15 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
ArabAZ İqtisadiyyat
İqtisadiyyat

Rövnəq Abdullayev TDT-nin iqtisadiyyat və ticarət nazilərinin iclasında iştirak edib

Türküstan şəhərində TDT-nin iqtisadiyyat və ticarət nazilərinin 14-cü iclasında ticarət, investisiya, rəqəmsal transformasiya və digər istiqamətlərdə əməkdaşlığın inkişafı müzakirə edilib, ticarət sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu imzalanıb. İqtisadiyyat nazirinin müavini Rövnəq Abdullayev Qazaxıstanın Türküstan şəhərində Türk Dövlətləri Təşkilatının (TDT) iqtisadiyyat və ticarət nazirlərinin 14-cü iclasında iştirak edib.

20 Fevral 2026 20:38
Rövnəq Abdullayev TDT-nin iqtisadiyyat və ticarət nazilərinin iclasında iştirak edib
Bizi buradan izləyin və Bizə yazın

BAKI, VOA, Orxan Qədirzadə

Türküstan şəhərində TDT-nin iqtisadiyyat və ticarət nazilərinin 14-cü iclasında ticarət, investisiya, rəqəmsal transformasiya və digər istiqamətlərdə əməkdaşlığın inkişafı müzakirə edilib, ticarət sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu imzalanıb.

VOA xəbər verir ki, İqtisadiyyat nazirinin müavini Rövnəq Abdullayev Qazaxıstanın Türküstan şəhərində Türk Dövlətləri Təşkilatının (TDT) iqtisadiyyat və ticarət nazirlərinin 14-cü iclasında iştirak edib.

İclas Qazaxıstanın milli iqtisadiyyat nazirinin müavini Assan Darbayevin sədrliyi ilə keçirilib. Tədbirdə çıxış edən iqtisadiyyat nazirinin müavini Rövnəq Abdulayev son illər TDT çərçivəsində çoxtərəfli əməkdaşlığın inkişaf etdiyini vurğulayıb. Ölkəmizin TDT-yə üzv bütün dövlətlərlə iqtisadi əlaqələrin dərinləşdirilməsi və qarşılıqlı ticarətin asanlaşdırılması istiqamətində mühüm addımlar atdığı qeyd edilib. Azərbaycanın Özbəkistan, Qırğızıstan və Qazaxıstanla birgə yaradılmış ikitərəfli investisiya fondlarının ölkələrimiz arasında kapital axınının sürətlənməsinə, sənaye və investisiya layihələrinin maliyyələşdirilməsinə şərait yaratdığı nəzərə çatdırılıb. Türk İnvestisiya Fondunun əməliyyat fəaliyyətinə başlamasının regional iqtisadi inteqrasiyaya təkan verəcəyi bildirilib.

Tədbirdə TDT çərçivəsində iqtisadi əməkdaşlığın dərinləşdirilməsi, ticarətin asanlaşdırılması, investisiyaların təşviqi, rəqəmsal transformasiya və digər məsələlər müzakirə edilib. Nəqliyyat və logistika sahəsində tərəfdaşlığın genişləndirilməsi, Orta Dəhlizin səmərəliliyinin artırılması ətrafında fikir mübadiləsi aparılıb.
TDT-nin iqtisadiyyat və ticarət nazirlərinin 14-cü iclasının yekunlarına dair Birgə Kommünike və TDT üzv dövlətləri arasında ticarət sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu imzalanıb.
TDT-nin iqtisadiyyat və ticarət sahəsinə məsul nazirlərinin növbəti 15-ci iclasının 2026-cı ilin ikinci yarısında Azərbaycanda keçirilməsi qərara alınıb.

İqtisadiyyat nazirinin müavini Rövnəq Abdullayev tədbir çərçivəsində Türkiyənin ticarət nazirinin müavini Sezai Uçarmakla görüşüb. Görüşdə Azərbaycan ilə Türkiyə arasında ticarət və investisiya əməkdaşlığının genişləndirilməsi, qeyri-neft ixacının təşviqi, rəqəmsal ticarət məsələləri və digər istiqamətlər üzrə əməkdaşlığın inkişafı müzakirə olunub.

Rövnəq Abdullayev TDT-nin iqtisadiyyat və ticarət nazilərinin iclasında iştirak edib Rövnəq Abdullayev TDT-nin iqtisadiyyat və ticarət nazilərinin iclasında iştirak edib Rövnəq Abdullayev TDT-nin iqtisadiyyat və ticarət nazilərinin iclasında iştirak edib Rövnəq Abdullayev TDT-nin iqtisadiyyat və ticarət nazilərinin iclasında iştirak edib
Məqalədə: #TDT nazirlərinin 14-cü iclası: Türküstanda mühüm sənədlər imzalandı #Rövnəq Abdullayev Türk dövlətləri ilə investisiya layihələrindən danışdı #Türk Dünyası iqtisadi birliyə doğru: Yeni Anlaşma Memorandumu #Orta Dəhliz və rəqəmsal ticarət: TDT nazirlərinin Türküstan görüşü #TDT-nin növbəti iqtisadiyyat nazirləri toplantısı Azərbaycanda olacaq #Azərbaycan və Türkiyə arasında qeyri-neft ixracı müzakirə edilib

Mövzu üzrə digər xəbərlər

Səudiyyə iqtisadiyyatında gərgin saatlar - Aparıcı səhmlərin qiyməti düşdü
Səudiyyə Ərəbistanı

Səudiyyə iqtisadiyyatında gərgin saatlar - Aparıcı səhmlərin qiyməti düşdü

13 Sentyabr 20:06
İordaniyada biznes və investisiya üçün hansı imkanlar var?
Biznes

İordaniyada biznes və investisiya üçün hansı imkanlar var?

13 Sentyabr 13:00
Səudiyyə Ərəbistanında həftəlik istehlak xərcləri 4,2 milyard dollar oldu
Biznes

Səudiyyə Ərəbistanında həftəlik istehlak xərcləri 4,2 milyard dollar oldu

12 Sentyabr 22:47
"S&P" Səudiyyə Ərəbistanının kredit reytinqini "A+" səviyyəsində təsdiqlədi
Biznes

"S&P" Səudiyyə Ərəbistanının kredit reytinqini "A+" səviyyəsində təsdiqlədi

12 Sentyabr 13:13

Son Xəbərlər

İraq parlamentindən demokratiya çağırışı
İraq parlamentindən demokratiya çağırışı
13:40
İordaniya və NATO birgə təlimə hazırlaşır
İordaniya və NATO birgə təlimə hazırlaşır
13:17
Səudiyyə Ərəbistanı husilərin hücumlarını pisləyib
Səudiyyə Ərəbistanı husilərin hücumlarını pisləyib
13:04
Bu saata olan əsas xəbər başlıqları
Bu saata olan əsas xəbər başlıqları
13:00
Sədəqə nədir və necə verilməlidir? – Bəqərə surəsindəki mühüm mesaj
Sədəqə nədir və necə verilməlidir? – Bəqərə surəsindəki mühüm mesaj
13:00
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.