6 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi innovasiyalar
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Yuxuyozma
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ İslam və Tarix Tarixdə bu gün
Tarixdə bu gün

Bu gün Roma şəhərinin əsası qoyuldu

Bu gün dünya tarixində mühüm hadisələrdən biri – Roma şəhərinin əsasının qoyulması günü kimi qeyd olunur.

21 Aprel 2026 03:00
Bu gün Roma şəhərinin əsası qoyuldu

BAKI,VOA, Orxan Qədirzadə

Bu gün dünya tarixində mühüm hadisələrdən biri – Roma şəhərinin əsasının qoyulması günü kimi qeyd olunur.

Rəvayətlərə görə, Romul və onun əkiz qardaşı Rem eramızdan əvvəl 753-cü ilin 21 aprelində Roma şəhərinin əsasını qoyublar. Bu tarix qədim Roma alimi Mark Terentsi Varro tərəfindən müəyyən edilib və tarixşünaslıqda geniş qəbul olunub.

Rəvayətə əsasən, Romul və Rem Alba Lonqa şəhərinin hökmdarı Numitorun nəvələri idi. Onların anası Rea Silvia hakimiyyət uğrunda mübarizənin qurbanı olaraq məcburi şəkildə rahibə həyatına sürüklənsə də, müharibə tanrısı Mars ilə əlaqəsindən sonra əkizləri dünyaya gətirib. Körpələr Tiber çayına atılsa da, möcüzəvi şəkildə xilas olaraq Palatin təpəsi yaxınlığında sahilə çıxıb və bir dişi canavar tərəfindən bəsləniblər. Daha sonra çoban Faustul tərəfindən tapılan əkizlər böyüyərək güclü liderlərə çevriliblər. Onlar əsl mənşələrini öyrəndikdən sonra Alba Lonqaya qayıdaraq Amuliusu devirmiş və babaları Numitoru yenidən taxta çıxarmışdılar. Bundan sonra isə xilas olduqları ərazidə yeni şəhər salmaq qərarına gəliblər. Lakin qardaşlar arasında yaranan mübahisə faciə ilə nəticələnib və Rem Romul tərəfindən öldürülüb. Bununla da Romul yeni şəhərin yeganə hökmdarı olub və şəhər onun adı ilə – Roma adlandırılıb.

Əhalinin artırılması məqsədilə Romul qaçqın və sürgünlərə sığınacaq verib. Qadın çatışmazlığı problemi isə qonşu Sabin tayfalarının qadınlarının qaçırılması ilə həll olunmağa çalışılıb. Bu hadisə müharibəyə səbəb olsa da, sonradan sülh əldə olunub və Roma Sabin hökmdarı Titus Tatius ilə birgə idarə olunub.

Romulun ölümündən sonra onun ilahiləşdirildiyi və Quirinus kimi sitayiş edildiyi qeyd olunur. Sonrakı dövrdə Roma yeddi hökmdar tərəfindən idarə olunub və eramızdan əvvəl 509-cu ildə respublika idarəetmə formasına keçid baş verib.

Roma ilə bağlı digər əfsanələrdə isə şəhərin mənşəyi Troya qəhrəmanı Eney ilə əlaqələndirilir. Bu rəvayət qədim yunan şairi Homer və daha sonra Roma şairi Vergili tərəfindən inkişaf etdirilərək geniş yayılıb. Eneyin nəslindən gəldiyi iddia edilən Yuli Sezar və Avqust kimi fiqurlar bu mifoloji əlaqəni siyasi legitimlik vasitəsinə çeviriblər.

Məqalədə: #Roma şəhərinin əsası #Romul və Rem əfsanəsi #qədim Roma tarixi #Roma imperiyasının başlanğıcı #Roma respublikası yaranması #Tiber çayı əfsanəsi #Palatin təpəsi tarixi

Mövzu üzrə digər xəbərlər

Hava piratlığı, hərbi basqınlar və diplomatik masalar: 6 sentyabrda nələr dəyişdi?
Tarixdə bu gün

Hava piratlığı, hərbi basqınlar və diplomatik masalar: 6 sentyabrda nələr dəyişdi?

00:10
Tarixdə bu gün - 6 Sentyabr
Tarixdə bu gün

Tarixdə bu gün - 6 Sentyabr

00:01
"Qara Sentyabr" əməliyyatından Kemp-Devid zirvəsinə: 5 sentyabrda Yaxın Şərqdə nə baş verdi?
Tarixdə bu gün

"Qara Sentyabr" əməliyyatından Kemp-Devid zirvəsinə: 5 sentyabrda Yaxın Şərqdə nə baş verdi?

5 Sentyabr 03:00
Tarixdə bu gün - 5 Sentyabr
Tarixdə bu gün

Tarixdə bu gün - 5 Sentyabr

5 Sentyabr 00:01

Son Xəbərlər

Hava piratlığı, hərbi basqınlar və diplomatik masalar: 6 sentyabrda nələr dəyişdi?
Hava piratlığı, hərbi basqınlar və diplomatik masalar: 6 sentyabrda nələr dəyişdi?
00:10
Tarixdə bu gün - 6 Sentyabr
Tarixdə bu gün - 6 Sentyabr
00:01
İsrailin Livana hücumları 2023-cü ildən bəri 9 minə yaxın insanın ölümünə səbəb olub
İsrailin Livana hücumları 2023-cü ildən bəri 9 minə yaxın insanın ölümünə səbəb olub
5 Sentyabr 22:32
“OpenAI” gözlənilməz süni intellekt davranışları barədə xəbərdarlıq edib
“OpenAI” gözlənilməz süni intellekt davranışları barədə xəbərdarlıq edib
5 Sentyabr 22:21
Berlində haker hücumundan sonra böhran tədbirləri başladılıb
Berlində haker hücumundan sonra böhran tədbirləri başladılıb
5 Sentyabr 22:14
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi innovasiyalar
  • Digər Dövlətlər

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.