6 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi innovasiyalar
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Yuxuyozma
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ Energetika
Energetika

Azərbaycan-Serbiya Enerji İşçi Qrupu: Neft, qaz və yaşıl enerji gündəmdədir

Energetika Nazirliyində Azərbaycan Respublikası ilə Serbiya Respublikası arasında energetika sahəsində əməkdaşlıq üzrə Birgə İşçi Qrupun hibrid formatda ilk iclası keçirilib. Nazir müavini Orxan Zeynalov və Serbiyanın Mədənçilik və Energetika Nazirliyinin Dövlət katibi Sonya Vlahoviçin həmsədrlik etdiyi iclasda Azərbaycan tərəfindən SOCAR, Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyi, Enerji Məsələlərini Tənzimləmə Agentliyi, “Azəristiliktəchizat” ASC, Serbiya tərəfdən Mədənçilik və Energetika Nazirliyi və “Srbijagas” şirkətinin nümayəndələri iştirak ediblər.

17 Mart 2026 18:31
Azərbaycan-Serbiya Enerji İşçi Qrupu: Neft, qaz və yaşıl enerji gündəmdədir

BAKI, VOA, Orxan Qədirzadə

Energetika Nazirliyində Azərbaycan Respublikası ilə Serbiya Respublikası arasında energetika sahəsində əməkdaşlıq üzrə Birgə İşçi Qrupun hibrid formatda ilk iclası keçirilib.

VOA Energetika Nazirliyinə istinadən xəbər verir ki, nazir müavini Orxan Zeynalov və Serbiyanın Mədənçilik və Energetika Nazirliyinin Dövlət katibi Sonya Vlahoviçin həmsədrlik etdiyi iclasda Azərbaycan tərəfindən SOCAR, Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyi, Enerji Məsələlərini Tənzimləmə Agentliyi, “Azəristiliktəchizat” ASC, Serbiya tərəfdən Mədənçilik və Energetika Nazirliyi və “Srbijagas” şirkətinin nümayəndələri iştirak ediblər.

Nazir müavini Orxan Zeynalov iki ölkə arasında müxtəlif sahələrdə, xüsusilə də energetika sahəsində inkişaf etməkdə olan əməkdaşlığı vurğulayıb. 15 fevral 2026-cı il tarixində Belqradda Azərbaycan və Serbiya Prezidentlərinin həmsədrliyi ilə keçirilmiş Strateji Tərəfdaşlıq Şurasının iclasının bu əməkdaşlığın genişlənməsinə töhfə verdiyi qeyd edilib.

Serbiyanın Mədənçilik və Energetika Nazirliyinin Dövlət katibi Sonya Vlahoviç Azərbaycan və Serbiya arasında imzalanmış memorandum və sazişlərlə iki ölkə arasındakı əməkdaşlığın strateji səviyyəyə çatdığını vurğulayıb.

İclas zamanı neft və qaz sektoru, energetika infrastrukturu, elektrik enerjisi istehsalı və enerji səmərəliliyi istiqamətlərində geniş müzakirələr aparılıb. Azərbaycanın Serbiyaya qaz tədarükünün həm Serbiyanın, həm də Avropanın enerji təhlükəsizliyinin möhkəmləndirilməsinə mühüm töhfə verdiyi qeyd edilib. Həmçinin Serbiyanın Niş şəhərində qazla işləyən elektrik stansiyasının tikintisi üzrə birgə layihə, eyni zamanda istilik təchizatı, yaşıl enerji və enerji səmərəliliyi sahələrində əməkdaşlığa dair fikir mübadiləsi aparılıb.

Azərbaycan-Serbiya Enerji İşçi Qrupu: Neft, qaz və yaşıl enerji gündəmdədir Azərbaycan-Serbiya Enerji İşçi Qrupu: Neft, qaz və yaşıl enerji gündəmdədir
Məqalədə: #Bakı #Azərbaycan və Serbiya enerji əməkdaşlığında yeni mərhələyə qədəm qoyur #AzerVoice: Birgə İşçi Qrupun ilk iclasında Niş şəhərində elektrik stansiyasının tikintisi müzakirə edilib #Orxan Zeynalov: Azərbaycan qazı Avropanın enerji təhlükəsizliyinə töhfə verir #Azərbaycan-Serbiya Enerji İşçi Qrupu: Neft #qaz və yaşıl enerji gündəmdədir #Belqrad görüşündən sonrakı addımlar: Energetika Nazirliyində mühüm iclas #Serbiya və Azərbaycan strateji enerji layihələrini genişləndirir

Mövzu üzrə digər xəbərlər

Bakıda 4-cü Beynəlxalq Minatəmizləmə Konfransı keçirilir
Cəmiyyət

Bakıda 4-cü Beynəlxalq Minatəmizləmə Konfransı keçirilir

2 Sentyabr 11:18
Ballıqaya qətliamının günahkarları ədalət qarşısında cavab verməlidir - XİN
Siyasət

Ballıqaya qətliamının günahkarları ədalət qarşısında cavab verməlidir - XİN

28 Avqust 10:49
Qazaxıstan və Azərbaycan TBNM-in inkişafını və strateji tərəfdaşlığın genişləndirilməsini müzakirə edib
Siyasət

Qazaxıstan və Azərbaycan TBNM-in inkişafını və strateji tərəfdaşlığın genişləndirilməsini müzakirə edib

21 Avqust 19:45
Azərbaycan və Özbəkistan parlamentlərarası əməkdaşlığı gücləndirir
Türk Dövlətləri

Azərbaycan və Özbəkistan parlamentlərarası əməkdaşlığı gücləndirir

21 Avqust 10:52

Son Xəbərlər

Ben-Qvir Qəzzanın boşaldılması planından geri çəkilməyəcəyini bəyan edib
Ben-Qvir Qəzzanın boşaldılması planından geri çəkilməyəcəyini bəyan edib
08:08
Qərbdə qadağan edildi, ərəb səhralarında həyat qurtarır - Yeni "Pajero"nun polad zirehi
Qərbdə qadağan edildi, ərəb səhralarında həyat qurtarır - Yeni "Pajero"nun polad zirehi
07:48
Londonda  səudiyyəli turistin bıçaqlanması ciddi narahatlığa səbəb olub
Londonda səudiyyəli turistin bıçaqlanması ciddi narahatlığa səbəb olub
07:22
Hava piratlığı, hərbi basqınlar və diplomatik masalar: 6 sentyabrda nələr dəyişdi?
Hava piratlığı, hərbi basqınlar və diplomatik masalar: 6 sentyabrda nələr dəyişdi?
00:10
Tarixdə bu gün - 6 Sentyabr
Tarixdə bu gün - 6 Sentyabr
00:01
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi innovasiyalar
  • Digər Dövlətlər

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.