7 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ İqtisadiyyat
İqtisadiyyat

BMT ilə 5-ci Çərçivə Sənədi icra mərhələsinə daxil olur - Anar Axundov

Bakıda BMT-nin Davamlı İnkişaf üzrə Əməkdaşlıq Çərçivəsinin Yüksək Səviyyəli Birgə Rəhbər Komitəsinin iclası keçirilir. İclasda çıxış edən Azərbaycanın iqtisadiyyat nazirinin müavini Anar Axundov bildirib ki, Azərbaycan artıq 30 ildən çoxdur ki, BMT ilə sıx əməkdaşlıq edərək Dayanıqlı İnkişaf Məqsədlərinin həyata keçirilməsi, idarəetmə və institusional inkişaf, vətəndaşlar üçün bərabər inkişaf imkanlarının yaradılması və digər istiqamətlərdə ardıcıl addımlar atır. Bu tərəfdaşlıq qlobal prioritetlərin “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair milli prioritetlər”lə uzlaşdırılmasına mühüm töhfə vermişdir. BMT ilə əməkdaşlıq çərçivəsində indiyədək əməkdaşlığa dair 5 Çərçivə Sənədi hazırlanmışdır və hazırda 2026–2030-cu illəri əhatə edən 5-ci Çərçivə Sənədi icra mərhələsinə daxil olur. 2021–2025-ci illəri əhatə edən əvvəlki Çərçivə Sənədi inklüziv artımın təşviqi, dövlət və sosial xidmətlər üçün institusional potensialın möhkəmləndirilməsi, ətraf mühitin qorunması və iqlim dəyişikliklərinə qarşı mübarizə kimi prioritet istiqamətləri əhatə etmişdir.

10 Aprel 2026 10:45
BMT ilə 5-ci Çərçivə Sənədi icra mərhələsinə daxil olur - Anar Axundov

BAKI,VOA, Orxan Qədirzadə

Bakıda BMT-nin Davamlı İnkişaf üzrə Əməkdaşlıq Çərçivəsinin Yüksək Səviyyəli Birgə Rəhbər Komitəsinin iclası keçirilir.

VO xəbər verir ki, iclasda çıxış edən Azərbaycanın iqtisadiyyat nazirinin müavini Anar Axundov bildirib ki, Azərbaycan artıq 30 ildən çoxdur ki, BMT ilə sıx əməkdaşlıq edərək Dayanıqlı İnkişaf Məqsədlərinin həyata keçirilməsi, idarəetmə və institusional inkişaf, vətəndaşlar üçün bərabər inkişaf imkanlarının yaradılması və digər istiqamətlərdə ardıcıl addımlar atır. Bu tərəfdaşlıq qlobal prioritetlərin “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair milli prioritetlər”lə uzlaşdırılmasına mühüm töhfə vermişdir. BMT ilə əməkdaşlıq çərçivəsində indiyədək əməkdaşlığa dair 5 Çərçivə Sənədi hazırlanmışdır və hazırda 2026–2030-cu illəri əhatə edən 5-ci Çərçivə Sənədi icra mərhələsinə daxil olur. 2021–2025-ci illəri əhatə edən əvvəlki Çərçivə Sənədi inklüziv artımın təşviqi, dövlət və sosial xidmətlər üçün institusional potensialın möhkəmləndirilməsi, ətraf mühitin qorunması və iqlim dəyişikliklərinə qarşı mübarizə kimi prioritet istiqamətləri əhatə etmişdir.

Qarşıdakı dövr üçün əsas məqsədimiz əldə edilmiş nailiyyətləri möhkəmləndirməklə yanaşı, iqlim dəyişiklikləri, rəqəmsal transformasiya, inklüziv artım və iqtisadi dayanıqlılıq kimi yeni qlobal çağırışlara çevik və effektiv cavab verən tərəfdaşlıq modelini daha da inkişaf etdirməkdir.

2026–2030-cu illəri əhatə edən Çərçivə Sənədi bu baxımdan iki əsas prioritet istiqaməti müəyyən edir:

İnklüziv sosial-iqtisadi inkişaf və insan kapitalının gücləndirilməsi;

Ekosistemlərin qorunması, iqlimə davamlılıq və yaşıl artımın təşviqi.

Bu prioritetlər bütün vətəndaşlar üçün keyfiyyətli xidmətlərə çıxışın genişləndirilməsinə, layiqli məşğulluğun təmin edilməsinə, innovasiya və sahibkarlığın inkişafına, resurslardan səmərəli istifadəyə və ətraf mühitin qorunmasına xidmət edir. 2026–2030-cu illəri əhatə edən Çərçivə Sənədi strateji prioritetlər üzrə bir sıra konkret statistik hədəflər müəyyən edir.

Birinci strateji prioritet – inklüziv sosial-iqtisadi artım və insan kapitalının gücləndirilməsi istiqamətində kənd təsərrüfatına yönəlmiş dövlət xərclərinin indeksinin yüksəldilməsi, qeyri-infeksion xəstəliklərdən vaxtından əvvəl ölüm səviyyəsinin endirilməsi, qadınların idarəetmə vəzifələrində iştirakının və sosial müdafiə əhatəsinin artırılması, eləcə də əmək haqqının ÜDM-də payının yüksəldilməsi kimi hədəflər müəyyən edilmişdir.

İkinci strateji prioritet – ekosistemlərin qorunması, iqlimə davamlılıq və yaşıl artımın təşviqi istiqamətində isə inteqrə olunmuş su ehtiyatlarının idarə olunması, bərpa olunan enerjinin ümumi enerji istehlakındakı payının, tullantıların təkrar emal səviyyəsinin, eləcə də meşə örtüyünün payının artırılması nəzərdə tutulur.

Bu göstəricilər Azərbaycanın dayanıqlı inkişaf, yaşıl iqtisadiyyat və inklüziv sosial-iqtisadi inkişaf istiqamətində əldə olunması planlaşdırılan konkret nəticələrini əks etdirir. Yeni Çərçivə Sənədi üzrə ümumi maliyyə yükü 85.3 milyon dollardır. Bu vəsaitdən layihələrin maliyyələşdirilməsi üçün 51 milyon dollar vəsait mövcud olmaqla, 34 milyon dollar vəsait isə qarşıdakı 5 illik dövr ərzində cəlb olunmalıdır. Bu istiqamətdə BMT təsisatları və dövlət qurumlarının birgə fəaliyyəti arzuolunan nəticələrə çatmaq baxımından əhəmiyyət kəsb edir.

Ölkəmiz ötən illər ərzində xüsusilə layiqli əmək və iqtisadi artım, sənaye, innovasiya və infrastruktur, sərfəli və təmiz enerji kimi dayanıqlı inkişaf məqsədləri üzrə mühüm nailiyyətlər əldə edib. Dayanıqlı, inklüziv və başlıca olaraq özəl təşəbbüslərə arxalanan iqtisadi artımın sürətlənməsi, rəqəmsal iqtisadiyyatın və qeyri-neft-qaz sənayesinin inkişafı, azad edilmiş ərazilərə əhalinin qayıdışının təmini Azərbaycanın müasir inkişaf strategiyasının əsasını təşkil edir.

Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən islahatlar nəticəsində Azərbaycanda müsbət sərmayə iqlimi formalaşıb, sahibkarlığın inkişafı üçün əlverişli şərait yaradılıb və ölkənin beynəlxalq nüfuzu daha da möhkəmlənib. Ölkə iqtisadiyyatının şaxələndirilməsi bizim əsas məqsədimizdir. Bu istiqamətdə sahibkarlıq fəaliyyətinə dəstək mexanizmləri, vergi və gömrük güzəştləri, xüsusən kiçik və orta biznesin, qadın sahibkarların və startapların inkişafına yönələn təşəbbüslər inklüziv və innovativ iqtisadi modelin formalaşmasına xidmət edir.

Dünya iqtisadiyyatında sürətli rəqəmsallaşma və bu xüsusda məhsuldarlığın əhəmiyyətli artımı keyfiyyətli inkişaf üçün fürsətlər yaradır. Bu baxımdan, ölkəmizdə sahibkarlıq sahəsində rəqəmsal infrastrukturun genişləndirilməsi və transformasiyanın sürətləndirilməsi, iqtisadiyyatın rəqabətliliyinin yaxşılaşdırılması, innovasiya əsaslı inkişafın təşviqi, rəqəmsal bacarıqların gücləndirilməsi prioritet istiqamətlər kimi müəyyən edilib.
Ötən il Prezident İlham Əliyevin rəhbərliyi ilə sülh gündəliyi üzrə əldə olunan irəliləyişlər regionda yeni iqtisadi imkanların formalaşmasına zəmin yaradıb. Bu proses regional əməkdaşlığın genişlənməsi, nəqliyyat-logistika əlaqələrinin inkişafı və investisiya axınlarının artması üçün əlverişli şərait formalaşdırır.

Azərbaycan bu gün Dayanıqlı İnkişaf Məqsədlərinin həyata keçirilməsi üzrə dördüncü Könüllü Milli Hesabatını təqdim etmiş azsaylı ölkələrdən biri kimi çıxış edir və 2027-ci ildə ölkəmiz tərəfindən beşinci Könüllü Milli Hesabatın təqdim edilməsi planlaşdırılır.
Bununla yanaşı, BMT-nin Rezident Əlaqələndiricisinin Ofisi ilə əməkdaşlıq çərçivəsində Dayanıqlı İnkişaf Məqsədlərinin regional səviyyədə lokallaşdırılması layihəsinə başlanılmışdır. Dayanıqlı İnkişaf Məqsədlərinin (DİM) lokallaşdırılması onların yalnız qlobal səviyyədə qəbul edilməsini deyil, eyni zamanda milli, regional və yerli səviyyələrdə siyasətlərə, proqramlara və inkişaf planlarına inteqrasiya edilməsini nəzərdə tutur.
Fəaliyyətin ilkin mərhələsi olaraq İqtisadiyyat Nazirliyi və BMT-nin Rezident Əlaqələndiricisinin Ofisi tərəfindən Naxçıvan Muxtar Respublikası və azad edilmiş ərazilərdə – ilk mərhələdə Şuşa şəhərində – müvafiq qurumlarla əməkdaşlıq çərçivəsində lokallaşdırma təşəbbüslərinin başlanmasıüçün işlər görülür.

Əminik ki, BMT ilə tərəfdaşlığımızın növbəti mərhələsi ölkəmizdə dayanıqlı inkişafa, və regionda sülhə, rifaha və sabitliyə töhfə verəcəkdir.
Sonda BMT-nin Azərbaycandakı Rezident Əlaqələndiricisinin Ofisinə, BMT-nin ölkəmizdə fəaliyyət göstərən ixtisaslaşmış qurumlarına və bu mühüm prosesə töhfə verən hər kəsə minnətdarlığımı bildirirəm.

BMT ilə 5-ci Çərçivə Sənədi icra mərhələsinə daxil olur - Anar Axundov BMT ilə 5-ci Çərçivə Sənədi icra mərhələsinə daxil olur - Anar Axundov
Məqalədə: #Anar Axundov çıxışı #5-ci Çərçivə Sənədi #Dayanıqlı İnkişaf Məqsədləri (DİM) #Yaşıl artım və iqlimə davamlılıq #İnsan kapitalının gücləndirilməsi #Rəqəmsal transformasiya #Regional lokallaşdırma layihəsi #Azad edilmiş ərazilərin bərpası #Azərbaycan və BMT arasında 2026-2030 əməkdaşlıq sənədi #Şuşada Dayanıqlı İnkişaf Məqsədlərinin lokallaşdırılması #Azərbaycanda qeyri-neft sektorunun inkişafı və BMT tərəfdaşlığı #BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi ofisi ilə birgə fəaliyyət #Azərbaycan 2030 milli prioritetləri və qlobal çağırışlar #İqtisadiyyat Nazirliyi və BMT-nin yüksək səviyyəli rəhbər komitəsi iclası

Mövzu üzrə digər xəbərlər

Qətər banklarının aktivləri 2,19 trilyon riyala çatdı
Biznes

Qətər banklarının aktivləri 2,19 trilyon riyala çatdı

14:08
Dubayda şirkət təsis etmək: Lisenziyadan kənar görünməyən maneələr və bank hesabı reallığı
Biznes

Dubayda şirkət təsis etmək: Lisenziyadan kənar görünməyən maneələr və bank hesabı reallığı

12:00
Qətərdə Quran üçün süni intellekt əsaslı yeni tətbiq istifadəyə verilib
Qətər

Qətərdə Quran üçün süni intellekt əsaslı yeni tətbiq istifadəyə verilib

5 Sentyabr 19:32
Səudiyyə Media Akademiyasının iştirakçıları Londonda rəqəmsal transformasiyanı araşdırıb
Səudiyyə Ərəbistanı

Səudiyyə Media Akademiyasının iştirakçıları Londonda rəqəmsal transformasiyanı araşdırıb

4 Sentyabr 15:30

Son Xəbərlər

İsrail qüvvələri Livanın cənubundakı Hula şəhərini bombalayıb
İsrail qüvvələri Livanın cənubundakı Hula şəhərini bombalayıb
18:56
İran hərbi texnika istehsalını və döyüş taktikasını genişləndirir
İran hərbi texnika istehsalını və döyüş taktikasını genişləndirir
18:52
Fələstinlilərin öldürülməsi davam edən müharibənin tərkib hissəsidir  - HƏMAS
Fələstinlilərin öldürülməsi davam edən müharibənin tərkib hissəsidir - HƏMAS
18:46
BƏƏ İranla müharibədən sonra enerji ixracı üçün alternativ marşrutlar yaradır
BƏƏ İranla müharibədən sonra enerji ixracı üçün alternativ marşrutlar yaradır
18:41
Qəzzadakı vəziyyət siyasi həll imkanlarını daraldır
Qəzzadakı vəziyyət siyasi həll imkanlarını daraldır
18:37
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.