5 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi İnnovasiyalar
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Yuxuyozma
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ İslam və Tarix Tarixdə bu gün
Tarixdə bu gün

Bu gün Uinston Çörçill Baş Nazir postundan istefa verdi

Çörçillin istefası Britaniya tarixində bir dövrün sonu kimi qəbul edilir.

5 Aprel 2026 02:00
Bu gün Uinston Çörçill Baş Nazir postundan istefa verdi

BAKI,VOA, Orxan Qədirzadə

5 aprel 1955-ci il tarixində Britaniyanın ən qüdrətli dövlət xadimlərindən biri, İkinci Dünya müharibəsi zamanı ölkəsini və müttəfiqləri qələbəyə aparan Sir Uinston Leonard Spenser Çörçill 80 yaşında baş nazir vəzifəsindən istefa verdi.

Çörçillin istefası Britaniya tarixində bir dövrün sonu kimi qəbul edilir. O, təkcə hərbi lider kimi deyil, həm də ədəbiyyat üzrə Nobel mükafatçısı və mahir natiq kimi dünya yaddaşında dərin iz qoyub.

Uinston Çörçillin həyatı və siyasi yolu

1874-cü ildə Blenhaym sarayında doğulan Çörçill hərbi karyerasına 1895-ci ildə başlayıb. Hindistan, Sudan və Cənubi Afrikada xidmət edərək döyüşlərdə fərqlənib. 1900-cü ildə Parlamentə seçilərək siyasi arenaya addım atıb.

1911-ci ildə Admirallığın Birinci Lordu təyin edilib. Lakin 1915-ci ildə uğursuz Qallipoli (Çanaqqala) əməliyyatına görə məsuliyyət daşıyaraq hökumətdən uzaqlaşdırılıb.

1930-cu illərdə Nasist Almaniyasının təhlükəsi barədə etdiyi xəbərdarlıqlara məhəl qoyulmasa da, müharibə başlayandan 8 ay sonra Nevill Çemberleni əvəz edərək baş nazir oldu.

Britaniyanın təkbaşına Almaniyaya qarşı dayandığı ən ağır illərdə o, xalqını müqavimətə səfərbər etdi. Ruzvelt və Stalinlə ittifaq quraraq Berlin-Roma-Tokio qüvvələrinin məğlub edilməsində həlledici rol oynadı.

Son illər və miras

1945-ci ildə seçkiləri uduzsa da, 1951-ci ildə yenidən baş nazir seçildi. 1953-cü ildə Kraliça II Elizabet tərəfindən cəngavər rütbəsinə layiq görüldü və ədəbiyyat üzrə Nobel mükafatını qazandı. 1955-ci ildə vəzifədən getsə də, 1964-cü ilə qədər Parlament üzvü olaraq qaldı.

Məqalədə: #İkinci Dünya Müharibəsi #Uinston Çörçill #Britaniya parlamenti #Britaniya Baş Naziri #Nobel Ədəbiyyat Mükafatı #5 aprel tarixi #Uinston Çörçillin 1955-ci il istefasının səbəbləri #Çörçillin hərbi karyerası və Qallipoli əməliyyatı #Britaniya tarixində ən təsirli baş nazirlər #Çörçill və İkinci Dünya müharibəsindəki qələbə strategiyası #Nobel mükafatı alan dövlət xadimləri siyahısı #Tarixdə bu gün baş verən mühüm hadisələr - 5 aprel

Mövzu üzrə digər xəbərlər

Hakimiyyət mübarizələri və hərbi toqquşmalar - 27 avqustda ərəb dövlətlərində nə baş verdi?
Tarixdə bu gün

Hakimiyyət mübarizələri və hərbi toqquşmalar - 27 avqustda ərəb dövlətlərində nə baş verdi?

27 Avqust 03:00
Diplomatik dönüşlər və hərbi toqquşmalar -26 avqustda ərəb dövlətlərində nə baş verdi?
Tarixdə bu gün

Diplomatik dönüşlər və hərbi toqquşmalar -26 avqustda ərəb dövlətlərində nə baş verdi?

26 Avqust 03:00
Yaponiya imperatoru Hirohitonun müharibədən məğlubiyyətə uzanan yolu
Hərb tarixi: Döyüş xronikası

Yaponiya imperatoru Hirohitonun müharibədən məğlubiyyətə uzanan yolu

18 Avqust 06:00
Hitlerin qətlə yetirdiyi Afrikalı müsəlmanlar haqqında nə bilirik?
Hərb tarixi: Döyüş xronikası

Hitlerin qətlə yetirdiyi Afrikalı müsəlmanlar haqqında nə bilirik?

14 Avqust 09:00

Son Xəbərlər

"Qara Sentyabr" əməliyyatından Kemp-Devid zirvəsinə: 5 sentyabrda Yaxın Şərqdə nə baş verdi?
"Qara Sentyabr" əməliyyatından Kemp-Devid zirvəsinə: 5 sentyabrda Yaxın Şərqdə nə baş verdi?
03:00
Tarixdə bu gün - 5 Sentyabr
Tarixdə bu gün - 5 Sentyabr
00:01
İran ABŞ və Avropanın nüvə məsələsini BMT Təhlükəsizlik Şurasına çıxarmaq cəhdini pisləyib
İran ABŞ və Avropanın nüvə məsələsini BMT Təhlükəsizlik Şurasına çıxarmaq cəhdini pisləyib
4 Sentyabr 22:24
Qətər İranın Rəs Laffan hücumu ilə bağlı iddialarını təkzib edib
Qətər İranın Rəs Laffan hücumu ilə bağlı iddialarını təkzib edib
4 Sentyabr 22:00
ABŞ və Çin sentyabrda süni intellekt təhlükəsizliyi üzrə danışıqlara hazırlaşır
ABŞ və Çin sentyabrda süni intellekt təhlükəsizliyi üzrə danışıqlara hazırlaşır
4 Sentyabr 21:42
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi İnnovasiyalar
  • Digər Dövlətlər

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.