5 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi İnnovasiyalar
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Yuxuyozma
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ Energetika
Energetika

Bakı Enerji Həftəsi sənaye nümayəndələrində böyük maraq doğurub - ICA Events Group

5 İyun 2024 10:56
Bakı Enerji Həftəsi sənaye nümayəndələrində böyük maraq doğurub - ICA Events Group

Bakı. AzerVoice  :

Bakı Enerji Həftəsi sənaye nümayəndələrində böyük maraq doğurub

AzerVoice  xəbər verir ki, bu barədə bu gün "ICA Events Group"un Direktorlar Şurasının müşaviri Stefan Murtaq (Stephan Murtagh) 29-cu Bakı Enerji Forumunun açılış mərasimində deyib.

"Bakı Enerji Həftəsi sənaye nümayəndələrinin böyük marağına səbəb olub. Bu sahədəki bir çox şirkətin inkişafı xüsusən xoşdur və bugünkü forum bunu təsdiqləyir. Bu, hamının sessiyalardan zövq alması, ünsiyyət qurması və təcrübə mübadiləsi aparması üçün əla fürsətdir. Dünən Bakı Enerji Həftəsi başladı və sahə üzrə aparıcı şəxslər tərəfindən həqiqətən maraqlı bir çox açıqlama verildi. Bugünkü forumda müxtəlif sektorlardan və enerji dünyasının müxtəlif regionlarından aparıcı məruzəçilər çıxış edəcək. Bugünkü moderatorların irəli sürəcəyi çoxsaylı ideyaları səbirsizliklə gözləyirəm. Deyiləcək bir şey qalır: foruma xoş gəlmişsiniz və sessiyalardan zövq alın", - o deyib.

Qeyd edək ki, forumda 600-dən çox nümayəndə iştirak edir. Forumda Azərbaycanla yanaşı, Avstraliya, Avstriya, Belarus, Belçika, Bolqarıstan, Böyük Britaniya, Macarıstan, Gürcüstan, İsrail, Hindistan, İtaliya, Qazaxıstan, Qətər, Çin, Latviya, Monako, Niderland, Norveç, BƏƏ, Rusiya, Rumıniya, Səudiyyə Ərəbistanı, Sloveniya, ABŞ, Özbəkistan, Ukrayna, Finlandiya, Fransa, Çexiya, İsveçrə, İsveç və Yaponiya da iştirak edəcək. Bu il forumun proqramına rekord sayda (81) məruzəçi daxildir.

Forumun gündəliyinə həm Azərbaycan, həm də bütün Xəzər regionu üçün vacib olan enerji məsələləri daxil ediləcək. Gündəlikdəki əsas məsələlər enerji təhlükəsizliyi, enerji keçidi və "yaşıl" enerji layihələrinin nəzərdən keçirilməsi və maliyyələşdirilməsi ilə bağlıdır.

Bakı Enerji Həftəsi sənaye nümayəndələrində böyük maraq doğurub - ICA Events Group Bakı Enerji Həftəsi sənaye nümayəndələrində böyük maraq doğurub - ICA Events Group
Məqalədə: #Bakı Enerji Həftəsi #Bakı Enerji Forumu #İCA Events Group

Mövzu üzrə digər xəbərlər

Strateji Tərəfdaşlıq Xartiyası iqtisadi əməkdaşlığımızın möhkəmləndirilməsində mühüm rol oynayır - Mikayıl Cabbarov
İqtisadiyyat

Strateji Tərəfdaşlıq Xartiyası iqtisadi əməkdaşlığımızın möhkəmləndirilməsində mühüm rol oynayır - Mikayıl Cabbarov

2 İyun 19:25
D-8 enerjiyə balanslı yanaşmağa çağırır
İqtisadiyyat

D-8 enerjiyə balanslı yanaşmağa çağırır

1 İyun 20:16
Azərbaycan və Özbəkistan energetika nazirləri arasında görüş keçirilib
İqtisadiyyat

Azərbaycan və Özbəkistan energetika nazirləri arasında görüş keçirilib

1 İyun 18:07
Ukrayna və Azərbaycan Avropanın enerji təhlükəsizliyinə mühüm töhfə verə bilər - Şmıqal
İqtisadiyyat

Ukrayna və Azərbaycan Avropanın enerji təhlükəsizliyinə mühüm töhfə verə bilər - Şmıqal

1 İyun 17:56

Son Xəbərlər

"Qara Sentyabr" əməliyyatından Kemp-Devid zirvəsinə: 5 sentyabrda Yaxın Şərqdə nə baş verdi?
"Qara Sentyabr" əməliyyatından Kemp-Devid zirvəsinə: 5 sentyabrda Yaxın Şərqdə nə baş verdi?
03:00
Tarixdə bu gün - 5 Sentyabr
Tarixdə bu gün - 5 Sentyabr
00:01
İran ABŞ və Avropanın nüvə məsələsini BMT Təhlükəsizlik Şurasına çıxarmaq cəhdini pisləyib
İran ABŞ və Avropanın nüvə məsələsini BMT Təhlükəsizlik Şurasına çıxarmaq cəhdini pisləyib
4 Sentyabr 22:24
Qətər İranın Rəs Laffan hücumu ilə bağlı iddialarını təkzib edib
Qətər İranın Rəs Laffan hücumu ilə bağlı iddialarını təkzib edib
4 Sentyabr 22:00
ABŞ və Çin sentyabrda süni intellekt təhlükəsizliyi üzrə danışıqlara hazırlaşır
ABŞ və Çin sentyabrda süni intellekt təhlükəsizliyi üzrə danışıqlara hazırlaşır
4 Sentyabr 21:42
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi İnnovasiyalar
  • Digər Dövlətlər

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.