11 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
ArabAZ İslam və Tarix Tarixdə bu gün
Tarixdə bu gün

Vatikanın yaranmasından 97 il ötür

Vatikan şəhər-dövləti 1929-cu il iyunun 7-də İtaliya hökuməti ilə imzalanmış Lateran sazişi əsasında yaradılıb

7 İyun 2026 03:00
Vatikanın yaranmasından 97 il ötür

BAKI, VOA

Vatikan şəhər-dövləti 1929-cu il iyunun 7-də İtaliya hökuməti ilə imzalanmış Lateran sazişi əsasında yaradılıb. Həmin sazişə əsasən, Romanın Monte-Vatikano adlanan hissəsində müstəqil dövlət statusuna malik Vatikan formalaşdırılıb.

Roma Katolik Kilsəsinin mərkəzi və Roma Papasının rəsmi iqamətgahı olan Vatikan bu gün də dünya siyasəti və din həyatında mühüm rol oynayan xüsusi statuslu dövlət kimi fəaliyyət göstərir.

Sahəsi cəmi 44 hektar olan Vatikan dünyanın ən kiçik dövləti hesab edilir. Dövlətin əhalisi təxminən 1000 nəfərə yaxın olsa da, rəsmi daimi sakinlərin sayı 530 nəfər təşkil edir. Paytaxtı Vatikan şəhəridir.

Vatikan bütün əsas dövlət atributlarına malikdir və dünyanın əksər ölkələri ilə diplomatik münasibətlər saxlayır. Eyni zamanda, Birləşmiş Millətlər Təşkilatının üzvü olmayan yeganə Avropa dövləti kimi tanınır.

Dövlət idarəetmə formasına görə monarxiya hesab olunsa da, hakimiyyət irsi qaydada ötürülmür. Dövlətə Roma yepiskopu və Roma Papası rəhbərlik edir. Papa kardinallar kollegiyası tərəfindən seçilir və dövlət başçısı funksiyasını yerinə yetirir.

Vatikanın təhlükəsizliyi tarixən İsveçrə qvardiyası tərəfindən təmin edilir. Məlumatlara görə, qvardiyanın tərkibində 134 nəfər xidmət göstərir.

Əhali baxımından dünyanın ən kiçik ölkələrindən biri olan Vatikan hər il milyonlarla turist və zəvvar qəbul edir. Statistikaya əsasən, şəhər-dövlətə ildə 17 milyondan çox turist və zəvvar səfər edir.

Maraqlıdır ki, daimi əhalisinin az olmasına baxmayaraq, Vatikan cinayət statistikaları ilə də diqqət çəkir. Bunun əsas səbəbi ölkəyə gələn turist və zəvvarların sayının çox olmasıdır. Hüquq-mühafizə orqanlarının məlumatına görə, 2010-cu ildə turistlər və zəvvarlarla bağlı 170 cinayət işi və 1300-ə yaxın mülki iş qeydə alınıb.

Bu gün Vatikan həm katolik dünyasının mənəvi mərkəzi, həm də beynəlxalq diplomatiyada xüsusi çəkisi olan müstəqil dövlət kimi fəaliyyətini davam etdirir.

Məqalədə: #Roma papası #diplomatik əlaqələr #Vatikan #Katolik Kilsəsi #zəvvarlar #Dövlət-Şəhər #Lateran Müqaviləsi #Monte-Vatikano #Əhali Sıxlığı #İsveçrə Qvardiyası #Turistlər #Dini Mərkəz #Avropa Dövləti #Hüquq-Mühafizə

Mövzu üzrə digər xəbərlər

Qlobal fırtınalardan regional cəbhələrə: 11 sentyabrda ərəb coğrafiyasını sarsıdan 20 tarixi fakt
Tarixdə bu gün

Qlobal fırtınalardan regional cəbhələrə: 11 sentyabrda ərəb coğrafiyasını sarsıdan 20 tarixi fakt

00:10
Tarixdə bu gün - 11 sentyabr
Tarixdə bu gün

Tarixdə bu gün - 11 sentyabr

00:01
Bu gün səhra aslan Ömər əl-Muxtar əsir götürüldü
Tarixdə bu gün

Bu gün səhra aslan Ömər əl-Muxtar əsir götürüldü

10 Sentyabr 00:03
Tarixdə bu gün – 10 Sentyabr
Tarixdə bu gün

Tarixdə bu gün – 10 Sentyabr

10 Sentyabr 00:01

Son Xəbərlər

ABŞ Nümayəndələr Palatası Rusiyaya qarşı yeni sanksiyaları müzakirə edəcək
ABŞ Nümayəndələr Palatası Rusiyaya qarşı yeni sanksiyaları müzakirə edəcək
20:02
İsrail Livanın cənubuna yeni hava zərbələri endirib
İsrail Livanın cənubuna yeni hava zərbələri endirib
20:00
CENTCOM komandanı Səudiyyə Ərəbistanına gəlib
CENTCOM komandanı Səudiyyə Ərəbistanına gəlib
19:47
İsrail ordusu Hizbullahın imkanlarını bərpa etməsinə imkan verməyəcəyini bildirib
İsrail ordusu Hizbullahın imkanlarını bərpa etməsinə imkan verməyəcəyini bildirib
19:11
Təkcə 86 milyona deyil, gələcək nəsillərə qarşı da məsuliyyət daşıyırıq - Rəcəb Tayyib Ərdoğan
Təkcə 86 milyona deyil, gələcək nəsillərə qarşı da məsuliyyət daşıyırıq - Rəcəb Tayyib Ərdoğan
18:59
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.