4 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi İnnovasiyalar
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Yuxuyozma
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ İqtisadiyyat
İqtisadiyyat

Özəl sektorun həyata keçirdiyi birgə layihələr Azərbaycan və Türkiyə iqtisadiyyatının inkişafında mühüm rol oynayır - Nazir

21 Dekabr 2023 11:51
Özəl sektorun həyata keçirdiyi birgə layihələr Azərbaycan və Türkiyə iqtisadiyyatının inkişafında mühüm rol oynayır - Nazir

Bakı. AzerPress:

Özəl sektorun həyata keçirdiyi birgə layihələr Azərbaycan və Türkiyə iqtisadiyyatının inkişafında mühüm rol oynayır.

AzerPress xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov Azərbaycan-Türkiyə İnvestisiya Forumunun açılış mərasimində deyib.

"Bu layihələr qardaşlığımızın möhkəmlənməsi, qeyri-neft sektorunun inkişafı, rifahın yüksəlməsi, rəqabət qabiliyyətli məhsullar və yeni iş yerlərinin açılması deməkdir", - deyə nazir əlavə edib.

Nazir Azərbaycan və Türkiyənin birgə təşəbbüsü və iştirakı ilə reallaşdırılan və regional inkişaf və təhlükəsizliyə imkan yaradan meqa layihələrin qlobal əhəmiyyət kəsb etdiyini qeyd edib.

"Energetika sahəsində səmərəli əməkdaşlıq, imzalanmış sənədlər, uğurla icra olunan birgə təşəbbüslər və layihələr ölkələrimizin beynəlxalq arenada mövqeyini daha da möhkəmləndirir, regional enerji təchizatında mühüm rol oynayır. Bakı-Tbilisi-Ceyhan neft kəməri, Bakı-Tbilisi-Ərzurum qaz kəməri, Cənub Qaz Dəhlizi Avropa ilə Asiya arasında enerji infrastrukturunun formalaşmasında böyük əhəmiyyət kəsb edir", - o deyib.

Qeyd edək ki, bu gün Azərbaycan-Türkiyə İnvestisiya Forumu başlayıb.

Forum çərçivəsində Azərbaycan-Türkiyə əməkdaşlığının müxtəlif istiqamətlər üzrə genişləndirilməsi imkanları nəzərdən keçiriləcək, investisiya üzrə əməkdaşlıq sazişi və müqavilələri imzalanacaq.

Tədbirdə hər iki ölkədən dövlət qurumları və özəl sektoru təmsil edən 600-dən çox nümayəndə iştirak edir.

Forum çərçivəsində investisiya, ticarət, kənd təsərrüfatı, müdafiə sənayesi, "yaşıl" enerji, sağlamlıq turizmi sektorlarını əhatə edən panel sessiyalar keçiriləcək.

Özəl sektorun həyata keçirdiyi birgə layihələr Azərbaycan və Türkiyə iqtisadiyyatının inkişafında mühüm rol oynayır - Nazir
Məqalədə: #Ömər Bolat #Mikayıl Cabbarov #Azərbaycan-Türkiyə İnvestisiya Forumu

Mövzu üzrə digər xəbərlər

Özbəkistan–Azərbaycan Regionlararası Forumu keçirilib
İqtisadiyyat

Özbəkistan–Azərbaycan Regionlararası Forumu keçirilib

22 Avqust 21:19
Azərbaycan və Özbəkistan arasında yeni əməkdaşlıq sənədləri imzalanıb
İqtisadiyyat

Azərbaycan və Özbəkistan arasında yeni əməkdaşlıq sənədləri imzalanıb

22 Avqust 18:36
Daşkənddə Özbəkistan-Azərbaycan IV Regionlararası Forumu keçirilib
İqtisadiyyat

Daşkənddə Özbəkistan-Azərbaycan IV Regionlararası Forumu keçirilib

22 Avqust 14:57
Mentorluq proqramı çərçivəsində "Yüksəliş" müsabiqəsinin qalibləri ilə növbəti görüş keçirilib
İqtisadiyyat

Mentorluq proqramı çərçivəsində "Yüksəliş" müsabiqəsinin qalibləri ilə növbəti görüş keçirilib

3 Avqust 18:03

Son Xəbərlər

Qətər İranın Rəs Laffan hücumu ilə bağlı iddialarını təkzib edib
Qətər İranın Rəs Laffan hücumu ilə bağlı iddialarını təkzib edib
22:00
ABŞ və Çin sentyabrda süni intellekt təhlükəsizliyi üzrə danışıqlara hazırlaşır
ABŞ və Çin sentyabrda süni intellekt təhlükəsizliyi üzrə danışıqlara hazırlaşır
21:42
İsrail ordusu Livanın cənubunda zərbələr endirməyə hazırlaşır
İsrail ordusu Livanın cənubunda zərbələr endirməyə hazırlaşır
21:32
Tramp Demokratları İran müharibəsində ABŞ-nin məğlub olmasını istəməkdə ittiham edib
Tramp Demokratları İran müharibəsində ABŞ-nin məğlub olmasını istəməkdə ittiham edib
21:23
Beyrut və Vaşinqton məhbusların azad edilməsini müzakirə edib
Beyrut və Vaşinqton məhbusların azad edilməsini müzakirə edib
21:20
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi İnnovasiyalar
  • Digər Dövlətlər

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.