11 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
ArabAZ Energetika
Energetika

Azərbaycan və Çin arasında nəhəng enerji layihələri: 2 QVt-lıq dəniz külək stansiyası müzakirə edilib

Energetika naziri Pərviz Şahbazov “PowerChina Resources Ltd” şirkətinin icraçı vitse-prezidenti He Shiyou ilə görüşüb. Görüşdə 160 MVt gücündə günəş elektrik stansiyası, 2 QVt gücündə dənizdə külək enerjisi layihələrinin icrası, eləcə də yeni investisiya imkanları ilə bağlı məsələlər müzakirə edilib. Günəş enerjisi layihəsinin həyata keçirilməsi istiqamətində irəliləyişlər qeyd edilib, bu stansiyanın ölkəmizin bərpa olunan enerji layihələrinin inkişafı ilə bağlı ikinci mərhələdə şəbəkəyə inteqrasiyasının nəzərdə tutulduğu vurğulanıb. Bu müstəvidə, hazırda Çinin Elektrik Enerjisinin Planlaşdırılması və Mühəndislik İnstitutu (EPPEI) tərəfindən aparılan şəbəkə tədqiqatlarının nəticələrinin mühüm rolu diqqətə çatdırılıb.

18 Mart 2026 21:39
Azərbaycan və Çin arasında nəhəng enerji layihələri: 2 QVt-lıq dəniz külək stansiyası müzakirə edilib

BAKI, VOA, Orxan Qədirzadə

Energetika naziri Pərviz Şahbazov “PowerChina Resources Ltd” şirkətinin icraçı vitse-prezidenti He Shiyou ilə görüşüb.

VOA Energetika Nazirliyinə istinadən xəbər verir ki, görüşdə 160 MVt gücündə günəş elektrik stansiyası, 2 QVt gücündə dənizdə külək enerjisi layihələrinin icrası, eləcə də yeni investisiya imkanları ilə bağlı məsələlər müzakirə edilib. Günəş enerjisi layihəsinin həyata keçirilməsi istiqamətində irəliləyişlər qeyd edilib, bu stansiyanın ölkəmizin bərpa olunan enerji layihələrinin inkişafı ilə bağlı ikinci mərhələdə şəbəkəyə inteqrasiyasının nəzərdə tutulduğu vurğulanıb. Bu müstəvidə, hazırda Çinin Elektrik Enerjisinin Planlaşdırılması və Mühəndislik İnstitutu (EPPEI) tərəfindən aparılan şəbəkə tədqiqatlarının nəticələrinin mühüm rolu diqqətə çatdırılıb.

Görüşdə Çin şirkətinin Azərbaycanla bərpa olunan enerji sahəsində əməkdaşlığa strateji əhəmiyyət verdiyi və yeni investisiya imkanlarının qiymətləndirilməsində maraqlı olduğu bildirilib.

Söhbət zamanı Çində ağıllı şəbəkələrin inkişafı, “yeni enerji sistemi”nin formalaşdırılması və rəqəmsal transformasiyanın gücləndirilməsi, data mərkəzləri və Sİ-nin enerji ilə təminatında bərpa olunan enerjinin payının artırılması kimi elektrik enerjisi sahəsində qəbul edilmiş yeni siyasətlər, eləcə də qlobal enerji və sənaye dəyər zəncirlərinin üzləşdiyi çağırışlara dair fikir mübadiləsi aparılıb.

Azərbaycan və Çin arasında nəhəng enerji layihələri: 2 QVt-lıq dəniz külək stansiyası müzakirə edilib Azərbaycan və Çin arasında nəhəng enerji layihələri: 2 QVt-lıq dəniz külək stansiyası müzakirə edilib Azərbaycan və Çin arasında nəhəng enerji layihələri: 2 QVt-lıq dəniz külək stansiyası müzakirə edilib
Məqalədə: #Bakı #Pərviz Şahbazov Çin şirkəti ilə 2 QVt-lıq külək enerjisi layihəsini müzakirə etdi #AzerVoice: Azərbaycan və PowerChina arasında yeni enerji sazişləri gündəmdədir #Çin texnologiyası Azərbaycan şəbəkəsində: Günəş enerjisinin inteqrasiyası sürətlənir #Ağıllı şəbəkələr və yaşıl enerji: Nazirlik Çin nəhəngi ilə gələcək planları açıqladı #Pərviz Şahbazov: Çin institutunun şəbəkə tədqiqatları inteqrasiya üçün mühümdür #Azərbaycanın bərpa olunan enerji bazarı Çin investorlarının diqqət mərkəzindədir

Mövzu üzrə digər xəbərlər

İraq Türkiyəyə "su qarşılığında neft" nəqlini azaltdı - Gündəlik limit 33 min barelə endirildi
Neft və qaz

İraq Türkiyəyə "su qarşılığında neft" nəqlini azaltdı - Gündəlik limit 33 min barelə endirildi

10 Sentyabr 14:02
Azərbaycan və Əlcəzair enerji əməkdaşlığını müzakirə edib
Energetika

Azərbaycan və Əlcəzair enerji əməkdaşlığını müzakirə edib

8 Sentyabr 17:00
İraqın Basra neft markaları həftə ərzində 10 faizdən çox bahalaşıb
İraq

İraqın Basra neft markaları həftə ərzində 10 faizdən çox bahalaşıb

5 Sentyabr 15:52
Hörmüz boğazından neft tədarükünün əvvəlki həcmi bərpa olunub - Tramp
Neft və qaz

Hörmüz boğazından neft tədarükünün əvvəlki həcmi bərpa olunub - Tramp

3 Sentyabr 16:37

Son Xəbərlər

CENTCOM komandanı Səudiyyə Ərəbistanına gəlib
CENTCOM komandanı Səudiyyə Ərəbistanına gəlib
19:47
İsrail ordusu Hizbullahın imkanlarını bərpa etməsinə imkan verməyəcəyini bildirib
İsrail ordusu Hizbullahın imkanlarını bərpa etməsinə imkan verməyəcəyini bildirib
19:11
Təkcə 86 milyona deyil, gələcək nəsillərə qarşı da məsuliyyət daşıyırıq - Rəcəb Tayyib Ərdoğan
Təkcə 86 milyona deyil, gələcək nəsillərə qarşı da məsuliyyət daşıyırıq - Rəcəb Tayyib Ərdoğan
18:59
Yəməndə qiymət artımı və yeni köç böhranı gözlənilir
Yəməndə qiymət artımı və yeni köç böhranı gözlənilir
18:34
Misir Menkaura piramidasını müvəqqəti bağlayır
Misir Menkaura piramidasını müvəqqəti bağlayır
18:17
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.