit reytinqini "A+" səviyyəsində təsdiqlədi

12 Sentyabr 13:13
Körfəzdə elektron ticarət investisiyalarının 93 faizi Səudiyyə Ərəbistanının payına düşür
Biznes

Körfəzdə elektron ticarət investisiyalarının 93 faizi Səudiyyə Ərəbistanının payına düşür

11 Sentyabr 13:23
İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu: Azərbaycan investorlar üçün nə vəd edir?
İqtisadiyyat

İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu: Azərbaycan investorlar üçün nə vəd edir?

11 Sentyabr 11:53

Son Xəbərlər

Tarixdə bu gün – 13 sentyabr
Tarixdə bu gün – 13 sentyabr
00:01
Səudiyyə Ərəbistanında həftəlik istehlak xərcləri 4,2 milyard dollar oldu
Səudiyyə Ərəbistanında həftəlik istehlak xərcləri 4,2 milyard dollar oldu
12 Sentyabr 22:47
Səudiyyə Ərəbistanında fövqəladə təhlükə xəbərdarlığı elan edilib
Səudiyyə Ərəbistanında fövqəladə təhlükə xəbərdarlığı elan edilib
12 Sentyabr 22:31
Əbu-Dabi vəliəhdi Pezeşkianla regional gərginliyin azaldılmasını müzakirə edib
Əbu-Dabi vəliəhdi Pezeşkianla regional gərginliyin azaldılmasını müzakirə edib
12 Sentyabr 22:27
İran və Oman XİN rəhbərləri regional vəziyyəti müzakirə ediblər
İran və Oman XİN rəhbərləri regional vəziyyəti müzakirə ediblər
12 Sentyabr 21:42
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.