9 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
ArabAZ İqtisadiyyat
İqtisadiyyat

İslam İnkişaf Bankı Qrupunun 51-ci İllik Toplantıları çərçivəsində regional ticarət əlaqələrinin gücləndirilməsi məsələləri müzakirə olunub

Bakı şəhərində İslam İnkişaf Bankı çərçivəsində regional ticarət əlaqələri müzakirə olunub. Sessiyada İƏT ölkələri arasında iqtisadi inteqrasiyanın gücləndirilməsi əsas mövzu olub. Kiçik və orta biznesin maliyyəyə çıxışı xüsusi diqqət mərkəzində saxlanılıb. Rəsmilər innovativ maliyyə alətlərinin tətbiqini vacib hesab ediblər. Azərbaycanın iqtisadiyyat nazirinin müavini Səməd Bəşirli çıxış edərək regional əməkdaşlığın əhəmiyyətini vurğulayıb. Adib Yusif Əl-Aama ticarət əməkdaşlığının genişləndirilməsini dəstəkləyib. Bir neçə ölkənin nümayəndələri təcrübə mübadiləsi aparıblar. Sessiya regional inkişaf üçün yeni əməkdaşlıq imkanlarını önə çıxarıb.

17 İyun 2026 19:15
İslam İnkişaf Bankı Qrupunun 51-ci İllik Toplantıları çərçivəsində regional ticarət əlaqələrinin gücləndirilməsi məsələləri müzakirə olunub

BAKI,VOA

İslam İnkişaf Bankı Qrupunun 51-ci İllik Toplantıları çərçivəsində Bakıda “Regional Bağlantılar üçün Ticarət Həllərinin Gücləndirilməsi” mövzusunda panel sessiyası keçirilib.

VOA xəbər verir ki, sessiya çərçivəsində İslam Əməkdaşlıq Təşkilatına (İƏT) üzv ölkələrdə dayanıqlı və inklüziv iqtisadi artımın təşviqində ticarətin rolu, xüsusilə kiçik və orta sahibkarlıq subyektlərinin maliyyəyə çıxış imkanlarının genişləndirilməsi, ticarət maliyyələşdirilməsi sahəsində mövcud çağırışların aradan qaldırılması və regional əməkdaşlığın gücləndirilməsi məsələləri müzakirə olunub. Tədbirdə ticarət maliyyəsi üzrə innovativ həllərin tətbiqi, təcrübə mübadiləsinin təşviqi və regional əlaqələrin inkişafına töhfə verəcək əməkdaşlıq mexanizmlərinin formalaşdırılmasının əhəmiyyəti vurğulanıb.

Tədbirin açılış hissəsində Azərbaycan Respublikasının iqtisadiyyat nazirinin müavini Səməd Bəşirli çıxış edərək regional ticarət əlaqələrinin genişləndirilməsi, iqtisadi inteqrasiyanın dərinləşdirilməsi və dayanıqlı inkişafın təmin olunmasında çoxtərəfli əməkdaşlığın əhəmiyyətini qeyd edib. O, Azərbaycanın regional bağlantıların möhkəmləndirilməsi, ticarətin asanlaşdırılması və beynəlxalq iqtisadi tərəfdaşlığın inkişafı istiqamətində həyata keçirdiyi təşəbbüslər barədə məlumat verib.

Beynəlxalq İslam Ticarət Maliyyə Korporasiyasının (ITFC) baş icraçı direktoru Adib Yusif Əl-Aama tədbirin salamlama nitqində İƏT ölkələri arasında ticarət əməkdaşlığının gücləndirilməsinin və innovativ maliyyə alətlərinin tətbiqinin əhəmiyyətini vurğulayıb.

Panel müzakirələrində Misirin planlaşdırma və iqtisadi inkişaf naziri Əhməd Rostom, (ITFC) baş icraçı direktoru Adib Yusif Əl-Aama, Özbəkistanın İpoteka Bankının İdarə Heyətinin sədri Umidcon Xakimov, eləcə də Azərbaycanın Rabitə Bankının baş icraçı direktoru Aydın Hüseynov çıxış edərək ticarət maliyyələşdirilməsinin inkişafı, özəl sektorun dəstəklənməsi və regional ticarətin genişləndirilməsi istiqamətində fikir və təcrübələrini bölüşüblər.

Astana Beynəlxalq Maliyyə Mərkəzinin (AIFC) İslam Maliyyəsi üzrə rəhbəri Madina Tukulovanın moderatorluğu ilə keçirilən sessiyada ticarət maliyyələşdirilməsi sahəsində tənzimləyici maneələrin aradan qaldırılması, maliyyə institutları ilə özəl sektor arasında əməkdaşlığın gücləndirilməsi və kiçik və orta sahibkarlığın beynəlxalq bazarlara çıxış imkanlarının artırılması məsələləri ətrafında fikir mübadiləsi aparılıb.

Müzakirələr zamanı regional ticarətin inkişafı üçün innovativ maliyyə alətlərinin tətbiqi, uğurlu tərəfdaşlıq modellərinin təşviqi və İƏT-ə üzv ölkələr arasında iqtisadi əlaqələrin gücləndirilməsi istiqamətində yeni əməkdaşlıq imkanları diqqət mərkəzində olub. Tədbirdə qeyd edilib ki, bu kimi platformalar ticarət əlaqələrinin dərinləşdirilməsi, dayanıqlı inkişafın dəstəklənməsi və regionda inklüziv iqtisadi artımın təmin olunması baxımından mühüm əhəmiyyət kəsb edir.

İslam İnkişaf Bankı Qrupunun 51-ci İllik Toplantıları çərçivəsində regional ticarət əlaqələrinin gücləndirilməsi məsələləri müzakirə olunub İslam İnkişaf Bankı Qrupunun 51-ci İllik Toplantıları çərçivəsində regional ticarət əlaqələrinin gücləndirilməsi məsələləri müzakirə olunub İslam İnkişaf Bankı Qrupunun 51-ci İllik Toplantıları çərçivəsində regional ticarət əlaqələrinin gücləndirilməsi məsələləri müzakirə olunub İslam İnkişaf Bankı Qrupunun 51-ci İllik Toplantıları çərçivəsində regional ticarət əlaqələrinin gücləndirilməsi məsələləri müzakirə olunub İslam İnkişaf Bankı Qrupunun 51-ci İllik Toplantıları çərçivəsində regional ticarət əlaqələrinin gücləndirilməsi məsələləri müzakirə olunub
Məqalədə: #Bakı #İƏT #İslam İnkişaf Bankı #ticarət #Səməd Bəşirli #regional əməkdaşlıq #Adib Yusif Əl-Aama

Mövzu üzrə digər xəbərlər

Qətərdə İslam bankçılığı rəqəmsallaşma və dayanıqlı maliyyənin inkişafı fonunda genişlənir
İqtisadiyyat

Qətərdə İslam bankçılığı rəqəmsallaşma və dayanıqlı maliyyənin inkişafı fonunda genişlənir

12:34
Azərbaycanın investisiya imkanları Adanada təqdim olunub
İqtisadiyyat

Azərbaycanın investisiya imkanları Adanada təqdim olunub

12:12
AZAL Ciddəyə müntəzəm uçuşları bərpa edir
İqtisadiyyat

AZAL Ciddəyə müntəzəm uçuşları bərpa edir

8 Sentyabr 16:20
Qətər banklarının aktivləri 2,19 trilyon riyala çatdı
Biznes

Qətər banklarının aktivləri 2,19 trilyon riyala çatdı

7 Sentyabr 14:08

Son Xəbərlər

Süni intellekt və inkişaf üzrə Nazirlər Şurası Agentic AI layihəsinin ikinci mərhələsi müzakirə olunub
Süni intellekt və inkişaf üzrə Nazirlər Şurası Agentic AI layihəsinin ikinci mərhələsi müzakirə olunub
13:00
Kərbəlaya xüsusi diqqət yetirilməyə vacibdi-Nizar Əmidi
Kərbəlaya xüsusi diqqət yetirilməyə vacibdi-Nizar Əmidi
12:45
Qətərdə İslam bankçılığı rəqəmsallaşma və dayanıqlı maliyyənin inkişafı fonunda genişlənir
Qətərdə İslam bankçılığı rəqəmsallaşma və dayanıqlı maliyyənin inkişafı fonunda genişlənir
12:34
Azərbaycanın investisiya imkanları Adanada təqdim olunub
Azərbaycanın investisiya imkanları Adanada təqdim olunub
12:12
Ər-Riyadda Təhlükəsizlik və Tarix Dialoqu başa çatıb
Ər-Riyadda Təhlükəsizlik və Tarix Dialoqu başa çatıb
12:03
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.