5 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi İnnovasiyalar
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Yuxuyozma
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ İslam və Tarix Tarixdə bu gün
Tarixdə bu gün

Bu gün İtaliya Almaniyaya müharibə elan etdi

Mussolininin hakimiyyətdən devrilməsi və iyul ayında faşist rejiminin süqutundan sonra, İtaliyanın yeni hökumət başçısı - kral III Viktor Emanuelin tapşırığı ilə hakimiyyəti ələ alan general Pyetro Badolyo - Müttəfiqlərin baş komandanı General Duayt Eyzenhauerlə İtaliyanın şərti kapitulyasiyası barədə danışıqlara başladı.

13 Oktyabr 2025 08:00
Bu gün İtaliya Almaniyaya müharibə elan etdi

BAKI,AzerVoice

1943-cü ilin 13 oktyabrında İtaliya hökuməti özünün keçmiş müttəfiqi olan Almaniyaya müharibə elan edərək, müttəfiqlərin tərəfinə keçdiyini bəyan etdi.

Mussolininin hakimiyyətdən devrilməsi və iyul ayında faşist rejiminin süqutundan sonra, İtaliyanın yeni hökumət başçısı - kral III Viktor Emanuelin tapşırığı ilə hakimiyyəti ələ alan general Pyetro Badolyo - Müttəfiqlərin baş komandanı General Duayt Eyzenhauerlə İtaliyanın şərti kapitulyasiyası barədə danışıqlara başladı.

Bu razılaşma 8 sentyabr 1943-cü ildə qüvvəyə mindi: yeni hökumət Müttəfiqlərə Cənubi İtaliyadakı Salerno bölgəsinə eniş etməyə icazə verdi. Məqsəd – alman qoşunlarını yarımada boyunca geriyə sıxışdırmaq idi.

Lakin Almaniya da dərhal hərəkətə keçdi. Hitler, Mussolini zəifləməyə başladığı andan etibarən, İtaliyanın işğalı üçün “Ox Əməliyyatı” adlı plan hazırlamışdı. Sentyabrın 8-də İtaliya təslim olduqda, Alman qoşunları Romaya daxil oldu. Bu zaman Badolyo və kral ailəsi Brindizi şəhərinə (Cənub-Şərqi İtaliya) qaçaraq, yeni antifaşist hökumət formalaşdırdı.

13 oktyabrda Badolyo Eyzenhauer ilə əldə olunan razılaşmanın növbəti mərhələsini icraya başladı - İtaliya ordusu artıq Müttəfiqlərlə birlikdə Almanlara qarşı döyüşməyə başladı.

Lakin əməliyyatlar çox ləng irəliləyirdi. Britaniyalı bir generalın sözləri ilə desək, bu, “İtaliya ilə ağır irəliləyiş” idi. Pis hava şəraiti, əməliyyatın çox cənubdan başlanması və “möhkəmlənmə” strategiyası - yəni hər bir azad edilmiş ərazidə bazaların yaradılması - Romaya doğru irəliləyişi ləngitdi.

Nəhayət, Roma azad edildikdən sonra, general Badolyo İtaliyanın faşist keçmişindən tam qurtulması üçün son bir addım atdı - vəzifəsindən istefa verdi.

Məqalədə: #Roma #Adolf Hitler #Hitler və SSRİ müharibəsi #Hitlerin ölüm dəstəsi #Benito Mussolini Kimdir? #Benito Mussolini #Duayt Eyzenhauer #Mussolini #İtaliya Almaniyaya müharibə elan etdi #Pyetro Badolyo #III Viktor Emanuelin

Mövzu üzrə digər xəbərlər

Bu gün Paris dörd illik nasist işğalından azad olundu
Tarixdə bu gün

Bu gün Paris dörd illik nasist işğalından azad olundu

25 Avqust 10:55
Bu gün Havay ABŞ-ın 50-ci ştatına çevrildi
Tarixdə bu gün

Bu gün Havay ABŞ-ın 50-ci ştatına çevrildi

21 Avqust 03:00
Tarixdə bu gün – 19 Avqust
Tarixdə bu gün

Tarixdə bu gün – 19 Avqust

19 Avqust 00:01
Hitlerin qətlə yetirdiyi Afrikalı müsəlmanlar haqqında nə bilirik?
Hərb tarixi: Döyüş xronikası

Hitlerin qətlə yetirdiyi Afrikalı müsəlmanlar haqqında nə bilirik?

14 Avqust 09:00

Son Xəbərlər

İordaniyada daxili  turizmi  təşviq etmək üçün pulsuz turlar təşkil edilir
İordaniyada daxili turizmi təşviq etmək üçün pulsuz turlar təşkil edilir
15:53
İraqın Basra neft markaları həftə ərzində 10 faizdən çox bahalaşıb
İraqın Basra neft markaları həftə ərzində 10 faizdən çox bahalaşıb
15:52
İraq buğda və xurma istehsalında tam özünütəminata nail olub
İraq buğda və xurma istehsalında tam özünütəminata nail olub
15:42
Şarja İrs İnstitutunun direktoru ADIHEX 2026 sərgisini ziyarət edib
Şarja İrs İnstitutunun direktoru ADIHEX 2026 sərgisini ziyarət edib
14:57
BƏƏ və Lesoto ikitərəfli əməkdaşlığın genişləndirilməsini müzakirə edib
BƏƏ və Lesoto ikitərəfli əməkdaşlığın genişləndirilməsini müzakirə edib
14:26
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi İnnovasiyalar
  • Digər Dövlətlər

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.