11 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
ArabAZ İqtisadiyyat
İqtisadiyyat

Sabiha Gökçen Hava Limanı qlobal aviasiyada yerini möhkəmləndirir - 15 milyondan çox xarici sərnişin (ÖZƏL)

2026-ci ilin aprel ayında Türkiyənin Sabiha Gökçen Hava Limanına gələn sərnişinlərin sayı 2025-ci ilin eyni dövrü ilə müqayisədə 2 faiz artaraq, 15 milyon 252 min 137 nəfər olub. Nazirlikdən verilən məlumata görə, 2026-ci ilin aprel ayında hava limanının daxili reyslər üzrə sərnişin daşıma 2025-ci ilin analoji dövrü ilə müqayisədə 13 faiz artaraq, 6 milyon 781 min 507 nəfər, beynəlxalq reyslər üzrə isə 4 faiz artaraq 8 milyon 470 min 630 nəfər təşkil edib.

18 May 2026 10:00
Sabiha Gökçen Hava Limanı qlobal aviasiyada yerini möhkəmləndirir - 15 milyondan çox xarici sərnişin (ÖZƏL)

BAKI,VOA Orxan Qədirzadə

2026-ci ilin aprel ayında Türkiyənin Sabiha Gökçen Hava Limanına gələn sərnişinlərin sayı 2025-ci ilin eyni dövrü ilə müqayisədə 2 faiz artaraq, 15 milyon 252 min 137 nəfər olub.

Bu barədə VOA - ya Türkiyənin Nəqliyyat və İnfrastruktur Nazirliyindən məlumat verilib.

Nazirlikdən verilən məlumata görə, 2026-ci ilin aprel ayında hava limanının daxili reyslər üzrə sərnişin daşıma 2025-ci ilin analoji dövrü ilə müqayisədə 13 faiz artaraq, 6 milyon 781 min 507 nəfər, beynəlxalq reyslər üzrə isə 4 faiz artaraq 8 milyon 470 min 630 nəfər təşkil edib.

2026-ci ilin aprel ayında hava limanının yük daşınması 2025-ci ilin eyni dövrü ilə müqayisədə 8 faiz artaraq 163 min 897 ton təşkil edib. Bununla yanaşı, 2026-ci ilin aprel ayında hava limanının daxili reyslər üzrə yük daşınması 2025-ci ilin eyni dövrü ilə müqayisədə 18 faiz artaraq, 49 min 303 ton, beynəlxalq reyslər üzrə yük daşınması isə eyni dövrlə müqayisədə 5 faiz artaraq, 114 min 594 ton təşkil edib.

Məlumata əsasən, hava limanından 2026-ci ilin aprel ayında həyata keçirilən uçuşların sayı 2025-ci ilin aprel ayı ilə müqayisədə 7 faiz artaraq, 88 min 371 olub. Bununla yanaşı, daxili reyslər üzrə yerinə yetirilən uçuşların sayı 11 faiz artaraq, 37 min 899, beynəlxalq reyslər üzrə isə 4 faiz artaraq 50 min 472 olub.

2026-ci ilin aprel ayında Türkiyənin bütün hava limanlarında sərnişin daşınması 67 milyon 496 min 871 nəfər, yük daşınması isə 1 milyon 556 min 527 ton təşkil edib.

Məqalədə: #Türkiyənin Nəqliyyat və İnfrastruktur Nazirliyi #Sabiha Gökçen Hava limanı #Beynəlxalq sərnişin daşınması #Türkiyə nəqliyyat sektoru #Hava limanı statistikası #Regional hava mərkəzi

Mövzu üzrə digər xəbərlər

İraq Türkiyəyə "su qarşılığında neft" nəqlini azaltdı - Gündəlik limit 33 min barelə endirildi
Neft və qaz

İraq Türkiyəyə "su qarşılığında neft" nəqlini azaltdı - Gündəlik limit 33 min barelə endirildi

10 Sentyabr 14:02
"Qatar Airways"dən rekord sifariş - 138 yeni təyyarə alınır
Biznes

"Qatar Airways"dən rekord sifariş - 138 yeni təyyarə alınır

10 Sentyabr 13:49
Ankara ilə Ər-Riyad arasında birgə investisiyalar və texnologiya transferi ön plana çıxır
Biznes

Ankara ilə Ər-Riyad arasında birgə investisiyalar və texnologiya transferi ön plana çıxır

10 Sentyabr 10:37
Qətərdə İslam bankçılığı rəqəmsallaşma və dayanıqlı maliyyənin inkişafı fonunda genişlənir
İqtisadiyyat

Qətərdə İslam bankçılığı rəqəmsallaşma və dayanıqlı maliyyənin inkişafı fonunda genişlənir

9 Sentyabr 12:34

Son Xəbərlər

Qlobal fırtınalardan regional cəbhələrə: 11 sentyabrda ərəb coğrafiyasını sarsıdan 20 tarixi fakt
Qlobal fırtınalardan regional cəbhələrə: 11 sentyabrda ərəb coğrafiyasını sarsıdan 20 tarixi fakt
00:10
Tarixdə bu gün - 11 sentyabr
Tarixdə bu gün - 11 sentyabr
00:01
2.7L EcoBoost və off-road üçün Tremor - Yeni nəsil Ford Everest V6-nın detalları
2.7L EcoBoost və off-road üçün Tremor - Yeni nəsil Ford Everest V6-nın detalları
10 Sentyabr 23:00
Peru ABŞ-nin narkotik kartellərinə qarşı koalisiyasına qoşulur
Peru ABŞ-nin narkotik kartellərinə qarşı koalisiyasına qoşulur
10 Sentyabr 22:00
OpenAI maliyyə sektoru üçün xüsusi ChatGPT təqdim edib
OpenAI maliyyə sektoru üçün xüsusi ChatGPT təqdim edib
10 Sentyabr 21:41
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.