10 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
ArabAZ Cəmiyyət Filmoskop
Filmoskop

Venesiyada 23 dəqiqəlik alqış - 5 yaşlı Hind Rəcəbin faciəsi dünya kinosunun mərkəzində

Tunisli rejissor Kauzer Ben Hanianın Qəzzada həlak olan 5 yaşlı Hind Rəcəbin son anlarından bəhs edən "The Voice of Hind Rajab" (Hind Rəcəbin Səsi) filmi beynəlxalq aləmdə böyük əks-səda doğurub. 82-ci Venesiya Beynəlxalq Film Festivalında dünya premyerası keçirilən ekran əsəri festival tarixinin ən uzunmüddətli – tam 23 dəqiqəlik ayaqüstü alqışına səhnə olub. Bununla da film, 2006-cı ildə Kannda "Panın Labirinti" filminə məxsus olan 22 dəqiqəlik rekordu geridə qoyub.

12 Aprel 2026 12:00
Venesiyada 23 dəqiqəlik alqış - 5 yaşlı Hind Rəcəbin faciəsi dünya kinosunun mərkəzində

BAKI,VOA, Orxan Qədirzadə

Tunisli rejissor Kauzer Ben Hanianın Qəzzada həlak olan 5 yaşlı Hind Rəcəbin son anlarından bəhs edən "The Voice of Hind Rajab" (Hind Rəcəbin Səsi) filmi beynəlxalq aləmdə böyük əks-səda doğurub.

82-ci Venesiya Beynəlxalq Film Festivalında dünya premyerası keçirilən ekran əsəri festival tarixinin ən uzunmüddətli – tam 23 dəqiqəlik ayaqüstü alqışına səhnə olub. Bununla da film, 2006-cı ildə Kannda "Panın Labirinti" filminə məxsus olan 22 dəqiqəlik rekordu geridə qoyub.

Orijinal səs yazıları üzərində qurulan əsər

Film 29 yanvar 2024-cü ildə İsrail ordusunun hücumu zamanı ailə üzvləri ilə birlikdə avtomobildə hədəf alınan Hind Rəcəbin real hekayəsinə əsaslanır. Avtomobil 300-dən çox güllə ilə atəşə tutularkən ailənin 5 üzvü yerindəcə həlak olub. 5 yaşlı Hind isə sağ qalaraq təxminən üç saat ərzində Fələstin Qızıl Aypara Cəmiyyətinin könüllüləri ilə telefon əlaqəsində olub və yardım istəyib.

Rejissor Ben Hania filmdə həmin dəhşətli anların orijinal səs yazılarını istifadə edib. Ekran işində zorakılıq səhnələri nümayiş etdirilməsə də, balaca qızın "Çox qorxuram, nə olar gəlib məni götürün" yalvarışları tamaşaçılara sarsıdıcı təsir bağışlayır.

Layihə beynəlxalq kino ictimaiyyətinin ən nüfuzlu simaları tərəfindən dəstəklənib. Bred Pitt, Xoakin Feniks, Runi Mara, Alfonso Kuaron və Conatan Qleyzer kimi ulduzlar filmin icraçı prodüserləri qismində çıxış ediblər. Venesiyadakı nümayiş zamanı aktyorlar səhnəyə Hindin fotoşəklini çıxarıb, zalda isə "Azad Fələstin" şüarları səsləndirilib.

Filmin aktrisası Saja Kilani mətbuat konfransında Hindin səsinin son iki ildə öldürülən on minlərlə uşağın səsi olduğunu vurğulayıb.

Məqalədə: #Qəzza müharibəsi #Xoakin Feniks #Hind Rəcəb (Hind Rajab) #Venedik Film Festivalı #Kaouther Ben Hania #23 dəqiqəlik alqış #Fələstin Qızıl Aypara #beynəlxalq film rekordları #Hind Rəcəbin hekayəsindən bəhs edən film 2026 #Venedik festivalında ən uzun alqışlanan film hansıdır? #The Voice of Hind Rajab filminin prodüserləri kimlərdir? #5 yaşlı fələstinli qızın avtomobildə son səs yazısı #Qəzzadakı uşaq qətliamlarına dair sənədli-dram filmləri #Kaouther Ben Hanianın Venedikdəki yeni filmi haqqında məlumat

Mövzu üzrə digər xəbərlər

Venesiya Film Festivalında nümayiş olunacaq 6 ərəb filmi hansılardır?
Filmoskop

Venesiya Film Festivalında nümayiş olunacaq 6 ərəb filmi hansılardır?

6 Sentyabr 10:00
Sərhədləri aşan gülüş: "Meksika təcrübəsi" filminin pərdəarxası
Filmoskop

Sərhədləri aşan gülüş: "Meksika təcrübəsi" filminin pərdəarxası

16 Avqust 10:00
The Odyssey – 2026-cı ilin ən möhtəşəm filmi
Filmoskop

The Odyssey – 2026-cı ilin ən möhtəşəm filmi

2 Avqust 14:00
Terminator filminin dərin analizi, ideoloji kodları və gizli məqamları
Filmoskop

Terminator filminin dərin analizi, ideoloji kodları və gizli məqamları

2 Avqust 12:00

Son Xəbərlər

İraq Hizbullahınnı Sinqapurda terror  planı ifşa olunub
İraq Hizbullahınnı Sinqapurda terror planı ifşa olunub
17:03
Ombudsmanın Milli Preventiv Mexanizm fəaliyyəti çərçivəsində yetkinlik yaşına çatmayanlar üçün penitensiar müəssisəyə başçəkmə həyata keçirilib
Ombudsmanın Milli Preventiv Mexanizm fəaliyyəti çərçivəsində yetkinlik yaşına çatmayanlar üçün penitensiar müəssisəyə başçəkmə həyata keçirilib
17:01
Qəddafi dövründə qəbul edilən və Liviya məhkəməsi tərəfindən ləğv edilən "Cihad Vergisi" nədir?
Qəddafi dövründə qəbul edilən və Liviya məhkəməsi tərəfindən ləğv edilən "Cihad Vergisi" nədir?
16:45
İsraildə seçkilər başlayır - təxribat riski artıb - Rufiz Hafizoğlu
İsraildə seçkilər başlayır - təxribat riski artıb - Rufiz Hafizoğlu
15:56
Əlcəzair BƏƏ ilə diplomatik əlaqələri kəsdiyini elan etdi
Əlcəzair BƏƏ ilə diplomatik əlaqələri kəsdiyini elan etdi
15:24
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.