Papa XIV Leo Livan prezidenti ilə görüşdə İsraillə qarşıdurmadan narahatlığını bildirib
Roma Papası XIV Leo Livan Prezidenti Jozef Aunla görüşüb. Görüşdə Livanla İsrail arasındakı qarşıdurma və ötən iyunda əldə edilmiş çərçivə sazişinin icrası müzakirə olunub. Vatikan sazişin həyata keçirilməsində yaranan çətinliklərdən ciddi narahatlığını bildirib. Müqəddəs Taxt-Tac razılaşmanın icrası üçün göstərilən səyləri dəstəklədiyini açıqlayıb. Jozef Aun Papaya Livana göstərdiyi dəstəyə görə təşəkkür edib. Livan prezidenti İsrail hücumlarının dayandırılmasının vacibliyini vurğulayıb. O, İsrail qüvvələrinin işğal altında saxlanılan Livan ərazilərindən çıxarılmasını tələb edib. Aun Papa XIV Leodan bu tələblərin həyata keçirilməsinə dəstəyini davam etdirməsini istəyib.
Ramin Məmmədov Vatikanın Apostol Kitabxanasının və Apostol Arxivinin rəhbəri ilə görüşüb
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov Vatikana səfəri çərçivəsində iyulun 9-da Vatikanın Apostol Kitabxanasının və Apostol Arxivinin rəhbəri Arxiyepiskop Covanni Çezare Paqatzi ilə görüşüb. Görüşdə qeyd olunub ki, Azərbaycan Respublikası ilə Müqəddəs Taxt-Tac arasında münasibətlərin möhkəm təməlini qarşılıqlı hörmət, ümumbəşəri dəyərlərə sadiqlik təşkil edir. İkitərəfli əlaqələrin inkişafında Ulu Öndər Heydər Əliyevin müəyyənləşdirdiyi xarici siyasət kursu mühüm rol oynayıb. Bu siyasət Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilərək Azərbaycan–Vatikan əməkdaşlığının yeni məzmunla zənginləşməsinə şərait yaradıb. Eyni zamanda, Birinci vitse-prezident Mehriban Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondunun Vatikanda dünya mədəni irsinin qorunması, dini və tarixi abidələrin bərpası, eləcə də sivilizasiyalararası dialoqun təşviqi istiqamətində həyata keçirdiyi layihələrin dostluq və etimadın möhkəmlənməsinə mühüm töhfə verdiyi vurğulanıb.
Papa XIV Leo ABŞ-ı immiqrasiya ənənəsinə sadiq qalmağa çağırıb
Papa XIV Leo ABŞ-ın müstəqilliyinin 250 illiyi münasibətilə amerikalılara videomüraciət edib. O, ABŞ-ın immiqrantları qəbul etmək ənənəsini yüksək qiymətləndirərək ölkəni Müstəqillik Bəyannaməsinin prinsiplərinə sadiq qalmağa çağırıb. Pontifik birlik, ədalət və sülh ideallarının qorunmasının vacibliyini vurğulayıb. O, həmçinin insan həyatının hüquqi müdafiəsini gücləndirən qanunların qəbul edilməsinin əhəmiyyətindən danışıb. Papa heç bir siyasətçinin adını çəkmədən ABŞ-ı uzunmüddətli həll yolları ətrafında birləşməyə çağırıb. Çıxış Filadelfiyadakı Milli Konstitusiya Mərkəzində videobağlantı vasitəsilə təqdim olunub. Papa tədbirdə Azadlıq Medalı ilə təltif edilib.
Roma Papası Venesuelaya 100 min avro təcili yardım ayırıb
Venesuelada baş vermiş dağıdıcı zəlzələlərdən sonra beynəlxalq humanitar yardım davam edir. Roma Papası XIV Leo zərərçəkən əhaliyə dəstək məqsədilə 100 min avro məbləğində təcili yardım ayırıb. Yardım Müqəddəs Taxt-Tacın xeyriyyə fəaliyyətini həyata keçirən Apostol Sədəqə İdarəsi vasitəsilə təqdim olunacaq. Vatikan bu vəsaitin zəlzələdən zərər çəkmiş insanların ehtiyaclarının qarşılanmasına və xilasetmə işlərinə dəstək məqsədi daşıdığını bildirib. Ayrılan məbləğin ilkin yardım paketi olduğu və gələcəkdə əlavə dəstəyin göstərilə biləcəyi də vurğulanıb. Son günlər müxtəlif dövlətlər və beynəlxalq təşkilatlar da Venesuelaya humanitar yardım və həmrəylik mesajları göndərirlər. Beynəlxalq dəstəyin artması fəlakətin nəticələrinin aradan qaldırılması istiqamətində görülən işlərə mühüm töhfə verir. Vatikanın qərarı da bu qlobal humanitar həmrəyliyin tərkib hissəsi kimi qiymətləndirilir.
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Vatikan Apostol Kitabxanası və Apostol Arxivinin rəhbəri ilə görüşüb
Heydər Əliyev Fondu ilə Vatikan arasında əməkdaşlıq yeni mərhələyə qədəm qoyur.
Vatikanın yaranmasından 97 il ötür
Vatikan şəhər-dövləti 1929-cu il iyunun 7-də İtaliya hökuməti ilə imzalanmış Lateran sazişi əsasında yaradılıb
Tramp Papa 14-cü Leonu tənqid edib, Vatikanla gərginlik artıb
ABŞ Prezidenti Donald Tramp Roma Papası Papa XIV Leo-nun açıqlamalarını tənqid edərək onun mövqeyinin dünyanı “daha az təhlükəsiz” etdiyini bildirib. Məlumata görə, yaranmış gərginlik ABŞ Dövlət katibi Marko Rubionun Vatikana planlaşdırılan səfəsi öncəsi münasibətlərin daha da həssas mərhələyə daxil olduğunu göstərir.
Vatikanda Heydər Əliyev Fondu ilə birgə layihələrin təqdimatına həsr olunan tədbir keçirilib
Vatikanda Kançelleriya Sarayında Heydər Əliyev Fondu ilə birgə həyata keçirilən layihələrin təqdimatı mərasimi olub.
Heydər Əliyev Fondu Vatikanda tarixi abidələrin bərpası üzrə yeni layihələrin icrasına başlayır
Vatikan şəhər-dövlətinin qubernatorluğu ilə Heydər Əliyev Fondu arasında müqavilə imzalanıb.
Tarixdə bu gün - 18 Aprel
18 Aprel tarixi dünya tarixində bir çox əlamətdar hadisələrlə yadda qalıb.
Papa Trampın tənqidlərinə cavab verdi: “Müharibəyə qarşı danışmağa davam edəcəyəm”
Vatikan rəhbəri Papa XIV Leo ABŞ Prezidenti Donald Trampın sərt tənqidlərinə münasibət bildirib. Qeyd olunub ki, Papa müharibələrin dayandırılması, dialoqun gücləndirilməsi və çoxtərəfli əməkdaşlığın artırılmasının vacibliyini vurğulayıb. O, günahsız insanların həyatını itirməsinin qəbuledilməz olduğunu qeyd edib.
“Əldə olunmuş nailiyyətlər Qərbi azərbaycanlıların Ermənistandakı dədə-baba yurdlarına dönəcəyinə inam yaradır” – Bəyanat
Qərbi Azərbaycan İcması ABŞ-ın vitse-prezidenti Ceyms Devid Vensin Azərbaycana gözlənilən səfəri ilə əlaqədar ona bəyanat ünvanlayıb.