5 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi İnnovasiyalar
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Yuxuyozma
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ Siyasət
Siyasət

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Vatikan Apostol Kitabxanası və Apostol Arxivinin rəhbəri ilə görüşüb

Heydər Əliyev Fondu ilə Vatikan arasında əməkdaşlıq yeni mərhələyə qədəm qoyur.

25 İyun 2026 20:44
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Vatikan Apostol Kitabxanası və Apostol Arxivinin rəhbəri ilə görüşüb

BAKI,VOA

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva ölkəmizdə səfərdə olan Vatikan Apostol Kitabxanası və Apostol Arxivinin rəhbəri arxiyepiskop Monsenyor Covanni Çezare Paqatzinin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Görüş zamanı Heydər Əliyev Fondu ilə Vatikan arasında mövcud əməkdaşlıq sahələri, o cümlədən gələcək fəaliyyət istiqamətləri müzakirə olunub.

Qeyd edək ki, Heydər Əliyev Fondu ilə Vatikan Apostol Kitabxanası və Apostol Arxivi arasında əməkdaşlıq 2012-ci ildən etibarən həyata keçirilir.

Görüşdə Heydər Əliyev Fondu ilə Vatikan Apostol Kitabxanası və Apostol Arxivi arasında mövcud əməkdaşlığın inkişaf perspektivləri, gələcəkdə həyata keçirilməsi nəzərdə tutulan layihələr və təşəbbüslər, həmçinin Vatikan arxivindəki fondların rəqəmsal mühafizəsi sahəsində birgə layihələrin həyata keçirilməsi müzakirə olunub.

Vatikan Apostol Kitabxanası və Apostol Arxivinin rəhbəri arxiyepiskop Monsenyor Covanni Çezare Paqatzi Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın ötən il Müqəddəs Taxt-Taca səfəri çərçivəsində Vatikan Apostol Kitabxanası və Apostol Arxivini ziyarət etdiyini xatırladaraq, ötən illər ərzində Azərbaycan və Vatikan arasında, eləcə də Heydər Əliyev Fondu ilə geniş əməkdaşlığın qurulduğunu bildirib.

Qonaq Azərbaycana səfəri zamanı bir sıra qurumlarda görüşlər keçirildiyini, müzakirələr zamanı Vatikan kolleksiyalarında Azərbaycanla bağlı qorunan nadir əlyazmaların müəyyənləşdirilməsi, təhlili, tərcüməsi və rəqəmsallaşdırılması məsələlərinin diqqət mərkəzində olduğunu deyib.

Bildirilib ki, Heydər Əliyev Fondu ilə Vatikan Apostol Kitabxanası və Apostol Arxivi ilə əməkdaşlıq çərçivəsində əlyazmaların bərpa edilməsi və onların rəqəmsallaşdırılmasına dair mövcud müqavilə üzrə Azərbaycanın tarixi və mədəni irsi, eləcə də türkdilli xalqların irsi ilə bağlı əhəmiyyətli əlyazmaların bərpası və rəqəmsallaşdırılması həyata keçirilib.

Ötən il Heydər Əliyev Fondu, Azərbaycan Milli Elmlər Akademiyası və Vatikan Apostol Kitabxanası və Apostol Arxivi arasında imzalanan anlaşma memorandumuna uyğun olaraq 2026-cı ildə azərbaycanlı alimlərdən ibarət nümayəndə heyətinin Vatikanda tədqiqatlar aparması nəzərdə tutulur. Tədqiqatlar Cənubi Qafqaz və Azərbaycan tarixi, eləcə də Ağqoyunlu və Səfəvi hökmdarlarının Roma papaları ilə diplomatik əlaqələrinə dair materialları əhatə edəcək.

Eyni zamanda, gələcəkdə azərbaycanlı tələbələrin Vatikanda kitabxanaçılıq və arxiv sahələri üzrə təhsil alma imkanları da müzakirə olunub.

Görüş zamanı Vatikan nümayəndə heyətinə Azərbaycan xalçası hədiyyə olunub. Qonaqlar isə Vatikan arxivində XX əsrin əvvəlində Azərbaycan tarixinə aid saxlanılan sənədin surətini hədiyyə ediblər.

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva və Vatikan Apostol Kitabxanası və Apostol Arxivinin rəhbəri arxiyepiskop Monsenyor Covanni Çezare Paqatzi, həmçinin Heydər Əliyev Mərkəzindəki sərgilərlə tanış olublar. Klassik avtomobillər sərgisinə ziyarət zamanı Heydər Əliyev Mərkəzinin direktoru, Azərbaycan Avtomobil Federasiyasının prezidenti Anar Ələkbərov müxtəlif dövrlərə aid avtomobillər barədə qonağa ətraflı məlumat verib. Daha sonra qonaqlar su ehtiyatlarının qorunmasına çağırış edən "Mənim dənizlərim, mənim okeanlarım" sərgisi ilə tanış olublar. Qeyd edək ki, Heydər Əliyev Fondu və IDEA (Ətraf Mühitin Mühafizəsi Naminə Beynəlxalq Dialoq) İctimai Birliyinin təşəbbüsü ilə təşkil edilən ekspozisiyada müasir rəssamların çirklənmə və həddindən artıq balıq ovundan tutmuş, bioloji müxtəlifliyin itirilməsinə qədər bir sıra qlobal problemləri əks etdirən əsərləri təqdim edilir. Əsərlərdə su həyatın, yenilənmənin və təsəvvürün mənbəyi kimi təsvir olunur.

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Vatikan Apostol Kitabxanası və Apostol Arxivinin rəhbəri ilə görüşüb Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Vatikan Apostol Kitabxanası və Apostol Arxivinin rəhbəri ilə görüşüb Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Vatikan Apostol Kitabxanası və Apostol Arxivinin rəhbəri ilə görüşüb Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Vatikan Apostol Kitabxanası və Apostol Arxivinin rəhbəri ilə görüşüb Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Vatikan Apostol Kitabxanası və Apostol Arxivinin rəhbəri ilə görüşüb Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Vatikan Apostol Kitabxanası və Apostol Arxivinin rəhbəri ilə görüşüb Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Vatikan Apostol Kitabxanası və Apostol Arxivinin rəhbəri ilə görüşüb Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Vatikan Apostol Kitabxanası və Apostol Arxivinin rəhbəri ilə görüşüb Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Vatikan Apostol Kitabxanası və Apostol Arxivinin rəhbəri ilə görüşüb Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Vatikan Apostol Kitabxanası və Apostol Arxivinin rəhbəri ilə görüşüb Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Vatikan Apostol Kitabxanası və Apostol Arxivinin rəhbəri ilə görüşüb Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Vatikan Apostol Kitabxanası və Apostol Arxivinin rəhbəri ilə görüşüb
Məqalədə: #Heydər Əliyev Fondu #Leyla Əliyeva #Vatikan #Covanni Çezare Paqatzi #Vatikan Apostol Kitabxanası

Mövzu üzrə digər xəbərlər

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva və Arzu Əliyeva klassik avtomobillərin yürüşü və sərgisini izləyiblər
Siyasət

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva və Arzu Əliyeva klassik avtomobillərin yürüşü və sərgisini izləyiblər

30 Avqust 21:57
Birinci vitse-prezident Mehriban Əliyeva avqustun 26-da keçirilən tədbirlərdən görüntülər paylaşıb
Siyasət

Birinci vitse-prezident Mehriban Əliyeva avqustun 26-da keçirilən tədbirlərdən görüntülər paylaşıb

26 Avqust 20:02
Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün əyləncə tədbiri keçirilib
Cəmiyyət

Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün əyləncə tədbiri keçirilib

26 Avqust 19:31
Birinci vitse-prezident Mehriban Əliyeva, qızları Leyla Əliyeva və Arzu Əliyeva Elmi-Tədqiqat Pediatriya İnstitutunu ziyarət ediblər
Siyasət

Birinci vitse-prezident Mehriban Əliyeva, qızları Leyla Əliyeva və Arzu Əliyeva Elmi-Tədqiqat Pediatriya İnstitutunu ziyarət ediblər

26 Avqust 18:28

Son Xəbərlər

Şarja İrs İnstitutunun direktoru ADIHEX 2026 sərgisini ziyarət edib
Şarja İrs İnstitutunun direktoru ADIHEX 2026 sərgisini ziyarət edib
14:57
BƏƏ və Lesoto ikitərəfli əməkdaşlığın genişləndirilməsini müzakirə edib
BƏƏ və Lesoto ikitərəfli əməkdaşlığın genişləndirilməsini müzakirə edib
14:26
İraqda yanacaq qıtlığı səbəbindən yanacaqdoldurma məntəqələrində növbələr yaranıb
İraqda yanacaq qıtlığı səbəbindən yanacaqdoldurma məntəqələrində növbələr yaranıb
14:10
Ankara məğlubiyyəti Osmanlı dövlət quruluşunu necə dəyişdi?
Ankara məğlubiyyəti Osmanlı dövlət quruluşunu necə dəyişdi?
14:06
Səudiyyə Ərəbistanında 18 mindən çox amfetamin həbi müsadirə edilib
Səudiyyə Ərəbistanında 18 mindən çox amfetamin həbi müsadirə edilib
13:44
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi İnnovasiyalar
  • Digər Dövlətlər

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.