6 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi innovasiyalar
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Yuxuyozma
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ Cəmiyyət Maraqlı faktlar
Maraqlı faktlar

Şokalad yemək sevinc hissini artıra bilərmi?

İnsanların ən azı 5000 ildir ki, bəzən içki, bəzən dərman, bəzən də tropik bir meyvə kimi şokolad istehlak etdiyi məlumdur.

2 Noyabr 2024 17:00
Şokalad yemək sevinc hissini artıra bilərmi?

Bakı, AzerVoice

İnsanların ən azı 5000 ildir ki, bəzən içki, bəzən dərman, bəzən də tropik bir meyvə kimi şokolad istehlak etdiyi məlumdur. Şokolad bütün dünyada qida sektorunun əhəmiyyətli bir hissəsidir. Tək başına istehlak olunduğu kimi, geniş çeşidlərdə və qida sektorunun bir çox sahələrində şokoladdan istifadə olunur. Şokolad sektoru əsas sənayesi ilə yanaşı köməkçi sahələrini də inkişaf etdirmiş mühüm bir sektor kimi qarşımıza çıxır.

Şokolad, beyin və bədən arasında əlaqəni təmin edən, ruh və bədən funksiyalarında mühüm rol oynayan metilksantinlər ehtiva edir. Stimulyator xüsusiyyətləri olan bu maddə şokolad, qəhvə və kakaoda mövcuddur. Stimulyator maddələr diqqəti, fərqindəliyi və oyanıqlığı artırmaq xüsusiyyətləri ilə tanınır. Şokolad eyni zamanda qandakı serotonin miqdarını artırır və endokannabinoid olan anandamid və ya dolayı yolla bəzi neyrotransmitterlərin tərkibində olması səbəbindən həzz hissinin yaranmasını təmin edir.

Serotoninin bir çox rolu var. Yuxu, iştaha, impuls kontrolu və ruh halının yüksəlməsi üzərində təsir göstərir. Eyni zamanda şokoladın yüksək bir hedonik dəyəri vardır. Bu səbəblərdən alış-veriş etməzdən əvvəl şokolad yeməyin hedonik dəyəri səbəbindən alış-veriş davranışına təsir edə biləcəyi düşünülür. Bu təsirlərindən qaynaqlanaraq alış-verişdən əvvəl şokolad istehlakının alış-veriş davranışını və pul xərcləmə miqdarını təsir edə biləcəyi düşünülə bilər.

Şokolad, kakao likörünün kakao yağı, şəkər və süd kimi qida maddələri ilə qarışdırılaraq əldə edilən bir qidadır. Əsas xammalı kakao olan şokolad, insanların həyatına qəhvə və çaydan çox əvvəl daxil olmuşdur. Tarixi Olmeklər və Mayya dövrünə qədər gedib çıxır və ilk dövrlərdə içki kimi istehlak olunmuşdur. Əvvəllər acı və ədviyyatlı formada istifadə edildiyi halda, avropalılar şokolada şəkər əlavə edərək onu öz zövqlərinə uyğunlaşdırmışlar və şokoladın şirin, qatı forması zamanla bütün dünyaya yayılmışdır.

Şokoladın tərkibində olan metilksantinlər oyandırıcı xüsusiyyətlərə malikdir və bu maddə insanların daha səmərəli düşünməsini və yaradıcılıq qabiliyyətini artıran psixoaktiv xüsusiyyətlərə malikdir. Araşdırmalara görə, şokolad emosional yemək kontekstində müvəqqəti rahatlıq təmin edir, lakin uzun müddətdə narahatlıq və məmnuniyyətsizliyi uzada bilər. Araşdırmaçılar şokoladın antidepresant xüsusiyyətə malik olmadığını deyirlər.

Şokolad yüksək hedonik dəyərə sahibdir və bu səbəbdən həzzverici duyğular yaradır. Emosional yemək, mənfi duyğularla mübarizə üçün həddindən artıq yemək meylini ifadə edir və bu hallarda ən çox istehlak edilən qidanın şokolad olduğu müşahidə olunur.

Şokolad istehlakı əhval-ruhiyyə və münasibət kimi daxili amillərlə yanaşı, sosial-iqtisadi vəziyyət və sosial münasibətlərdən də təsirlənir. Tədqiqatçılar, istehlakçıların kədərli anlarında şokolada üstünlük verdiklərini müəyyən etmişlər. Bu kontekstdə istehlakçıların şokoladı təsəlli vasitəsi və ya sevinc mənbəyi kimi gördükləri düşünülə bilər. Şokolad istehlakı adətən xoşbəxtlik, sevinc və həzz duyğuları ilə eyniləşdirilir. Araşdırmalarda, şokolad istehlak edənlərdən yemək davranışına nəzarət qabiliyyəti olanların müsbət əhval-ruhiyyələri artdıqca şokolada daha az üstünlük verdikləri, yemək davranışında sərbəst davranan istehlakçıların isə müsbət əhval-ruhiyyədə daha çox şokolad istehlak etdikləri müəyyən edilmişdir.

Başqa bir araşdırmada şokoladın ən çox qış aylarında istehlak edildiyi müşahidə olunmuşdur. Şokoladın sağlamlığa faydalı olduğuna dair araşdırmalar da mövcuddur. Məsələn, uzunmüddətli şokolad istehlakı ilə şəkərli diabet arasında əlaqə tapılmamış, əksinə orta miqdarda şokolad istehlakının diabet riskini azalda biləcəyi müəyyən edilmişdir. Orta miqdarda şokolad istehlakı zamanı ürək çatışmazlığı səbəbindən daha az xəstəxanaya yerləşmə və ölüm halları müşahidə olunmuşdur.

Təcrübələr göstərmişdir ki, xüsusilə şüurlu şəkildə istehlak edilən şokolad müsbət əhval-ruhiyyəni artıra bilir. Şokolad həmçinin immunitet və reproduksiya sistemi üçün faydalı olan dəmir və sink, xərçəngə qarşı antioksidantlar və dəmirin sorulmasını təmin edən mis ehtiva edir.

Məqalədə: #Bunu bilirsinizmi?

Mövzu üzrə digər xəbərlər

Alkoqol xərçəngin görünməyən səbəbi ola bilər
Maraqlı faktlar

Alkoqol xərçəngin görünməyən səbəbi ola bilər

4 Sentyabr 16:30
Planetin ən böyük canlısı: Mavi balinaların bilinməyən sirləri
Maraqlı faktlar

Planetin ən böyük canlısı: Mavi balinaların bilinməyən sirləri

30 Avqust 12:00
Kitab oxumağın faydaları haqqında nə bilirik?
Maraqlı faktlar

Kitab oxumağın faydaları haqqında nə bilirik?

21 Avqust 07:56
Dadlı tələlər: İllərlə beyni gizlicə məhv edən və mədədə daş qoyan 13 meyvənin şok sirləri
Maraqlı faktlar

Dadlı tələlər: İllərlə beyni gizlicə məhv edən və mədədə daş qoyan 13 meyvənin şok sirləri

26 İyul 14:00

Son Xəbərlər

Hava piratlığı, hərbi basqınlar və diplomatik masalar: 6 sentyabrda nələr dəyişdi?
Hava piratlığı, hərbi basqınlar və diplomatik masalar: 6 sentyabrda nələr dəyişdi?
00:10
Tarixdə bu gün - 6 Sentyabr
Tarixdə bu gün - 6 Sentyabr
00:01
İsrailin Livana hücumları 2023-cü ildən bəri 9 minə yaxın insanın ölümünə səbəb olub
İsrailin Livana hücumları 2023-cü ildən bəri 9 minə yaxın insanın ölümünə səbəb olub
5 Sentyabr 22:32
“OpenAI” gözlənilməz süni intellekt davranışları barədə xəbərdarlıq edib
“OpenAI” gözlənilməz süni intellekt davranışları barədə xəbərdarlıq edib
5 Sentyabr 22:21
Berlində haker hücumundan sonra böhran tədbirləri başladılıb
Berlində haker hücumundan sonra böhran tədbirləri başladılıb
5 Sentyabr 22:14
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi innovasiyalar
  • Digər Dövlətlər

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.