9 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
ArabAZ Energetika
Energetika

OPEC yeni üzvlərin təşkilata qoşulmasına açıqdır - Baş katib

Neft İxrac Edən Ölkələr Təşkilatı (OPEC) yeni üzvlərin qoşulmasına həmişə açıqdır.

14 İyul 2025 10:39
OPEC yeni üzvlərin təşkilata qoşulmasına açıqdır - Baş katib

BAKI, AzerVoice

Neft İxrac Edən Ölkələr Təşkilatı (OPEC) yeni üzvlərin qoşulmasına həmişə açıqdır.

AzerVoice xəbər verir ki, bu barədə OPEC-in baş katibi Heysəm əl-Qays Vyanada keçirilən 9-cu Beynəlxalq OPEC Seminarında jurnalistlərə açıqlamasında bildirib.

“Əgər ölkələr OPEC-in meyarlarına cavab verirlərsə, biz onların təşkilata qoşulmasına açığıq. Aydındır ki, bu ölkələrin OPEC üzvləri ilə oxşar məqsədləri olmalı və onlar əhəmiyyətli neft ixracatçıları sayılmalıdırlar” – deyə, əl-Qays qeyd edib.

Baş katib vurğulayıb ki, təşkilat bir çox ölkələrlə danışıqlar aparır:

“Mən bir sıra Afrika ölkələri, o cümlədən Seneqal ilə görüşlər keçirmişəm. Namibiya gələcəkdə potensiala malikdir. Amma yeni üzvlərin OPEC-ə rəsmi qoşulmasından danışa bilmərəm”.

Əl-Qeys həmçinin xatırladıb ki, son vaxtlar Braziliya OPEC+ əməkdaşlıq Xartiyasına qoşulub.

“Fikrimcə, Braziliyadan soruşmaq lazımdır ki, onlar növbəti mərhələyə keçmək istəyirlərmi. Biz onları tərəfdaş kimi müsbət qarşılayırıq, amma onların bu öhdəlikləri götürməyə hazır olub-olmadığını bilmirəm” - deyə, Baş katib vurğulayıb.

Qeyd edək ki, hazırda OPEC-ə 12 neft ixrac edən ölkə daxildir. Təşkilatın tərkibində son dəyişiklik 2023-cü ilin dekabrında baş verib. Həmin vaxt Anqola OPEC-dən çıxmaq qərarı verib.

Həmçinin qeyd edək ki, 9-cu Beynəlxalq OPEC Seminarı 9–10 iyul tarixlərində Vyanada keçirilib.

Məqalədə: #neft #OPEC #Braziliya #OPEC+ #namibiya #Heysəm əl-Qays #Seneqal

Mövzu üzrə digər xəbərlər

Azərbaycan və Əlcəzair enerji əməkdaşlığını müzakirə edib
Energetika

Azərbaycan və Əlcəzair enerji əməkdaşlığını müzakirə edib

8 Sentyabr 17:00
İraqın Basra neft markaları həftə ərzində 10 faizdən çox bahalaşıb
İraq

İraqın Basra neft markaları həftə ərzində 10 faizdən çox bahalaşıb

5 Sentyabr 15:52
Hörmüz boğazından neft tədarükünün əvvəlki həcmi bərpa olunub - Tramp
Neft və qaz

Hörmüz boğazından neft tədarükünün əvvəlki həcmi bərpa olunub - Tramp

3 Sentyabr 16:37
Səudiyyə enerji sektoru birinci yarımildə 67 milyard dollarlıq mənfəət əldə edib
Neft və qaz

Səudiyyə enerji sektoru birinci yarımildə 67 milyard dollarlıq mənfəət əldə edib

3 Sentyabr 13:19

Son Xəbərlər

Sərhədsiz dünyanın iqtisadi, mədəni və geosiyasi anatomiyası-Qloballaşma nədir?
Sərhədsiz dünyanın iqtisadi, mədəni və geosiyasi anatomiyası-Qloballaşma nədir?
15:21
Yəmən ordusundan genişmiqyaslı hücum - Qərbi Taiz və Qərb sahilində ağır toqquşmalar
Yəmən ordusundan genişmiqyaslı hücum - Qərbi Taiz və Qərb sahilində ağır toqquşmalar
14:45
Dubayda yaradılan Peekabox tətbiqi restoranların artıq qida məhsullarını endirimlə satır
Dubayda yaradılan Peekabox tətbiqi restoranların artıq qida məhsullarını endirimlə satır
14:33
Fars və Oman körfəzlərində bir neçə ticarət gəmisi ilə bağlı insident baş verib
Fars və Oman körfəzlərində bir neçə ticarət gəmisi ilə bağlı insident baş verib
14:24
Süni intellekt və inkişaf üzrə Nazirlər Şurası Agentic AI layihəsinin ikinci mərhələsi müzakirə olunub
Süni intellekt və inkişaf üzrə Nazirlər Şurası Agentic AI layihəsinin ikinci mərhələsi müzakirə olunub
13:00
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.