Yeni 110 maddəlik fəaliyyət planı Türkiyə–Azərbaycan əməkdaşlığını genişləndirir - Cevdet Yılmaz
Türkiyə Prezidentinin Müavini Cevdet Yılmaz, Bakı şəhərində keçirilən Türkiyə–Azərbaycan Qarışıq İqtisadi Komissiyasının (KEK) 12-ci dövr iclasında çıxış edərək, iki ölkə arasındakı strateji əməkdaşlıq və iqtisadi əlaqələr barədə danışıb. Yılmaz bildirib ki, Türkiyə və Azərbaycan arasındakı münasibətlər “İki Dövlət, Bir Millət” prinsipi əsasında qurulub və bu status Şuşa Bəyannaməsi ilə təsdiqlənib. O, iki ölkə arasındakı ticarət dövriyyəsinin ötən il 8 milyard dollara çatdığını, qarşılıqlı yatırımların ümumi həcminin 40 milyard dollara yaxınlaşdığını vurğulayıb. Həmçinin türk podratçıların Azərbaycandakı layihələrinin həcminin 20 milyard dolları aştığını qeyd edib.
Türkiyə Qarabağın yenidən qurulmasında əsas tərəfdaşlardan biridir - Ömər Bolat
Bakıda keçirilən II Azərbaycan–Türkiyə İnvestisiya Forumunda çıxış edən Türkiyənin ticarət naziri Ömər Bolat bildirib ki, Türkiyə şirkətləri işğaldan azad edilmiş Qarabağ bölgəsinin bərpası və yenidən qurulması prosesində 5 milyard ABŞ dollarından artıq dəyərdə layihələrlə iştirak edib. Bu layihələr Türkiyə podratçılarının qlobal miqyasda yüksək nüfuz və etibarlı tərəfdaş statusu qazandığını nümayiş etdirir.
Qarabağ və Şərqi Zəngəzurda Türkiyə sərmayələri üçün geniş imkanlar var - Əli Əsədov
Əli Əsədov Bakıda keçirilən Azərbaycan–Türkiyə İnvestisiya Forumunda çıxış edib.