6 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi innovasiyalar
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Yuxuyozma
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ İslam və Tarix Tarixdə bu gün
Tarixdə bu gün

Bu gün ABŞ Prezidenti Corc Buş Somaliyə uğursuz hücum əmrini verdi

ABŞ Prezidenti Corc H. V. Buş Somalinin vətəndaş müharibəsi və qida çatışmazlığı yaşanan bölgələrində humanitar yardımın çatdırılmasını təmin etmək məqsədilə 28 min ABŞ hərbçisinin ölkəyə göndərilməsi barədə göstəriş verib. Prezident əməliyyatı “Tanrının işi” adlandıraraq Somaliyə yardım edilmədiyi təqdirdə bir milyondan çox insanın ölüm təhlükəsi ilə üzləşəcəyini bildirib.

4 Dekabr 2025 09:00
Bu gün ABŞ Prezidenti Corc Buş Somaliyə uğursuz hücum əmrini verdi

BAKI, AzerVoice, Orxan Qədirzadə

ABŞ Prezidenti Corc H. V. Buş Somalinin vətəndaş müharibəsi və qida çatışmazlığı yaşanan bölgələrində humanitar yardımın çatdırılmasını təmin etmək məqsədilə 28 min ABŞ hərbçisinin ölkəyə göndərilməsi barədə göstəriş verib. Prezident əməliyyatı “Tanrının işi” adlandıraraq Somaliyə yardım edilmədiyi təqdirdə bir milyondan çox insanın ölüm təhlükəsi ilə üzləşəcəyini bildirib.

Buş vurğuladı ki, ABŞ qüvvələrinin missiyası müddətsiz deyil və “zərurət bitən kimi ölkəni tərk edəcək.”
Lakin qısa müddətli humanitar əməliyyat kimi planlaşdırılan kontingent tezliklə Somalidəki siyasi qarşıdurmaya daxil olub və kampaniya 15 ay davam edib. Missiya 1993-cü ildə Prezident Bill Klinton tərəfindən dayandırılıb.

1992-ci ildə qəbilələrarası müharibə, dövlət strukturlarının dağılması və əsrin ən ağır quraqlıqlarından biri nəticəsində Somali əhalisinin dörddə biri aclıq təhlükəsi ilə üz-üzə qalmışdı. BMT avqust ayında sülhməramlı əməliyyat başladaraq ərzaq və tibbi yardımın paylanmasını təmin etməyə çalışsa da, qarşıdurmalar davam etdiyi üçün missiya uğursuz olmuşdu.

Dekabrın 4-də vəziyyətin kritik həddə çatması fonunda Prezident Buş bölgəyə ABŞ qoşunlarının göndərilməsi barədə qərar verib. Beş gün sonra dəniz piyadaları “Ümidin Bərpası” (Operation Restore Hope) əməliyyatının ilk mərhələsi çərçivəsində Somaliyə daxil olub.

ABŞ və beynəlxalq qüvvələrin dəstəyi ilə humanitar yardımın paylanmasına nail olunsa da, davam edən müharibə və siyasi həll planının olmaması əməliyyatın uzanmasına səbəb olub. Prezident Klinton vəzifəyə başladıqdan sonra amerikalı hərbçilərin geri qaytarılmasını prioritet elan etsə də, vəziyyət daha da gərginləşib.

1993-cü ilin iyununda Pakistanlı 24 sülhməramlı əsgərin Mogadişuda general Məhəmməd Aydidin qüvvələri tərəfindən qətlə yetirilməsindən sonra ABŞ və BMT, Aydidi həbs etmək üçün genişmiqyaslı əməliyyata başlaıb.

Avqust ayında Delta Force və ABŞ Reyncerləri daxil olmaqla 400 xüsusi təyinatlı hərbçi Mogadişuya göndərilib. 3–4 oktyabr tarixlərində həyata keçirilən uğursuz əməliyyat zamanı 18 ABŞ hərbçisi həlak olub, 84-ü yaralanıb. 17 saat davam edən toqquşmalar Vyetnam müharibəsindən bəri ABŞ ordusunun ən qanlı döyüşü kimi tarixə düşüb. Tərəflər arasında 1 000-dək Somali sakininin öldürüldüyü bildirilir.

Hadisədən üç gün sonra Prezident Klinton ABŞ qoşunlarının tam çıxarılması barədə qərar verib. 1994-cü il martın 25-də son amerikalı hərbçilər Somali ərazisini tərk edib. BMT-nin 20 minlik kontingenti isə “dövlət quruculuğu” məqsədilə ölkədə qalsa da, 1995-ci ildə həmin qüvvələr də geri çəkilib. Somalidə siyasi gərginlik və qəbilələrarası toqquşmalar XXI əsrə qədər davam edib.

Məqalədə: #ABŞ prezidenti Buş Somaliyə hərbi qüvvə göndərdi #Corc Buşun əmri ilə ABŞ Somali əməliyyatına start verib #Vaşinqton Somalidə humanitar əməliyyata başlayır #ABŞ Somaliyə müdaxilə edir: Buşdan gözlənilməz qərar #Buş Somaliyə hərbi missiyanı zəruri qədər davam etdirəcəyini bildirir #ABŞ Somalidə aclığın qarşısını almaq üçün əməliyyat başlatdı #Somalidə humanitar böhran: ABŞ ordusu bölgəyə göndərildi #ABŞ Somaliyə qoşun yeridir — Buş əmri təsdiqlədi #Corc Buş Somalidə Ümidin Bərpası əməliyyatına start verdi #ABŞ Somaliyə 28 min əsgər göndərir — Prezident Buşdan tarixi qərar #Somalidə aclıq böhranı: ABŞ humanitar əməliyyatla müdaxilə edir #ABŞ Somaliya əməliyyatı #Corc Buş Somaliya qərarı #Operation Restore Hope #Somalidə aclıq böhranı #ABŞ ordusu Afrikada #Humanitar müdaxilə Somaliya #1992 Somali əməliyyatı #ABŞ dəniz piyadaları Somaliyə eniş #BMT Somaliya missiyası #Somalidə vətəndaş müharibəsi #Somalidə qida çatışmazlığına görə ABŞ hansı addımları atdı? #Somali böhranının ABŞ xarici siyasətinə təsiri #Operation Restore Hope zamanı ölən və yaralananların sayı

Mövzu üzrə digər xəbərlər

Hava piratlığı, hərbi basqınlar və diplomatik masalar: 6 sentyabrda nələr dəyişdi?
Tarixdə bu gün

Hava piratlığı, hərbi basqınlar və diplomatik masalar: 6 sentyabrda nələr dəyişdi?

00:10
Tarixdə bu gün - 6 Sentyabr
Tarixdə bu gün

Tarixdə bu gün - 6 Sentyabr

00:01
"Qara Sentyabr" əməliyyatından Kemp-Devid zirvəsinə: 5 sentyabrda Yaxın Şərqdə nə baş verdi?
Tarixdə bu gün

"Qara Sentyabr" əməliyyatından Kemp-Devid zirvəsinə: 5 sentyabrda Yaxın Şərqdə nə baş verdi?

5 Sentyabr 03:00
Tarixdə bu gün - 5 Sentyabr
Tarixdə bu gün

Tarixdə bu gün - 5 Sentyabr

5 Sentyabr 00:01

Son Xəbərlər

Hava piratlığı, hərbi basqınlar və diplomatik masalar: 6 sentyabrda nələr dəyişdi?
Hava piratlığı, hərbi basqınlar və diplomatik masalar: 6 sentyabrda nələr dəyişdi?
00:10
Tarixdə bu gün - 6 Sentyabr
Tarixdə bu gün - 6 Sentyabr
00:01
İsrailin Livana hücumları 2023-cü ildən bəri 9 minə yaxın insanın ölümünə səbəb olub
İsrailin Livana hücumları 2023-cü ildən bəri 9 minə yaxın insanın ölümünə səbəb olub
5 Sentyabr 22:32
“OpenAI” gözlənilməz süni intellekt davranışları barədə xəbərdarlıq edib
“OpenAI” gözlənilməz süni intellekt davranışları barədə xəbərdarlıq edib
5 Sentyabr 22:21
Berlində haker hücumundan sonra böhran tədbirləri başladılıb
Berlində haker hücumundan sonra böhran tədbirləri başladılıb
5 Sentyabr 22:14
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi innovasiyalar
  • Digər Dövlətlər

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.