9 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
ArabAZ İqtisadiyyat
İqtisadiyyat

Yanvar-noyabr aylarında Bandırma limanının qəbul etdiyi yüklərin həcmi açıqlanıb (ÖZƏL)

22 Dekabr 2023 16:15
Yanvar-noyabr aylarında Bandırma limanının qəbul etdiyi yüklərin həcmi açıqlanıb (ÖZƏL)

Bakı. AzerPress:

2023-cü ilin yanvar-noyabr aylarında Türkiyənin Bandırma limanı 4 milyon 2 min 253 ton yük qəbul edib.

Bu barədə AzerPress-ə Türkiyənin Nəqliyyat və İnfrastruktur Nazirliyindən məlumat verilib.

Nazirlikdən verilən məlumata görə, Bandırma limanından Türkiyə bayrağı altında üzən gəmilərlə 296 min 735 ton yük, digər ölkələrin bayraqları altında üzən gəmilərlə isə 3 milyon 705 min 518 ton yük daşınıb.

“2023-cü ilin yanvar-noyabr aylarında Türkiyənin Bandırma limanından 176 min 890 ton tranzit yük aşırılıb”, - deyə nazirlikdən bildirilib.

Qeyd edək ki, 2023-cü ilin noyabr ayında Türkiyə limanları 29 milyon 7 min 840 ton yük qəbul edib.

Bu dövr ərzində də Türkiyə bayrağı altında gəmilərlə daxili limanlara yük qəbulu 2 milyon 421 min 748 ton təşkil edib.

Türkiyə limanlarına digər ölkələrin bayraqları altında gəmilərlə yük daşınması 26 milyon 586 min 92 ton olub.

Bununla yanaşı, 2023-cü ilin noyabr ayında Türkiyə limanlarından 4 milyon 499 min 80 ton tranzit yük daşınıb.

2023-cü ilin yanvar-noyabr aylarında Türkiyə limanları 355 milyon 321 min 803 ton yük qəbul edib.

“2023-cü ilin yanvar-noyabr aylarında Türkiyə bayrağı altında gəmilərlə yük qəbulu 26 milyon 473 min 938 min ton təşkil edib. Digər ölkələrin bayraqları altında gəmilərlə isə Türkiyə limanlarına yükdaşımalar 328 milyon 847 min 865 ton təşkil edib”, - deyə məlumatda qeyd edilib.

Məlumatda bildirilib ki, 2023-cü ilin yanvar-noyabr aylarında Türkiyə limanlarından 61 milyon 495 min 202 ton transit yük daşınıb.

Qeyd edək ki ,bu ilin noyabr ayında Türkiyə limanları 4 min 309 gəmi qəbul edib.

Məlumata görə, bu dövrdə Türkiyə limanlarına digər ölkələrin bayraqları altında qəbul edilən gəmilərin sayı 2 min 911, Türkiyə bayrağı altında qəbul edilən gəmilərin sayı isə min 398 olub.

2023-cü ilin yanvar-noyabr aylarında Türkiyə limanları 55 min 495 gəmi qəbul edib.

“Bu müddət ərzində Türkiyə limanları tərəfindən qəbul edilən digər ölkələrin bayraqları altında olan gəmilər 37 min 749, Türkiyə bayrağı altında olan gəmilər isə 17 min 746 olub”, - deyə nazirlikdən bildirilib.

Aytac Süleymanova

Twitter: a_alieva_

Məqalədə: #Özəl #Türkiyə limanları #Bandırma limanı

Mövzu üzrə digər xəbərlər

Qətərdə İslam bankçılığı rəqəmsallaşma və dayanıqlı maliyyənin inkişafı fonunda genişlənir
İqtisadiyyat

Qətərdə İslam bankçılığı rəqəmsallaşma və dayanıqlı maliyyənin inkişafı fonunda genişlənir

12:34
Azərbaycanın investisiya imkanları Adanada təqdim olunub
İqtisadiyyat

Azərbaycanın investisiya imkanları Adanada təqdim olunub

12:12
AZAL Ciddəyə müntəzəm uçuşları bərpa edir
İqtisadiyyat

AZAL Ciddəyə müntəzəm uçuşları bərpa edir

8 Sentyabr 16:20
Qətər banklarının aktivləri 2,19 trilyon riyala çatdı
Biznes

Qətər banklarının aktivləri 2,19 trilyon riyala çatdı

7 Sentyabr 14:08

Son Xəbərlər

Süni intellekt və inkişaf üzrə Nazirlər Şurası Agentic AI layihəsinin ikinci mərhələsi müzakirə olunub
Süni intellekt və inkişaf üzrə Nazirlər Şurası Agentic AI layihəsinin ikinci mərhələsi müzakirə olunub
13:00
Kərbəlaya xüsusi diqqət yetirilməyə vacibdi-Nizar Əmidi
Kərbəlaya xüsusi diqqət yetirilməyə vacibdi-Nizar Əmidi
12:45
Qətərdə İslam bankçılığı rəqəmsallaşma və dayanıqlı maliyyənin inkişafı fonunda genişlənir
Qətərdə İslam bankçılığı rəqəmsallaşma və dayanıqlı maliyyənin inkişafı fonunda genişlənir
12:34
Azərbaycanın investisiya imkanları Adanada təqdim olunub
Azərbaycanın investisiya imkanları Adanada təqdim olunub
12:12
Ər-Riyadda Təhlükəsizlik və Tarix Dialoqu başa çatıb
Ər-Riyadda Təhlükəsizlik və Tarix Dialoqu başa çatıb
12:03
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.