5 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi İnnovasiyalar
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Yuxuyozma
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ İslam və Tarix Tarixdə bu gün
Tarixdə bu gün

Bu gün Kennedi Kubaya gizli blokada planı hazırladı

Kennedinin komandası üç əsas variant üzərində düşünürdü:

20 Oktyabr 2025 05:00
Bu gün Kennedi Kubaya gizli blokada planı hazırladı

BAKI,AzerVoice

1962-ci ilin 20 oktyabrında Ağ Evdə akkreditə olunmuş jurnalistlərə bildirildi ki, guya Prezident Con F. Kennedinin soyuqlayıb. Əslində isə o, Kubaya qarşı blokadanın tətbiqi qərarını verməzdən əvvəl məsləhətçiləri ilə gizli görüşlər keçirirdi.

Kennedinin həmin gün Sietldə keçirilən “Century 21” Dünya Sərgisinə qatılması planlaşdırılmışdı. Lakin onun mətbuat katibi prezidentin “yuxarı tənəffüs yolları infeksiyasına” yoluxduğunu elan etdi. Bundan sonra Kennedi Vaşinqtona geri uçdu və guya soyuqlamadan sağalmaq üçün müalicəyə başladı.

Dörd gün əvvəl Kennedi rusların (SSRİ) Kuba adasında 40 ballistik raket bazası inşa etdiyini göstərən fotoşəkil sübutlarını görmüşdü - bu bazalar ABŞ-a birbaşa hücum məsafəsində idi. Prezidentin guya “dincəlməsi” əslində, sovetlərin bu addımına cavab strategiyasını müəyyənləşdirmək üçün keçirilən uzun və gizli müşavirə idi.

Kennedinin komandası üç əsas variant üzərində düşünürdü:

  1. Sovetlərlə danışıqlara başlamaq və raketlərin çıxarılmasını tələb etmək;
  2. Kubadakı raket bazalarını bombalamaq;
  3. Adanı dəniz blokadasına almaq.

Prezident üçüncü varianta üstünlük verdi - Kubanı blokadaya almaq qərarına gəldi və yalnız zərurət yaranarsa, hava zərbələrinin endiriləcəyini bildirdi.

Blokada 21 oktyabrda başladı. Ertəsi gün Kennedi xalqa müraciət edərək vəziyyət barədə məlumat verdi və Sovet İttifaqının rəhbəri Nikita Xruşşovu raketləri çıxarmağa çağırdı, əks halda ABŞ-ın cavab tədbirlərinə məruz qalacağı barədə xəbərdarlıq etdi.

Xruşşov isə cavab olaraq, içində hərbi yüklər ola biləcək əlavə gəmiləri Kubaya göndərdi və raket bazalarının tikintisinin davam etməsinə icazə verdi. Növbəti altı gün ərzində - tarixə “Kuba Raket Böhranı” kimi düşən bu gərginlik dövründə - dünya nüvə müharibəsinin astanasına gəlib çıxdı. Hər iki lider teleqram və məktublar vasitəsilə gərgin diplomatik danışıqlar aparırdı.

28 oktyabrda Kennedi və Xruşşov nəhayət razılığa gəldilər. Hər iki tərəf ehtiyatla da olsa, kollektiv bir rahatlıq nəfəsi aldı. Sovetlər Kubadakı raket bazalarını sökdülər, Kennedi isə bunun müqabilində ABŞ-ın Türkiyədəki raket bazalarının bağlanmasına razılaşdı.

Məqalədə: #Tarixdə bu gün #SSRİ #SSRİ İkinci Dünya müharibəsi #SSRİ bioloji silah proqramı #Con F. Kennedi #Kuba raket böhranı #Century 21 #Nikita Xruşşov

Mövzu üzrə digər xəbərlər

Tarixdə bu gün - 5 Sentyabr
Tarixdə bu gün

Tarixdə bu gün - 5 Sentyabr

00:01
Tarixdə bu gün – 4 Sentyabr
Tarixdə bu gün

Tarixdə bu gün – 4 Sentyabr

4 Sentyabr 00:01
Tarixdə bu gün - 3 Sentyabr
Tarixdə bu gün

Tarixdə bu gün - 3 Sentyabr

3 Sentyabr 00:01
Tarixdə bu gün - 2 Sentyabr
Tarixdə bu gün

Tarixdə bu gün - 2 Sentyabr

2 Sentyabr 00:01

Son Xəbərlər

"Qara Sentyabr" əməliyyatından Kemp-Devid zirvəsinə: 5 sentyabrda Yaxın Şərqdə nə baş verdi?
"Qara Sentyabr" əməliyyatından Kemp-Devid zirvəsinə: 5 sentyabrda Yaxın Şərqdə nə baş verdi?
03:00
Tarixdə bu gün - 5 Sentyabr
Tarixdə bu gün - 5 Sentyabr
00:01
İran ABŞ və Avropanın nüvə məsələsini BMT Təhlükəsizlik Şurasına çıxarmaq cəhdini pisləyib
İran ABŞ və Avropanın nüvə məsələsini BMT Təhlükəsizlik Şurasına çıxarmaq cəhdini pisləyib
4 Sentyabr 22:24
Qətər İranın Rəs Laffan hücumu ilə bağlı iddialarını təkzib edib
Qətər İranın Rəs Laffan hücumu ilə bağlı iddialarını təkzib edib
4 Sentyabr 22:00
ABŞ və Çin sentyabrda süni intellekt təhlükəsizliyi üzrə danışıqlara hazırlaşır
ABŞ və Çin sentyabrda süni intellekt təhlükəsizliyi üzrə danışıqlara hazırlaşır
4 Sentyabr 21:42
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi İnnovasiyalar
  • Digər Dövlətlər

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.