7 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ İslam və Tarix Tarixdə bu gün
Tarixdə bu gün

Bu gün ABŞ-da Qadınlar Ordu Korpusunun yaradılması qanunla təsdiqləndi

1942-ci ilin 15 may tarixində ABŞ-da qadınların hərbi xidmətə cəlb edilməsi üçün qanun qüvvəyə minib

15 May 2026 03:00
Bu gün ABŞ-da Qadınlar Ordu Korpusunun yaradılması qanunla təsdiqləndi

BAKI, VOA

1942-ci ilin 15 may tarixində ABŞ-da qadınların hərbi xidmətə cəlb edilməsi üçün qanun qüvvəyə minib və bu qanun çərçivəsində Qadınlar Yardımçı Ordu Korpusu yaradılaraq qadınlara rəsmi hərbi status verilib. Bu, ABŞ hərbi tarixində qadınların rəsmi olaraq orduda iştirakına imkan açan mühüm addım hesab olunur.

1941-ci ildə Massaçusetsdən olan ilk qadın konqresmen Edith Nours Rogers qadınların qeyri-döyüş mövqelərində orduda xidmət edə bilməsi üçün qanun layihəsini təqdim etmişdi. Rogers Qırmızı Xaç, Xaricdə Qadınlar Liqası və hərbi xəstəxanalarda könüllü fəaliyyət göstərmiş, veteran xəstəxanalarına səfərlər üçün ABŞ prezidenti Uorren Q. Harding tərəfindən şəxsi nümayəndə təyin olunmuşdu.

Qanunun qəbulundan sonra minlərlə qadın qeydiyyatdan keçmiş, 1943-cü ildə isə “yardımçı” termini silinərək Qadınlar Ordu Korpusu tam hərbi hüquqlar əldə etmişdi. Qadınlar katiblikdən radio operatorluğa, elektrikçidən hava hərəkəti nəzarətçisinə qədər müxtəlif vəzifələrdə xidmət etmiş, hərbi personalın döyüşə çıxmasına imkan yaratmışdılar. Onlar Şimali Afrika və Asiya daxil olmaqla hərbi cəbhələrin demək olar ki, hər yerində iştirak etmişdilər.

1978-ci ilə qədər ABŞ ordusunda qadınlar tam cinsi inteqrasiya əldə etməyib, Qadınlar Ordu Korpusunun üzvlərinə isə 1980-ci ildə veteran hüquqları tanınmışdı. Bu qanun qadınların ABŞ ordusunda iştirakını həm hüquqi, həm də sosial baxımdan təmin edən tarixi mərhələdir.

Məqalədə: #qadın hüquqları #II Dünya Müharibəsi #Qadınlar Ordu Korpusu #Yardımçı Ordu Korpusu #ABŞ hərbi tarixi #qadınların hərbi xidməti #Edith Nours Roger #15 may 1942

Mövzu üzrə digər xəbərlər

Ciddədə qadınlara qarşı zorakılıqla mübarizədə dini liderlərin rolu müzakirə olunub
Səudiyyə Ərəbistanı

Ciddədə qadınlara qarşı zorakılıqla mübarizədə dini liderlərin rolu müzakirə olunub

14:07
Tarixdə bu gün – 31 Avqust
Tarixdə bu gün

Tarixdə bu gün – 31 Avqust

31 Avqust 00:01
Tarixdə bu gün – 26 Avqust
Tarixdə bu gün

Tarixdə bu gün – 26 Avqust

26 Avqust 00:01
Tarixdə bu gün – 17 Avqust
Tarixdə bu gün

Tarixdə bu gün – 17 Avqust

17 Avqust 00:01

Son Xəbərlər

Ford İraqda yeni rəsmi distribyutor təyin edib
Ford İraqda yeni rəsmi distribyutor təyin edib
16:04
İraqda məzhəbçi çağırış edənlər həbs ediləcək
İraqda məzhəbçi çağırış edənlər həbs ediləcək
15:58
Səudiyyə Ərəbistanı Yəməndə 863 mina və partlayıcı qurğunu zərərsizləşdirib
Səudiyyə Ərəbistanı Yəməndə 863 mina və partlayıcı qurğunu zərərsizləşdirib
15:55
"44" bədii filminin premyerasının vaxtı məlum olub
"44" bədii filminin premyerasının vaxtı məlum olub
15:47
Səudiyyə Ərəbistanı Əl-Xəfci şəhərində yeni sahil layihəsi həyata keçirəcək
Səudiyyə Ərəbistanı Əl-Xəfci şəhərində yeni sahil layihəsi həyata keçirəcək
15:34
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.