6 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi innovasiyalar
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Yuxuyozma
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ İqtisadiyyat
İqtisadiyyat

Türkiyə Qarabağın yenidən qurulmasında əsas tərəfdaşlardan biridir - Ömər Bolat

Bakıda keçirilən II Azərbaycan–Türkiyə İnvestisiya Forumunda çıxış edən Türkiyənin ticarət naziri Ömər Bolat bildirib ki, Türkiyə şirkətləri işğaldan azad edilmiş Qarabağ bölgəsinin bərpası və yenidən qurulması prosesində 5 milyard ABŞ dollarından artıq dəyərdə layihələrlə iştirak edib. Bu layihələr Türkiyə podratçılarının qlobal miqyasda yüksək nüfuz və etibarlı tərəfdaş statusu qazandığını nümayiş etdirir.

23 Dekabr 2025 11:36
Türkiyə Qarabağın yenidən qurulmasında əsas tərəfdaşlardan biridir - Ömər Bolat

BAKI,AzerVoice,Fərid Mikayılov

Bakıda keçirilən II Azərbaycan–Türkiyə İnvestisiya Forumunda çıxış edən Türkiyənin ticarət naziri Ömər Bolat bildirib ki, Türkiyə şirkətləri işğaldan azad edilmiş Qarabağ bölgəsinin bərpası və yenidən qurulması prosesində 5 milyard ABŞ dollarından artıq dəyərdə layihələrlə iştirak edib.

AzerVoice xəbər verir ki, nazirin sözlərinə görə, Türkiyə şirkətləri bu günədək ümumilikdə dünyada 12 min 600-dən çox layihə icra edərək 550 milyard ABŞ dollarını aşan portfel formalaşdırıb.

Ömər Bolat qeyd edib ki, bu çərçivədə Türkiyə şirkətləri indiyədək Azərbaycanda təxminən 560 layihə həyata keçirib və xüsusilə Qarabağın yenidən qurulmasında fəal iştirak ediblər. Nazir vurğulayıb ki, Azərbaycan Ordusunun hərbi uğurları və şəhidlərin fədakarlığı nəticəsində azad edilmiş ərazilərdə Türkiyə şirkətlərinin iştirakı ilə icra olunan layihələr bölgənin sosial-iqtisadi dirçəlişinə mühüm töhfə verir.

Nazir əlavə edib ki, hazırda Qarabağda sənaye və kənd təsərrüfatı sahələrində yeni investisiya layihələri vasitəsilə region iqtisadiyyatının canlandırılması məqsədilə Azərbaycan və Türkiyə hökumətləri arasında sıx və koordinasiyalı əməkdaşlıq davam etdirilir.

Bununla yanaşı, Ömər Bolat Azərbaycan–Türkiyə Birgə İqtisadi Komissiyasının dövlət rəhbərliyi səviyyəsində səmərəli fəaliyyət göstərdiyini qeyd edərək, aidiyyəti qurumların növbəti iclasa qədər üzərlərinə düşən tapşırıqları tam şəkildə icra etməyə çalışacaqlarını bildirib.

Məqalədə: #Türkiyə #Azərbaycan #Türkiyə Ticarət Nazirliyi #Ömər Bolat #işğaldan azad olunmuş ərazilər #azad edilmiş ərazilər #II Azərbaycan–Türkiyə İnvestisiya Forumu #işğaldan azad edilmiş ərazilər #Azərbaycan–Türkiyə iqtisadi əməkdaşlığı #Qarabağın bərpası #Türkiyə investisiyaları #Qarabağda infrastruktur layihələri #sənaye və kənd təsərrüfatı investisiyaları

Mövzu üzrə digər xəbərlər

BƏƏ və Türkiyə prezidentləri ikitərəfli əlaqələri müzakirə edib
BƏƏ

BƏƏ və Türkiyə prezidentləri ikitərəfli əlaqələri müzakirə edib

5 Sentyabr 13:03
ABŞ İrana qarşı yeni sanksiyalar çərçivəsində Türkiyədəki bankı hədəfə alıb
Digər Dövlətlər

ABŞ İrana qarşı yeni sanksiyalar çərçivəsində Türkiyədəki bankı hədəfə alıb

4 Sentyabr 20:30
Türkiyədə Mersin limanında kimyəvi maddə sızıb, 35 nəfər zərər çəkib
Türkiyə

Türkiyədə Mersin limanında kimyəvi maddə sızıb, 35 nəfər zərər çəkib

4 Sentyabr 16:38
Türkiyə Suriyanın kimyəvi silah probleminin həlli üzrə səylərini dəstəkləyib
Suriya

Türkiyə Suriyanın kimyəvi silah probleminin həlli üzrə səylərini dəstəkləyib

4 Sentyabr 11:56

Son Xəbərlər

Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva Hərbi Dəniz Qüvvələrində olublar (FOTO)
Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva Hərbi Dəniz Qüvvələrində olublar (FOTO)
15:34
Oktyabr seçkiləri öncəsi qələbə axtarışı - Netanyahunun Əli ət-Tahir planı nədir?
Oktyabr seçkiləri öncəsi qələbə axtarışı - Netanyahunun Əli ət-Tahir planı nədir?
15:00
Qətərdə məktəblərdə məcburi yoxlamalar başlayır - uşaqların inkişafı erkən yaşdan izlənəcək
Qətərdə məktəblərdə məcburi yoxlamalar başlayır - uşaqların inkişafı erkən yaşdan izlənəcək
14:53
Əl-Racihi Bank 600 milyon dollarlıq sosial sukuk emissiyasını tamamlayıb
Əl-Racihi Bank 600 milyon dollarlıq sosial sukuk emissiyasını tamamlayıb
14:23
Misirdə tanınmış televiziya aparıcısı və prodüseru Sara Xəlifəyə edam hökmü çıxarılıb
Misirdə tanınmış televiziya aparıcısı və prodüseru Sara Xəlifəyə edam hökmü çıxarılıb
13:56
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi innovasiyalar
  • Digər Dövlətlər

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.