5 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi İnnovasiyalar
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Yuxuyozma
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ Energetika
Energetika

Elektrik enerjisi bazarı elementlərinin mərhələli tətbiqi ilə bağlı yaradılmış Koordinasiya Şurasının iclası keçirilib

Energetika naziri Pərviz Şahbazovun sədrliyi ilə Nazirlər Kabinetinin müvafiq Sərəncamına əsasən təsdiq edilmiş "Elektrik enerjisi bazarı elementlərinin mərhələli tətbiqi ilə bağlı Tədbirlər Planı"nın icrası məqsədilə yaradılmış Koordinasiya Şurasının ilk iclası keçirilib.

29 Noyabr 2024 10:30
Elektrik enerjisi bazarı elementlərinin mərhələli tətbiqi ilə bağlı yaradılmış Koordinasiya Şurasının iclası keçirilib

Bakı, AzerVoice

Energetika naziri Pərviz Şahbazovun sədrliyi ilə Nazirlər Kabinetinin müvafiq Sərəncamına əsasən təsdiq edilmiş "Elektrik enerjisi bazarı elementlərinin mərhələli tətbiqi ilə bağlı Tədbirlər Planı"nın icrası məqsədilə yaradılmış Koordinasiya Şurasının ilk iclası keçirilib.

AzerVoice xəbər verir ki, bu barədə Energetika Nazirliyi məlumat yayıb.

Bildirilib ki, nazir çıxışında "Azərbaycan Respublikasının energetika sektorunda islahatların sürətləndirilməsi haqqında" Azərbaycan Respublikasının Prezidentinin 2019-cu il 29 may tarixli 1209 nömrəli Sərəncamı ilə islahatların əsas istiqamətlərinin müəyyən edildiyini və bu istiqamətlərə uyğun olaraq müvafiq işlərin aparılmaqda olduğunu bildirib. Elektroenergetika sahəsində islahatların əsas məqsədinin enerji təhlükəsizliyinin davamlı olaraq gücləndirilməsi, idarəetmə sistemlərinin qabaqcıl beynəlxalq təcrübə baxımından inkişaf etdrilməsi, özəl investisiyaların cəlb edilməsi və dövlətin maliyyə yükünün azaldılması olduğu vurğulanıb. Həmçinin, elektrik enerjisinin istehsalına çəkilən xərclərin optimallaşdırılması, səmərəliliyin və xidmət keyfiyyətinin daha da yüksəldilməsi, eləcə də rəqabət mühitinin təmin olunması sektorun inkişafı üçün əsas prioritetlər kimi qeyd edilib.

Sonra iclasın gündəliyinə uyğun olaraq "Elektroenergetika haqqında" Azərbaycan Respublikası Qanununun və "Elektrik enerjisi bazarı elementlərinin mərhələli tətbiqi ilə bağlı Tədbirlər Planı"nın icrası ilə əlaqədar aidiyyəti qurumlar tərəfindən görülən işlər haqqında məlumatlar diqqətə çatdırılıb.

Koordinasiya Şurasının nəzdində müvafiq istiqamətlər üzrə alt işçi qrupları yaradılıb, qarşıdakı dövr üçün görüləcək işlər müəyyənləşdirilib, müvafiq qərarlar qəbul edilib.

İclasda Energetika, İqtisadiyyat, Maliyyə, Ədliyyə nazirlikləri, Azərbaycan İnvestisiya Holdinqi, "Azərenerji" ASC, "Azərişıq" ASC və Enerji Məsələlərini Tənzimləmə Agentliyinin nümayəndələri iştirak edib.

Elektrik enerjisi bazarı elementlərinin mərhələli tətbiqi ilə bağlı yaradılmış Koordinasiya Şurasının iclası keçirilib Elektrik enerjisi bazarı elementlərinin mərhələli tətbiqi ilə bağlı yaradılmış Koordinasiya Şurasının iclası keçirilib
Məqalədə: #Energetika Nazirliyi

Mövzu üzrə digər xəbərlər

ABŞ-nin Strateji Neft Ehtiyatı 40 ildən sonra ilk dəfə 300 milyon barreldən aşağı düşüb
Digər Dövlətlər

ABŞ-nin Strateji Neft Ehtiyatı 40 ildən sonra ilk dəfə 300 milyon barreldən aşağı düşüb

10 Avqust 22:35
İran Energetika Nazirliyi ABŞ hücumlarından sonra əhalini elektrik enerjisinə qənaət etməyə çağırıb
İran

İran Energetika Nazirliyi ABŞ hücumlarından sonra əhalini elektrik enerjisinə qənaət etməyə çağırıb

17 İyul 18:24
İstanbulda “Azərbaycan-Gürcüstan-Türkiyə-Bolqarıstan Yaşıl Enerji Dəhlizi” üzrə nazirlərin növbəti iclası keçirilib
İqtisadiyyat

İstanbulda “Azərbaycan-Gürcüstan-Türkiyə-Bolqarıstan Yaşıl Enerji Dəhlizi” üzrə nazirlərin növbəti iclası keçirilib

22 May 19:16
Antalya Forumunda qlobal enerji böhranı və risklər müzakirə olunub
Energetika

Antalya Forumunda qlobal enerji böhranı və risklər müzakirə olunub

17 Aprel 15:40

Son Xəbərlər

"Qara Sentyabr" əməliyyatından Kemp-Devid zirvəsinə: 5 sentyabrda Yaxın Şərqdə nə baş verdi?
"Qara Sentyabr" əməliyyatından Kemp-Devid zirvəsinə: 5 sentyabrda Yaxın Şərqdə nə baş verdi?
03:00
Tarixdə bu gün - 5 Sentyabr
Tarixdə bu gün - 5 Sentyabr
00:01
İran ABŞ və Avropanın nüvə məsələsini BMT Təhlükəsizlik Şurasına çıxarmaq cəhdini pisləyib
İran ABŞ və Avropanın nüvə məsələsini BMT Təhlükəsizlik Şurasına çıxarmaq cəhdini pisləyib
4 Sentyabr 22:24
Qətər İranın Rəs Laffan hücumu ilə bağlı iddialarını təkzib edib
Qətər İranın Rəs Laffan hücumu ilə bağlı iddialarını təkzib edib
4 Sentyabr 22:00
ABŞ və Çin sentyabrda süni intellekt təhlükəsizliyi üzrə danışıqlara hazırlaşır
ABŞ və Çin sentyabrda süni intellekt təhlükəsizliyi üzrə danışıqlara hazırlaşır
4 Sentyabr 21:42
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi İnnovasiyalar
  • Digər Dövlətlər

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.