6 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi innovasiyalar
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Yuxuyozma
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ Energetika
Energetika

Energetika Nazirliyində Azərbaycan–Aİ enerji əməkdaşlığı müzakirə edilib

Energetika naziri Pərviz Şahbazov Avropa Komissiyasının Genişlənmə və Şərq Qonşuluğu üzrə baş direktoru Gert Yan Koopman ilə görüş keçirib. Görüşdə Azərbaycan–Aİ enerji tərəfdaşlığının əsas istiqamətləri, Cənub Qaz Dəhlizinin Avropanın enerji təhlükəsizliyində rolu, eləcə də Azərbaycan qazının alıcılarının coğrafiyasının genişləndirilməsi məsələləri müzakirə olunub.

28 Yanvar 2026 21:05
Energetika Nazirliyində Azərbaycan–Aİ enerji əməkdaşlığı müzakirə edilib
Bizi buradan izləyin və Bizə yazın

BAKI,AzerVoice

Azərbaycanla Avropa İttifaqı arasında enerji sahəsində strateji tərəfdaşlığın prioritetləri və regional layihələr müzakirə edilib.

AzerVoice xəbər verir ki, energetika naziri Pərviz Şahbazov Avropa Komissiyasının Genişlənmə və Şərq Qonşuluğu üzrə baş direktoru Gert Yan Koopman ilə görüş keçirib. Görüşdə Azərbaycan–Aİ enerji tərəfdaşlığının əsas istiqamətləri, Cənub Qaz Dəhlizinin Avropanın enerji təhlükəsizliyində rolu, eləcə də Azərbaycan qazının alıcılarının coğrafiyasının genişləndirilməsi məsələləri müzakirə olunub.

Bildirilib ki, ötən il Azərbaycandan Avropaya 12,8 milyard kubmetr təbii qaz tədarük edilib. Qeyd olunub ki, təbii qazla yanaşı, bərpa olunan enerji, enerji səmərəliliyi və digər mühüm istiqamətlər Azərbaycanla Aİ arasında enerji sahəsində strateji tərəfdaşlığa dair Anlaşma Memorandumunda əksini tapır və bu sənəd ikitərəfli münasibətlərin əsasını təşkil edir.

Görüşdə elektrik enerjisinin ötürülməsi üzrə regional enerji bağlantıları da müzakirə edilib. Azərbaycanla Avropa arasında Qara dəniz üzərindən, habelə Naxçıvan və Gürcüstan marşrutları üzrə planlaşdırılan layihələrdən bəhs olunub. “Xəzər–Qara dəniz–Avropa Yaşıl Enerji Dəhlizi” layihəsinin ENTSO-E-nin 2026–2036-cı illəri əhatə edən Şəbəkə İnkişaf Planına daxil edilməsi və “Ortaq Maraqlar Layihəsi” statusunun əldə olunması imkanları üzrə fikir mübadiləsi aparılıb. Zəngəzur dəhlizi vasitəsilə Naxçıvan, Azərbaycan və Türkiyəni birləşdirəcək yeni marşrutun Mərkəzi Asiya ilə Avropanı əlaqələndirən strateji enerji dəhlizi kimi əhəmiyyəti vurğulanıb.

Söhbət zamanı günəş və külək enerjisi daxil olmaqla bərpa olunan enerji layihələri üzrə Avropa şirkətləri ilə əməkdaşlıq imkanları dəyərləndirilib, Azərbaycan–Aİ Enerji Dialoqu, Cənub Qaz Dəhlizi və Yaşıl Enerji Məşvərət Şuraları çərçivəsində əməkdaşlıq məsələləri nəzərdən keçirilib.

Məqalədə: #Energetika Nazirliyində Azərbaycan–Aİ enerji tərəfdaşlığı müzakirə edilib #Azərbaycan qazının Avropaya tədarükü və yaşıl enerji layihələri gündəmdədir #Cənub Qaz Dəhlizi Avropanın enerji təhlükəsizliyində əsas rol oynayır #Azərbaycan–Aİ arasında yeni enerji bağlantıları planlaşdırılır #Xəzər–Qara dəniz–Avropa Yaşıl Enerji Dəhlizi üzrə müzakirələr aparılıb #Avropa Komissiyası ilə enerji əməkdaşlığının prioritetləri dəyərləndirilib #Azerbaycan ile AB arasında enerji iş birliği görüşü #Güney Gaz Koridoru Avrupa enerji güvenliğinde kilit rol oynuyor #Azerbaycan gazının Avrupa’ya arzı genişliyor #Yeşil enerji projeleri Azerbaycan-AB gündeminde #Karadeniz üzerinden enerji bağlantıları tartışıldı #Enerji alanında stratejik ortaklık güçleniyor

Mövzu üzrə digər xəbərlər

İraqın Basra neft markaları həftə ərzində 10 faizdən çox bahalaşıb
İraq

İraqın Basra neft markaları həftə ərzində 10 faizdən çox bahalaşıb

5 Sentyabr 15:52
Hörmüz boğazından neft tədarükünün əvvəlki həcmi bərpa olunub - Tramp
Neft və qaz

Hörmüz boğazından neft tədarükünün əvvəlki həcmi bərpa olunub - Tramp

3 Sentyabr 16:37
Səudiyyə enerji sektoru birinci yarımildə 67 milyard dollarlıq mənfəət əldə edib
Neft və qaz

Səudiyyə enerji sektoru birinci yarımildə 67 milyard dollarlıq mənfəət əldə edib

3 Sentyabr 13:19
Azərbaycan və Çin arasında bərpa olunan enerji sahəsində əməkdaşlıq müzakirə olunub
Energetika

Azərbaycan və Çin arasında bərpa olunan enerji sahəsində əməkdaşlıq müzakirə olunub

3 Sentyabr 12:09

Son Xəbərlər

Ben-Qvir Qəzzanın boşaldılması planından geri çəkilməyəcəyini bəyan edib
Ben-Qvir Qəzzanın boşaldılması planından geri çəkilməyəcəyini bəyan edib
08:08
Qərbdə qadağan edildi, ərəb səhralarında həyat qurtarır - Yeni "Pajero"nun polad zirehi
Qərbdə qadağan edildi, ərəb səhralarında həyat qurtarır - Yeni "Pajero"nun polad zirehi
07:48
Londonda  səudiyyəli turistin bıçaqlanması ciddi narahatlığa səbəb olub
Londonda səudiyyəli turistin bıçaqlanması ciddi narahatlığa səbəb olub
07:22
Hava piratlığı, hərbi basqınlar və diplomatik masalar: 6 sentyabrda nələr dəyişdi?
Hava piratlığı, hərbi basqınlar və diplomatik masalar: 6 sentyabrda nələr dəyişdi?
00:10
Tarixdə bu gün - 6 Sentyabr
Tarixdə bu gün - 6 Sentyabr
00:01
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi innovasiyalar
  • Digər Dövlətlər

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.