11 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
ArabAZ İqtisadiyyat
İqtisadiyyat

Kollegiya iclasında dövlət borcunun idarə olunması və hüquqi aktların hazırlanması və icrası müzakirə olunub

Fevralın 18-də Azərbaycan Respublikası Maliyyə Nazirliyində keçirilən növbəti Kollegiya iclasında Dövlət Borcunun və Maliyyə Öhdəliklərinin İdarə Edilməsi Agentliyi tərəfindən 2025-ci ildə görülmüş işlər və növbəti dövr üçün qarşıda duran vəzifələr, Nazirlikdə hazırlanmış hüquqi akt layihələrinə baxılması, razılaşdırılması və təqdim edilməsi üzrə icra vəziyyəti, eləcə də cari məsələlər müzakirə olunub.

18 Fevral 2026 22:17
Kollegiya iclasında dövlət borcunun idarə olunması və hüquqi aktların hazırlanması və icrası müzakirə olunub
Bizi buradan izləyin və Bizə yazın

BAKI, AzerVoice, Orxan Qədirzadə

Fevralın 18-də Azərbaycan Respublikası Maliyyə Nazirliyində keçirilən növbəti Kollegiya iclasında Dövlət Borcunun və Maliyyə Öhdəliklərinin İdarə Edilməsi Agentliyi tərəfindən 2025-ci ildə görülmüş işlər və növbəti dövr üçün qarşıda duran vəzifələr, Nazirlikdə hazırlanmış hüquqi akt layihələrinə baxılması, razılaşdırılması və təqdim edilməsi üzrə icra vəziyyəti, eləcə də cari məsələlər müzakirə olunub.

AzerVoice xəbər verir ki, azirliyin struktur bölmələri və tabeliyindəki qurumların rəhbərlərinin iştirakı ilə keçirilən iclasda maliyyə naziri, Kollegiyanın sədri Sahil Babayev bildirib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə bütün sahələrdə həyata keçirilən uğurlu və məqsədyönlü siyasət ölkəmizin hərtərəfli inkişafına, sosial-iqtisadi sahədə dayanıqlı artımın və makroiqtisadi sabitliyin təmin olunmasına mühüm töhfə verir. Bu amillər dövlət büdcəsinin icrasına da müsbət təsir göstərərək, həm gəlir və xərclər üzrə proqnozların tam yerinə yetirilməsinə, həm də fiskal intizamın qorunmasına və maliyyə mövqelərimizin daha da möhkəmlənməsinə şərait yaradır.

S.Babayev bildirib ki, 2022-2025-ci illər üzrə yenilənmiş Borc Strategiyası ilə müəyyən edilən strateji məqsədlərə tam nail olunub, ümumi dövlət borcunun ÜDM-ə nisbətinin 30 faizdən aşağı saxlanılması, xarici dövlət borcunun 10 milyard ABŞ dollarını üstələməməsi kimi müəyyən edilən prioritet tədbirlər gözlənilib. Bununla yanaşı, 2025-ci ilin sonunadək faiz dərəcəsi riskinin məqbul həddə saxlanılması üçün dəyişkən faiz dərəcəsi ilə cəlb olunan borcun ümumi portfeldə payının 50 faizi keçməməsi, daxili borcalmanın genişləndirilməsi, bunun müqabilində xarici dövlət borcunun tədricən azaldılması, dövlət qiymətli kağızlarının orta ödəniş müddətinin mərhələli şəkildə uzadılması təmin edilib.

İclasda Dövlət Borcunun və Maliyyə Öhdəliklərinin İdarə Edilməsi Agentliyi tərəfindən 2025-ci ildə görülmüş işlər və qarşıda duran vəzifələr üzrə məruzə dinlənilib. Qeyd olunub ki, 1 yanvar 2026-cı il tarixinə Azərbaycan Respublikasının dövlət borcunun ümumi məbləği 25.987,5 milyon manat təşkil edərək ÜDM-in 20,1 faizinə bərabər olub və ilin əvvəli ilə müqayisədə 5,1 faiz və ya 1.392,7 milyon manat azalıb. Dövlət borcunun 31,5 faizi xarici, 68,5 faizi isə daxili borcun payına düşür. Dövlət zəmanətli borcların həcmi də azalaraq 10.368,4 milyon manat və ya ÜDM-in 8,0 faizi səviyyəsində qərarlaşıb.

Hesabat ilində xəzinə vəsaitlərindən səmərəli istifadə nəticəsində dövlət borcuna xidmət xərclərinə 300,1 milyon manat qənaət edilib, eyni zamanda həyata keçirilən təkrar maliyyələşdirmə əməliyyatları çərçivəsində qısamüddətli istiqrazlar uzunmüddətli istiqrazlarla əvəz olunaraq borc portfelinin strukturunda müsbət dəyişiklik təmin edilib. Dövlət istiqrazları üzrə orta ödəmə müddəti əhəmiyyətli səviyyədə artaraq 3,3 il təşkil edib.

Məlumat verilib ki, funksional fəaliyyətinə uyğun olaraq Agentlik tərəfindən dövlət borcalması həyata keçirilir, borc üzrə uçot və hesabatlılıq təmin edilir, təhlillər aparılır. Ötən il ərzində beynəlxalq maliyyə institutları ilə təqribən 235 milyon ABŞ dolları ekvivalentində yeni kredit sazişləri təsdiqlənib. Eyni zamanda, ölkənin suveren kredit reytinqinin qiymətləndirilməsi üçün beynəlxalq reytinq agentlikləri ilə əməkdaşlıq digər aidiyyəti dövlət orqanları ilə koordinasiyalı şəkildə həyata keçirilməsi təmin edilib.

Kollegiyanın sədri dövlət borcunun idarə olunması sahəsində beynəlxalq təcrübənin tətbiqinin genişləndirilməsi, 2026-2030-cu illəri əhatə edəcək “Dövlət borcunun idarə edilməsinə dair Strategiya” sənədinin hazırlanması və Agentliyin fəaliyyət istiqamətlərinə uyğun olaraq bir sıra hüquqi institusional çərçivələrin təkmilləşdirilməsi ilə bağlı müvafiq tapşırıqlar verib.

Kollegiya iclasında Maliyyə Nazirliyinə daxil olmuş və Nazirlikdə hazırlanmış hüquqi akt layihələrinə baxılması, razılaşdırılması və təqdim edilməsi üzrə icra vəziyyəti barədə məruzə dinlənilib. Bildirilib ki, Maliyyə Nazirliyi normayaratma fəaliyyətinin subyekti kimi hüquqi akt layihələrinin hazırlanması, ekspertizası, qəbul olunması, dəyişikliklər edilməsi və bu aktların ləğv edilməsi prosesində iştirak edir. 2025-ci il ərzində Nazirliyə dövlət orqanlarından daxil olmuş 1248 hüquqi akt layihəsinə müvafiq qaydada baxılıb, eyni zamanda, Nazirliyin təşəbbüsü və yuxarı dövlət orqanlarının tapşırıqları əsasında 150 hüquqi akt layihəsi hazırlanıb. Onlardan 43-ü qanun, 50-si Fərman, 4-ü Prezident Sərəncamı, 9-u Nazirlər Kabinetinin qərarı, 40-ı Nazirlər Kabinetinin sərəncamı, 4-ü Maliyyə Nazirliyinin Kollegiya qərarı olub ki, ötən il ərzində onlardan 45 sənəd təsdiq edilib.

Xüsusilə, Azərbaycan Respublikası Prezidentinin 25 avqust 2025-ci il tarixli Fərmanı ilə dövlət maliyyəsinin idarə olunması sahəsində mühüm islahatlara start verilib ki, bu sənəd dövlət maliyyəsinin idarə edilməsi sahəsində islahatların əsası kimi qəbul oluna bilər. Qeyd olunub ki, bu islahatlar çərçivəsində gömrük, dövlət rüsumu, dövlətə məxsus olan hüquqi şəxslər və publik hüquqi şəxslər üzrə dividendlərin və digər büdcə daxilolmalarının səmərəli idarə edilməsi Maliyyə Nazirliyinin fəaliyyət sahələrinə aid edilib, rəqəmsal texnologiyalar və innovasiyalar tətbiq edilməklə Nazirliyin fəaliyyət sahələri üzrə səmərəli icra və nəzarət mexanizminin formalaşdırılması üçün “Rəqəmsal dövlət maliyyəsi” informasiya sistemi yaradılıb. Eyni zamanda, publik hüquqi şəxslər xəzinə müşayiətinə cəlb edilib, dövlət müəssisələrinin bütün bank hesablarına xəzinə müşahidə mexanizminin yaradılması, dövlət vəsaiti hesabına mal, iş və xidmətlərin satın alınmasının elektron müqavilələr əsasında həyata keçirilməsinin təşkili, həmçinin dövlət müəssisələrinin vəsaitlərinin təyinatı üzrə, məqsədli və səmərəli xərclənməsi üzərində dövlət maliyyə nəzarətinin həyata keçirilməsi Maliyyə Nazirliyinə həvalə edilib.

Bundan başqa, Maliyyə Nazirliyi yanında Dövlət Müəssisələrinin Monitorinqi Agentliyi yaradılaraq, onun əsasnaməsi təsdiq edilib. Həmçinin, Nazirliyin və strukturuna daxil olan digər qurumların əsasnamələrinə yeni səlahiyyətlərin əks etdirilməsi üçün müvafiq dəyişikliklər edilib.

Nazir Sahil Babayev hüquqi akt layihələrinin icra prosesinin daha da təkmilləşdirilməsi və elektron nəzarət mexanizmlərinin tətbiqinin vacibliyini qeyd edib. Bu çərçivədə layihələrin elektron sənəd dövriyyəsi sistemi ilə yanaşı “Normativ hüquqi aktlar” informasiya sistemi vasitəsilə icrası, gecikmə hallarının araşdırılması və icra yükünün balanslaşdırılması məqsədəuyğun hesab olunub. Eyni zamanda, kollegiyanın sədri razılaşdırma prosedurlarının sadələşdirilməsi, maliyyə-iqtisadi əsaslandırmaların təqdim olunması tələbinin qanunvericilikdə əks etdirilməsi ilə bağlı təkliflərin hazırlanması ilə bağlı müvafiq tapşırıqlar verib.
Kollegiya iclasında həmçinin, Maliyyə Nazirliyində tapşırıqların icra vəziyyəti və hesabatlarla bağlı məsələlər haqqında təqdimat nümayiş etdirilib və müzakirə olunan məsələlərə dair müvafiq qərarlar qəbul edilb.

[AZ] Sahil Babayev, Maliyyə Nazirliyi, dövlət borcu, ÜDM, xarici borc, rəqəmsal maliyyə, iqtisadiyyat, Bakı, xəbər [TR] Sahil Babayev, Maliye Bakanlığı, devlet borcu, GSYH, dış borç, dijital finans, ekonomi, Bakü, haber [EN] Sahil Babayev, Ministry of Finance, state debt, GDP, external debt, digital finance, economy, Baku [RU] Сахиль Бабаев, Минфин, госдолг, ВВП, внешний долг, цифровые финансы, экономика, Баку [DE] Staatsschulden, Aserbaidschan, Finanzministerium, BIP, Schuldenmanagement, Baku [FR] dette publique, Azerbaïdjan, ministère des finances, PIB, gestion de la dette, Bakou [ES] deuda pública, Azerbaiyán, ministerio de finanzas, PIB, gestión de deuda, Bakú [IT] debito pubblico, Azerbaigian, ministero delle finanze, PIL, gestione del debito, Baku [PT] dívida pública, Azerbaijão, ministério das finanças, PIB, gestão da dívida, Baku [NL] staatsschuld, Azerbeidzjan, ministerie van financiën, BBP, schuldenbeheer, Bakoe [PL] dług publiczny, Azerbejdżan, ministerstwo finansów, PKB, zarządzanie długiem, Baku [UK] державний борг, Азербайджан, міністерство фінансів, ВВП, управління боргом, Баку [AR] الدين العام, أذربيجان, وزارة المالية, الناتج المحلي الإجمالي, باكو [FA] بدهی دولتی, آذربایجان, وزارت دارایی, تولید ناخالص داخلی, باکو [ZH] 阿塞拜疆, 国家债务, 财政部, 国内生产总值, 债务管理, 巴库 [JP] アゼルバイジャン, 国家債務, 財務省, GDP, 債務管理, バクー [KO] 아제르바이잔, 국가 부채, 재무부, GDP, 부채 관리, 바쿠 [HI] अज़रबैजान, राज्य ऋण, वित्त मंत्रालय, जीडीपी, ऋण प्रबंधन, बाकू [EL] δημόσιο χρέος, Αζερμπαϊτζάν, υπουργείο οικονομικών, ΑΕΠ, διαχείριση χρέους [HE] חוב מדינה, אזרבייג'ן, משרד האוצר, תמ"ג, ניהול חוב, באקו [ID] utang negara, Azerbaijan, kementerian keuangan, PDB, manajemen utang, Baku [VI] nợ công, Azerbaijan, bộ tài chính, GDP, quản lý nợ, Baku [TH] หนี้สาธารณะ, อาเซอร์ไบจาน, กระทรวงการคลัง, จีดีพี, การจัดการหนี้, บากู [SV] statsskuld, Azerbajdzjan, finansministeriet, BNP, skuldförvaltning, Baku [NO] statsgjeld, Aserbajdsjan, finansdepartementet, BNP, gjeldsforvaltning, Baku [FI] valtionvelka, Azerbaidžan, valtiovarainministeriö, BKT, velanhallinta, Baku [CS] státní dluh, Ázerbájdžán, ministerstvo financí, HDP, správa dluhu, Baku [HU] államadósság, Azerbajdzsán, pénzügyminisztérium, GDP, adósságkezelés, Baku [RO] datoria publică, Azerbaidjan, ministerul finanțelor, PIB, gestionarea datoriei, Baku [BG] държавен дълг, Азербайджан, министерство на финансите, БВП, управление на дълга

Kollegiya iclasında dövlət borcunun idarə olunması və hüquqi aktların hazırlanması və icrası müzakirə olunub Kollegiya iclasında dövlət borcunun idarə olunması və hüquqi aktların hazırlanması və icrası müzakirə olunub Kollegiya iclasında dövlət borcunun idarə olunması və hüquqi aktların hazırlanması və icrası müzakirə olunub Kollegiya iclasında dövlət borcunun idarə olunması və hüquqi aktların hazırlanması və icrası müzakirə olunub Kollegiya iclasında dövlət borcunun idarə olunması və hüquqi aktların hazırlanması və icrası müzakirə olunub Kollegiya iclasında dövlət borcunun idarə olunması və hüquqi aktların hazırlanması və icrası müzakirə olunub Kollegiya iclasında dövlət borcunun idarə olunması və hüquqi aktların hazırlanması və icrası müzakirə olunub
Məqalədə: #Bakı #Azərbaycanın dövlət borcu kəskin azaldı: Sahil Babayevdən mühüm açıqlamalar #Maliyyə Nazirliyi 2025-ci ilin nəticələrini açıqladı: 300 milyon manat qənaət edilib #Rəqəmsal dövlət maliyyəsi sistemi işə düşür: Nazirlikdə yeni idarəetmə mexanizmi #Dövlət borcu ÜDM-in 20%-nə düşdü – Azərbaycanın maliyyə dayanıqlığı möhkəmlənir #AzerVoice: Maliyyə Nazirliyində yeni strategiya sənədi hazırlanır (2026-2030) #AzerVoice: Dövlət Müəssisələrinin Monitorinqi Agentliyi fəaliyyətə başlayır

Mövzu üzrə digər xəbərlər

Körfəzdə elektron ticarət investisiyalarının 93 faizi Səudiyyə Ərəbistanının payına düşür
Biznes

Körfəzdə elektron ticarət investisiyalarının 93 faizi Səudiyyə Ərəbistanının payına düşür

13:23
İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu: Azərbaycan investorlar üçün nə vəd edir?
İqtisadiyyat

İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu: Azərbaycan investorlar üçün nə vəd edir?

11:53
İraq Türkiyəyə "su qarşılığında neft" nəqlini azaltdı - Gündəlik limit 33 min barelə endirildi
Neft və qaz

İraq Türkiyəyə "su qarşılığında neft" nəqlini azaltdı - Gündəlik limit 33 min barelə endirildi

10 Sentyabr 14:02
"Qatar Airways"dən rekord sifariş - 138 yeni təyyarə alınır
Biznes

"Qatar Airways"dən rekord sifariş - 138 yeni təyyarə alınır

10 Sentyabr 13:49

Son Xəbərlər

FİFA Bağdadda yeni idman mərkəzinin inşasını maliyyələşdirir
FİFA Bağdadda yeni idman mərkəzinin inşasını maliyyələşdirir
15:44
Çin turizm şirkətlərinin nümayəndələri üçün Azərbaycana tanışlıq səfəri təşkil olunub
Çin turizm şirkətlərinin nümayəndələri üçün Azərbaycana tanışlıq səfəri təşkil olunub
13:58
İldırım Bəyazidin dövründə İstanbulun mühasirələri: Osmanlı fəthini gecikdirən tarixi səbəblər
İldırım Bəyazidin dövründə İstanbulun mühasirələri: Osmanlı fəthini gecikdirən tarixi səbəblər
13:50
Körfəzdə elektron ticarət investisiyalarının 93 faizi Səudiyyə Ərəbistanının payına düşür
Körfəzdə elektron ticarət investisiyalarının 93 faizi Səudiyyə Ərəbistanının payına düşür
13:23
Səudiyyə Ərəbistanında qatlanan "Apple"a tələbat necədir?
Səudiyyə Ərəbistanında qatlanan "Apple"a tələbat necədir?
13:08
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.