11 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
ArabAZ İqtisadiyyat
İqtisadiyyat

Azərbaycan Kazanda keçirilən beynəlxalq sərgidə iştirak edib

Azərbaycan “Russia & Islamic World Cooperation Expo 2026” sərgisində “Made in Azerbaijan” stendi ilə iştirak edib. Sərgidə ölkə məhsulları və xidmətləri, investisiya imkanları, biznes mühiti nümayiş etdirilib və Tatarıstan rəsmi şəxsləri stend ilə tanış olub.

15 May 2026 20:19
Azərbaycan Kazanda keçirilən beynəlxalq sərgidə iştirak edib

BAKI,VOA

“Russia & Islamic World Cooperation Expo 2026” sərgisində təşkil olunan “Made in Azerbaijan” stendində məhsul və xidmətlər təqdim olunub, ölkəmizin beynəlxalq ticarət və investisiya imkanları, əlverişli biznes mühiti haqqında məlumat verilib.

VOA xəbər verir ki, İqtisadiyyat Nazirliyinin dəstəyi, İxracın və İnvestisiyaların Təşviqi Agentliyi – AZPROMO-nun təşkilatçılığı ilə Azərbaycan məhsulları Tatarıstanın Kazan şəhərində keçirilən “Russia & Islamic World Cooperation Expo 2026” sərgisində “Made in Azerbaijan” vahid ölkə stendində təqdim olunub.

Stenddə Azərbaycanın kənd təsərrüfatı, sənaye və tikinti sektorlarını əhatə edən müxtəlif məhsul və xidmətlər nümayiş etdirilib. Ölkəmizin şirkətləri tərəfindən meyvə, çay, ədviyyat, zəfəran, fındıq, qənnadı məhsulları, şirələr, konserv məhsulları və mürəbbə daxil olmaqla geniş çeşiddə ərzaq məhsulları və gündəlik tələbat malları, həmçinin Xəzər dənizi sahilində yaşayış, istirahət və investisiya üçün müasir infrastruktura malik genişmiqyaslı şəhər-kurort layihəsi sərgi iştirakçılarına təqdim edilib. Stenddə Azərbaycanın əlverişli investisiya imkanları, biznes mühiti və ixrac potensialı barədə çap materialları, yerli şirkətlərin fəaliyyətini əks etdirən videoçarxlar nümayiş edilib.

Qeyd edək ki, Tatarıstanda səfərdə olan Baş nazirin müavini Şahin Mustafayevin rəhbərlik etdiyi dövlət rəsmilərindən ibarət Azərbaycan nümayəndə heyəti, eləcə də Tatarıstan Respublikasının Rəisi Rüstəm Minnixanov və digər rəsmi şəxslər Azərbaycan stendi ilə tanış olublar.

Azərbaycan Kazanda keçirilən beynəlxalq sərgidə iştirak edib Azərbaycan Kazanda keçirilən beynəlxalq sərgidə iştirak edib Azərbaycan Kazanda keçirilən beynəlxalq sərgidə iştirak edib Azərbaycan Kazanda keçirilən beynəlxalq sərgidə iştirak edib
Məqalədə: #Şahin Mustafayev #AZPROMO #Made in Azerbaijan #Russia & Islamic World Cooperation Expo 2026 #Azərbaycan məhsulları #Beynəlxalq ticarət və investisiya #Tatarıstan Kazan sərgisi

Mövzu üzrə digər xəbərlər

İraq Türkiyəyə "su qarşılığında neft" nəqlini azaltdı - Gündəlik limit 33 min barelə endirildi
Neft və qaz

İraq Türkiyəyə "su qarşılığında neft" nəqlini azaltdı - Gündəlik limit 33 min barelə endirildi

10 Sentyabr 14:02
"Qatar Airways"dən rekord sifariş - 138 yeni təyyarə alınır
Biznes

"Qatar Airways"dən rekord sifariş - 138 yeni təyyarə alınır

10 Sentyabr 13:49
Ankara ilə Ər-Riyad arasında birgə investisiyalar və texnologiya transferi ön plana çıxır
Biznes

Ankara ilə Ər-Riyad arasında birgə investisiyalar və texnologiya transferi ön plana çıxır

10 Sentyabr 10:37
Qətərdə İslam bankçılığı rəqəmsallaşma və dayanıqlı maliyyənin inkişafı fonunda genişlənir
İqtisadiyyat

Qətərdə İslam bankçılığı rəqəmsallaşma və dayanıqlı maliyyənin inkişafı fonunda genişlənir

9 Sentyabr 12:34

Son Xəbərlər

Qlobal fırtınalardan regional cəbhələrə: 11 sentyabrda ərəb coğrafiyasını sarsıdan 20 tarixi fakt
Qlobal fırtınalardan regional cəbhələrə: 11 sentyabrda ərəb coğrafiyasını sarsıdan 20 tarixi fakt
00:10
Tarixdə bu gün - 11 sentyabr
Tarixdə bu gün - 11 sentyabr
00:01
2.7L EcoBoost və off-road üçün Tremor - Yeni nəsil Ford Everest V6-nın detalları
2.7L EcoBoost və off-road üçün Tremor - Yeni nəsil Ford Everest V6-nın detalları
10 Sentyabr 23:00
Peru ABŞ-nin narkotik kartellərinə qarşı koalisiyasına qoşulur
Peru ABŞ-nin narkotik kartellərinə qarşı koalisiyasına qoşulur
10 Sentyabr 22:00
OpenAI maliyyə sektoru üçün xüsusi ChatGPT təqdim edib
OpenAI maliyyə sektoru üçün xüsusi ChatGPT təqdim edib
10 Sentyabr 21:41
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.